Ramiz Dəniz



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   2   3   4   5   6   7   8   9   ...   25

“Əxlaqi-Nasiri”  kimi  ikinci  orijinal  əsər  yaranmamışdır. 

“Əxlaqi-Nasiri”  səpkili  kitablar  isə  təqlidi  mahiyyət  daşı-

mış  və  oxucular  arasında  şöhrət  tapa  bilməmişdir.  Tusinin 



“Əxlaqi-Nasiri”  əsəri  haqqında  xüsusi  tədqiqat  aparmış 

Cəlaləddin  Hümayi  həmin  təqlidi  kitabların  bəzilərinin 

adını  çəkməklə  onların  “Əxlaqi-Nasiri”yə  nisbətən  çox 

aşağı  səviyyədə  olduqlarını  qeyd  edir.  Bunların  içərisində 



“Əxlaqi-Cəlali”,  “Əxlaqi-Möhsini”,  “Əxlaqi-Mənsuri” 

 “Əxlaqi-Cəmali”ni xüsusi olaraq qeyd edir və deyir ki, 

son  yeddi  yüz  əlli  beş  ildə  yaradılmış  bu  tipli kitablar  heç 

“Əxlaqi-Nasiri”nin  yüzdə  bir  səviyyəsinə  yüksələ 

bilməmişdir.

1

 

Tusi özündən əvvəlki peripatetiklər kimi maddi varlığın 



məhvini, onların  yoxa  çıxması deyil,  yalnız  formalarını və 

əlamətlərini  dəyişməsi  nəticəsində  birinin  digəri  ilə  əvəz 

olunması,  köhnə  varlığın  mövcudluğuna  son  qoyulması 

mənasında başa düşmüşdür. 

“Son zamanlar Azərbaycan dilində də oxuculara çatdırı-

lan  bu  zəngin  fəlsəfi  əsərin  sayəsində  (“Əxlaqi-Nasiri”  – 

                                                 

       


  

   1


  Xacə  Nəsirəddin  Tusi.  Əxlaqi-Nasiri.  Rəhim  Sultanovun  ön  sözü. 

Bakı, “Lider Nəşriyyat”, 2005. səh. 14 



                                                     

 

  



                                                                            

                                                    

83 

R.  D.)  daha  geniş  kütlə  Tusi  dühasının  incəlikləri,  onun 



ideya irsi, son dərəcə orijinal təfəkkür tərzi ilə birbaşa tanış 

olmaq imkanı əldə etmişdir. Həmin ideyaların əhatə dairəsi, 

məntiqi  əsası,  struktur  təhlili  əsərin  yalnız  əxlaq  çərçivəsi 

ilə  məhdudlaşdırılmayıb,  humanist  mütəfəkkirin  bütöv  bir 

insan konsepsiyası kimi səciyyələndirə bilər”. 

Belə  bir  fəlsəfi  düşüncəyə  malik  olan  adamın  başqa 

elmləri  asanlıqla  qavramasına  şübhə  etməmək  olar.  Ancaq 

təəssüflər  olsun  ki,  onun  elmi  irsi  tədqiqatçılar  tərəfindən 

kifayət  qədər  öyrənilməyib.  Nəticədə  isə  alimin  bəzi  işləri 

açıqlanmamış  kimi  qalır.  Necə  ki,  Amerika  qitəsinin  onun 

tərəfindən  hansı  meridianda  yerləşməsi  məsələsi.  Axı,  o, 

aydın  şəkildə  bildirmişdi  ki,  sıfırıncı  meridian  Xaldat 

adalarından başlayır. 

Tusi  dahi  riyaziyyatçı  kimi  də  bütün  dünyada  məşhur 

olmuşdur.  Onun  fəlsəfi,  ictimai-siyasi  və  hüquqi  görüşləri 

çox maraqlıdır. 1265-ci ildə Hülaku xanın ölümündən son-

ra hakimiyyətə keçən Abaqa xan (1265-1282) Tusini özünə 

vəzir  təyin  edir.  9  il,  ömrünün  axırına  qədər  İlxanilər 

dövlətində  yüksək  vəzifə  tutan  alim-vəzir  ona  verilmiş 

geniş  imkanlardan  istifadə  edərək  “dövlət”  və  “cəmiyyət” