Nəsirəddin Tusinin siyasəti
Monqollar Əfqanıstana, İrana, Yaxın Şərqə və Qafqazın
şimalına basqın edəndə onların dini etiqadı olmamışdır.
Onlar da pərəstiş edir və ruhlara inanırdılar. Tatarlarla
yanaşı nəsranilər, yakobitlər – Şərqdəki qədin xristian
kilsəsinin qalıqları, katoliklər, pravoslavlar yaşayırdılar.
Monqollar heç bir dinə mənsub olmadıqları üçün Avropa
monarxları, xüsusən də Roma papası istəyirdi ki, onlar
xristian dinini qəbul etsinlər. Roma papası dinlə əlaqədar
olaraq minqol hökmdarlarının iqamətgahına öz elçilərini
göndərdilər. Lakin bu işdə müsəlmanlar qalib gəlirlər.
Berke xan (1201-1266) hakimiyyətdə olanda (1257-1266)
İslam dinini qəbul etmiş və köçəri monqollar müsəlman
kimi fəaliyyət göstərməyə başlamışdılar. Rus torpaqlarının
böyük bir hissəsi Berke xanın nəzarəti altında idi və o, ilk
dəfə olaraq Rus xalqlarını siyahıya almışdı.
97
Azərbaycan Hülaku xan tərəfindən işğal edildiyinə
baxmayaraq, Berke xan da həmin ölkəni işğal etmək fikrin-
də idi. Bu haqda V. Şklovski Marko Polonun “Səyahətna-
mə” əsərindən bir mənbə kimi istifadə edərək yazır: “Hü-
laku xandan sonra Berke xan da Azərbaycanı işğal etmək
istəyir.
Kür çayının aşağısında çox gözəl otlaqlar vardı. Mal-
qara qışı həmin otlaqlarda keçirir, yayda isə dağlara aparı-
lırdı. Azərbaycanda çoxsaylı sənətkarlar vardı, orada isteh-
sal olunan parçalar, xalçalar və qılınclar dünyaya yayılırdı.
Lakin Azərbaycan Hülaku xan tərəfindən fəth edilmişdi
və o, bu vilayəti çox qiymətləndirirdi. O, Təbrizi özünün
paytaxtı elan edir.
Qızıl Orda və monqol hökmdarları öz aralarında, 100 ilə
yaxın Azərbaycan uğrunda müharibələr aparmışdılar.
1
Həqiqətən də Hülaku xan və Berke xanın qoşunları
Dərbənd qalası yaxınlığında bir-biriləri ilə toqquşur. 1259-
cu ildə baş verən həmin döyüşdə Berke xan məğlub olur və
onun qoşunları Terek çayının arxasına çəkilir. Hər şey
sakitləşəndən sonra o, döyüş meydanında minlərlə meyidi
görərək, öz-özünə məyus halda deyir: “Əgər, biz bir yerdə
olsaydıq, onda bütün dünyanı fəth edərdik”.
1
В. Шкловский. Земли разведчик. М., «Молодая гвардия», 1966
98
Maraqlı odur ki, həmin döyüşdə Tusi Hülaku xanı
müşayiət etmişdi, ya yox? Axı, tarixdən bəllidir ki, dünya
şöhrətli alim monqol hökmdarını demək olar ki, bütün
müharibələrdə müşayət etmişdi. Sirr deyil ki, ağır əməliy-
yatlar zamanı Hülaku xan daim ondan lazımlı məsləhətlər
almışdı.
Bir çox İslam tarixçiləri Tusini monqol işğalçıları ilə
birlikdə Bağdad Xilafətinin məhvində fəal iştirak etməyini
pisləyirlər. Həmin dövrdə Yaxın Şərq üçün, o cümlədən
Azərbaycan üçün həm Bağdad Xilafəti, həm də monqol
işğalçıları eyni dərəcədə faciə idi. Lakin onlar bir-birilərilə
toqquşmaqla öz güclərini zəiflətmiş olurdular.
Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı
müşayiət edən Tusi, şəhərdəki alimlərin, qadınların və
uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağ-
dadın işğalından sonra Hülakunun siyasətini dəyişməyə və
yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu.
Tarixdən bəllidir ki, Bağdada yaxınlaşan Hülaku xan
eyni zamanda Səlcuq türklərinin məskunlaşdığı ərazinin
sərhədində ayaq saxlayır. O, iki seçim qarşısında qalır: ərəb
Xilafətinin sonuncu sığınacaq yeri sayılan Bağdad şəhərinə
və yaxud da Konstantinopolun divarlarına qədər uzanan
səlcuqilərin ərazisinə hücum etsin. Hülaku xan elə bir
addım atmalı idi ki, yaratdığı “Elxanilər” dövləti bunun
99
nəticəsində azacıq da olsun zəifləməsin. Əlbəttə, belə bir
dövlət əhəmiyyətli addımı atmaq üçün uzaqgörən hökmdar
sözsüz halda öz vəzir-vəkillərindən məsləhət almalı idi. Bu
işdə Tusinin məsləhəti onun üçün çox vacib sayılırdı. Lakin
belə bir məsələlərdə Azərbaycan alimi güclü opponentlərlə
üzləşirdi.
Tusinin elmi dühası hamı tərəfindən şəksiz qəbul olunsa
da, dini baxışları, istər öz sağlığında, istərsə də sonralar
mübahisələrsiz ötüşmədi. Onu müsəlmanlara qarşı çıxmaq-
da, monqollara kömək etməkdə, Bağdada hücumu, xəlifə-
nin qətlini Hülaku xana məsləhət görməkdə, hətta kafir
olmaqda günahlandırırdılar. Tusinin cavabı qısa idi: “Mən
müsəlmanam, ona görə də mənim haqqımda deyilənlər
başqa bir şey deyildir”.
“Ustadi-bəşər” adlandırılan Tusini kafir adlandırmaq ən
azı böyük əxlaqsızlıq və böhtan sayılırdı. Ona görə ki, o,
İslam dininin sədaqətli bəndəsi və “Qurani-Kərim”in
dərin bilicilərindən biri idi. Alimin müdrük kəlamlarında,
dinlə əlaqədar olan ifadələri eşitmək olur. Tusi deyirdi:
“Hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür”.
“Din qaydadır, dövlət onun sütunları”.
“Müsəlmanlar əldirlər. Əl-ələ verib birləşsələr bir bədən
olarlar”.
100
İslam tarixçiləri Bağdad Xilafətinin məhv edilməsində
Tusini günahlandırsalar da, bu yolda onların səhv mövqe-
dən çıxış etdiklərini başa düşmək çətin deyil. Bunu
əsaslandırmağa çalışacağam.
Tarixi qaynaqlarda göstərilir ki, İran və Azərbaycan
əraziləri hələ 1221-ci ildə Çingiz xanın göndərdiyi qoşun
tərəfindən viran edilir. Monqollar öz hökmranlığını Cənubi
Qafqazda bərqərar etməkdən ötrü Hülaku xanı 70 minlik
ordu ilə Qərbə göndərir. Bu qərar, Menqu xan Qaraqorum-
da keçirilən qurultayda monqolların böyük xanı elan olu-
nandan sonra çıxarılır. Monqol qoşunları işğalçılıq yürü-
şünə başlayanda, qarşılarına çıxan hər bir siyasi və hərbi
qüvvəni fiziki cəhətdən məhv edirdilər ki, arxada onlara
qarşı heç bir təxribat və ya terror aktları törədilməsin.
Xorezm darmadağın ediləndən sonra Məhəmməd şahın
oğlu Cəlaləddin atasının yerinə taxta keçir (1221-1231) və
monqol qoşunlarına müqavimət göstərmək üçün Əfqanıs-
tana və İrana çəkilir. İsmaili dövlətinin hökmdarı Ələddin
(1212-1255) hakimiyyətə 9 yaşında (1221) yiyələnir. Həd-
di-buluğa çatanda onun siyasətində neytrallıq hiss olundu.
O, yaxınlıqda olan monqolların düşməni Cəlaləddin ilə
ittifaq bağlayır. Bu haqda Cəlaləddinin katibi olmuş tarixçi
Nəsəvi öz əsərində yazır: “İsmaililərin ilk dəfə Cəlaləddin
ilə görüşməsi hicri tarixi ilə 624, miladi tarixi ilə 1226-
101
1227-ci ilə təsadüf edir və birincilər bu görüş üçün böyük
səy göstərmişdilər”.
İsmaililərlə Cəlaləddinin arasında bir neçə dəfə müna-
qişə baş versə də, onun vəziri Şərəf əl-Mülk Gəncədə və
Beyləqanda fəaliyyət göstərə-göstərə, ismaililərlə barışığa
üstünlük vermişdi. Cəlaləddindən çox o, ismaililərə yaxın-
lıq etmişdi. Bu haqda İ. Patruşevski belə qeyd vermişdi:
“Şərəf əl-Mülkün fəaliyyəti Cəlaləddinin epopeyasında
faciəli rol oynamış və onun ölümünün sürətlədirilməsinə
gətirib çıxarmışdı”.
1
Hülaku xan İrana yürüş etməmişdən əvvəl oradakı və
Yaxın Şərqdəki siyasi vəziyyətlə tanış olmuşdu. Cəlaləd-
din, Ələddin, Müstəsim və səlcuq türkləri bir-birilərilə
düşmən idilər. Elə Hülaku xan da bu əlverişli vəziyyətdən
istifadə edir.
2
1252-ci il avqust ayında Hülaku xanın ordusunun avan-
qardında olan monqol sərərdəsi Kitbuka noyon 12 minlik
qoşun ilə Qaraqorumdan qərb istiqamətində yürüşə yolla-
nır. Məhərrəm ayının əvvəli 651-ci ildə (Hicri – R. Q.)
(1253-cü il mart ayı) o, Əmudərya çayını keçərək, Kuhis-
1
И. П. Патрушевский. Вазир Шараф ал-Мульк. – Ближний и
Средний Восток. Москва, 1962. стр. 39
2
Рашид-ад-дин. Сборник летописей. Перев. с персидского А. К.
Арендса. Под редак. А. А. Ромаскевича, Е. Э. Бертельса и Ю.
Якубовского. М.-Л., III том. 1946. стр 26
102
tanda hərbi əməliyyatlara başlayır. Bu vilayətin bir hissəsi-
ni işğal edəndən sonra Kitbuka noyon beş minlik süvari və
piyada qüvvə ilə Girdkux qalasını mühasirəyə alır”.
Güclü ordunun başında duran Hülaku xan 1253-cü ildə
İranın sərhədini keçərək həşşaşilərin, vaxtı ilə yaratdıqları
İsmaililər dövlətinin ərazisinə hücum edir. İranı asanlıqla
ələ keçirən monqollar həşşaşilərin güclü müqaviməti ilə
üzləşirlər. Kuhistan İsmaililərin rəhbəri öz ölkəsinin dağlıq
ərazisində onlarla ələ keçirilməz qalanın – “Əlamut”,
Girdqux, Lamasar və s. – sahibi sayılırdı. Hülaku xan çox
yaxşı bilirdi ki, həşşaşilər Bağdad Xilafətinin müttəfiqidir
və onlar regionda öz döyüşkənliyi ilə monqolların güclü
rəqibi sayılırlar. Bacarıqlı siyasətçi və təcrübəli sərkərdə
kimi tanınan monqolların rəhbəri, İsmaililərin alınmaz
qalalarını bir başa hücum vasitəsilə ələ keçirməkdən boyun
qaçırır və onlardan bir çoxunu mühasirəyə alır. Hülaku xan
İsmaililərə bildirir ki, artıq qan tökülməsin deyə qalalar
döyüşsüz təslim olsunlar.
Lakin buna baxmayaraq, monqolların Kuhistanda müha-
sirəyə aldıqları ilk qala (Girdkux) 20 il müqavimət göstərir
və yalnız Abaqa xanın dövründə (1265-1282) işğal edilir.
Hülaku xan ismaililərin dövlətini fəth edərkən Çingiz
xanın prinsipi ilə hərəkət edirdi; müqavimət göstərən
öldürülsün, təslim olan rəhm edilsin. Lakin hökmdar bu
103
kontekstdən kənara çıxmışdı. O, öz əsgərlərinə əmr
vermişdi ki, yaşından asılı olmayaraq hamı öldürsün. Bir
neçə il ərzində demək olar ki, onların kökü kəsilir. Mon-
qollar bu regionu ələ keçirərkən, ilk növbədə Cəlaləddini,
sonra Ələddini və Ruhnəddini, daha sonra isə Bağdad
xəlifəsi Müstəsimi fiziki cəhətcə məhv edirlər.
Hülakü xan və Doqquz xatun. Cami ət-tavarix əlyazması.
(XIV əsr)
Yersiz qığınlara sinə gərən Tusinin bu haqda çox gözəl
fikirləri var: “Qələbədən sonra, əlbəttə, başdantutma edama
104
başlamamalı, kin və nifrətdən əl çəkməli, ədavətə son
qoymalıdır, çünki qələbədən sonra məğlub edilmişlər
qulam və rəiyyət yerində olarlar...
Əfv edib bağışlayan şahlar bağışlamayanlardan daha
yaxşıdır, çünki gücü göstərdikdən sonra bağışlamağın
başqa hüsnü var”.
1
Uzun danışıqlardan sonra sonuncu ismaili rəhbəri
Ruhnəddin Xurşax ibn Ələddin ibn Cəlaləddin (1255-1257)
əlliyə yaxın qalanı, o cümlədən “Əlamut” qalasını
monqollara təslim edir. Ruhnəddinin Hülaku xana təslim
olmaqda şəxsən Tusi özü başqa müdrik şəxslərlə birlikdə
vasitəçi rolunu oynamışdır.
Orta əsr tarixçisi Cüveyni bildirmişdi ki, “Əlamut”un
tutulması monqolların gözlədiyi kimi olmamışdır. Ruhnəd-
din monqolların göstərişi ilə 40-a yaxın qalanı sökdürür,
lakin monqolların ilk hücumunu dəf edən “Əlamut”
müdafiəçiləri, hətta qalanın divarlarına Hülaku xanın böyük
bir qoşunu yaxınlaşanda belə təslim olmaqdan boyun
qaçırırlar. Monqollar Ruhnəddini müdafiəçilərin üstünə
göndərirlər ki, qala təslim olsun. Lakin bu heç bir nəticə
vermir. Qalanın komendantı Müqəddəm çox tərs adam idi
və müvəqqəti olaraq təslim olmaq istəmirdi. Hülaku xan,
1
Xacə Nəsirəddin Tusi. Rəhim Sultanovun farscadan tərcüməsi.
Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005. səh.235
105
şahzadə Baqataya göstəriş verir ki, böyük bir qüvvə ilə
qalanı mühasirəyə alsın, özü isə Lamasara yollanır.
Şahzadənin başçılığı altında monqollar üç gün dalbadal
“Əlamut”a hücum edir, lakin uğursuzluqla geri çəkilməyə
məcbur olurdular. Sonradan qarnizon təslim olmaq üçün
danışıqlar aparmağa başlayır.
Lyudmila Stroyeva “XI-XIII əsrlərdə İranda İsmaili-
lər dövləti” əsərində “Əlamut” qalasının alınması barəsin-
də yaxşı məlumat verir:
“Əlamut”un müdafiəçiləri təslim olmaq üçün Ruhnəd-
dini vasitəçi kimi Hülaku xanın yanına göndərir. İşi belə
görən xan, əfv etmək üçün onu qalaya göndərir. Qalanın
müdafiəçilərinə icazə verilir ki, üç gün müddətinə kimin
gücü nəyə çatırsa, qoy oradan çıxartsın. Hülaku xan qalanın
qülləsinə yuxarı qalxmağa Ruhnəddinə icazə verir və özü
oradan dərin uçuruma baxanda dəhşətə gəlir. Bundan əlavə
qalada həddindən artıq çoxlu ərzaq ehtiyatı vardı. Onun bir
hissəsi hələ Həsən ibn Səbbahın dövründən qalmışdı.
Cüveyni oradakı əl işləri ilə tanış olandan sonra Hülaku
xana məsləhət görür ki, həmin kitabxanaya heç bir zərər
dəyməsin. Bütünlüklə oradakı elmlə bağlı olan işlər tarix-
çinin öhdəsinə verilir. Cüveyni əmr edir ki, “Əlamut” kitab-
xanasında olan astronomik alətlər, Quran, qiymətli əlyaz-
malar saxlanılsın, yalnız ismaili cərəyanı ilə əlaqəli olan
106
bütün əsərlər yandırılsın. Lakin bir neçə ismaili əsərlərini
tarixçi öz elmi işlərinə daxil edir. Məsələn, Əlamut
dövlətinin təməlini qoyan Həsən ibn Səbahdan bəhs edən
“Sərgüzeşt-i seyidna” əlyazmasından o, öz əsərində
istifadə etmişdi.
1
Beləliklə, İsmaili dövlətinin mərkəzi (1090-1256-cı ilə
qədər) “Əlamut” qalası darmadağın edilir.
Tusi “Əlamut” qalasında əsirlikdə olan zaman həmin
kitabxanadakı qiymətli əsərlərdən istifadə edərək, özünün
bir çox məşhur əsərlərini yazmışdı. Sonrakı illərdə
Cüveyninin iştirakı ilə Azərbaycan alimi qalada saxlanılan
bir çox əsərləri Marağa kitabxanasına köçürmüşdü.
Beləliklə, İsmaili dövləti Ərəb Xilafətinin müttəfiqi kimi
fəth edilmişdi. Hülaku xan yaratdığı “Elxanilər” dövlətinin
təhlükəsizliyini təmin etməkdən ötrü ya Bağdad Xilafətini,
ya da ki, səlcuq türklərini darmadağın etməli idi.
Yuxarıda göstərildiyi kimi hər hansı bir ağır yürüşə
başlamaq üçün o, sarayında saxladığı müdrik əyanlarından
məsləhət almalıydı. Tusi bütün regionda sülh carçısı kimi
tanınırdı və onun məsləhəti, bir çoxlarının məsləhətlərin-
dən xan üçün önəmli sayılırdı.
1
Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв.
Москва, «Наука», 1978. стр. 243
107
Azərbaycan alimi türk milliyətindən olduğu üçün çox
güman ki, belə bir vəziyyətdə səlcuq türklərini müdafiə
etməli idi. Həm də o tarixdən çox yaxşı bilirdi ki, Ərəb
Xilafəti yox, Kiçik Asiyanın Anadolu hissəsində yaşayan
məhz türk tayfaları, dünyada İslam dininin müdafiəçiləri
sayılırdılar. Çünki yalnız onlar, Roma papasının təhriki ilə
Avropanın xristian hökmdarları, İslam dinini məhv etmək
üçün səlcuq türklərinin üzərinə yeddi böyük səlib yürüşü
təşkil etmişdilər. Bundan əlavə Anadoluda məskunlaşan
türk tayfaları qərbdə xristian dünyası ilə “Elxanilər” döv-
ləti arasında baryer rolunu oynayaraq, güclü müdafiə xətti
təşkil edirdilər. Nəhayət sonda bildirmək istəyirəm ki,
Hülaku xan İrana və Azərbaycana soxulandan sonra mon-
qol ordusunun avanqardında türklərin süvariləri və piyada
əsgərləri durmağa başladı. Söz yox ki, belə bir qüvvə ilə
monqol xanı səlcuq türkləri üzərində qələbə əldə edə
bilməzdi. Hülaku xan tarixdən bilirdi ki, türklər döyüşkən,
bir-birilərinə sədaqətli, sadiq və çox nadir hallarda bir-
birilərinə qarşı silah qaldırırlar. Bütün bu amillər, səlcuq
türklərini böyük təlafatlardan xilas etmişdi. Sonrakı pro-
sesdə Bağdad Xilafətinin darmadağın edilməsində, monqol
ordusunun tərkibində olan avanqard türk dəstələri başlıca
rol oynamışdılar.
108
Elə həmin vaxt Tusi Marağa rəsədxanasının tikintisinə
başlayır. Hülaku xan alimin müdrikliyinə və idrakına
inanmasaydı, böyük xərc tələb edən rəsədxananın tikinti-
sinə icazə verməzdi.
Tusinin yaşadığı dövrdə monqollar Azərbaycanı bütün-
lüklə işğal etmişdilər. Orada yerləşən bütün inzibati və
mədəni obyektlər monqolların nəzarəti altında olmuşdu. Bu
ondan xəbər verir ki, azərbaycanlı alimin özü və gördüyü
işlər də monqolların nəzarəti altında idi. Kamil və müdrik
məsləhətləri ilə başqalarından fərqlənən Tusi monqolların
hakimləri sayılan əvvəlcə Hülaku xanın, sonra isə Abaqa
xanın saraylarında baş vəzir vəzifəsində işləmişdir. Həmin
vəzifələrdə işləməsinə baxmayaraq, görkəmli alim elmi
nailiyyətlərinə görə adları çəkilən xanların sevimlisinə
çevirilmişdir.
Kamil düşüncəsi, ağıllı məsləhətləri və dünyagrüşü ilə
bir çox vəzir-vəkillərdən qabarıq şəkildə seçilən Tusi Hüla-
ku xanın gözündə ölkənin bacarıqlı və çevik siyasətçisi
kimi görünürdü. Buna görə də alimin məsləhətləri monqol
hökmdarı üçün bütün əyanların məsləhətindən üstün idi.
Hülaku xan yaxşı bilirdi ki, Tusi təkcə əxlaqi nəsihətlər
verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanıl-
masının əsaslarına dair əməli və lazımlı təkliflərini irəli
sürmüşdü. İdarəçilikdə qlobal siyasəti, ərazi siyasəti,
109
ünsiyyət siyasəti məsələlərini analiz edərkən Aristotelin,
Platonun, Fərabinin və ibn Sinanın fikirlərini bütün
incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd
edirlər ki, ... Platonun “Siyasət” kitabının təhlili Tusinin
ictimai-humanitar düşüncə sahəsində ensiklopedik nəzəri
dünyagörüşünə malik sima olduğunu sübut edir. Ölkə
siyasəti, Müdafiə siyasəti, Kəramət siyasəti, Cəmaət
siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin
başlıqları – R. D.) dair orijinal fikirlər irəli sürür. Ölkə
idarəçiliyinin prinsiplərini təklif edən Tusi bu sahədəki
siyasəti iki yerə bölür: birinci fəzilətli (demokratik – H. B.)
siyasət, ikincisi zorakı (avtoritar – H. B.) siyasət.
Həmin dövrdə bir çox alimlər elmin bir neçə sahələrini
öyrənməyə böyük səy göstərirdilər. Ən əsas da riyaziyyata,
astronomiyaya, fəlsəfəyə çoxlu fikir verilirdi. Öz dövrünün
bir çox alimləri kimi Tusi də elmin bir çox sahələrini
dərindən mənimsəmişdi. Alimin apardığı tədqiqat işləri
unikal kəşflərə gətirib çıxardırdı və həmin kəşflər bir çox
həmkarlarını mat-məəttəl qoyurdu. Onun qələmindən çıxan
yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat,
fizika, coğrafiya, tarix, fəlsəfə, tibb, etika, məntiq, musiqi-
şünaslıq, geologiya və digər sahələrinə həsr olunmuşdu.
Bunula belə Tusinin yaradıcılığında astronomiya və
riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. O, bu sahələrdə
110
aparılmış iyirmidən çox uğurlu araşdırmanın müəllifidir.
Alimin apardığı elmi axtarışlar və tədqiqatlar həcminə görə
çox böyük idi və ona qədər yaşayan bütün alimlərin
gördüyü işləri mahiyyətinə görə xeyli arxada qoyurdu.
Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya
üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində
yazılmışdır. Alimin əsərlərinin bir neçə dildə yazılması,
qısa müddətdə Tusinin Yaxın Şərqdə məşhurlaşmasına
gətirib çıxarmışdır.
Böyük alimin ən məşhur əsərləri arasında “Şəklül-gita”
Dostları ilə paylaş: |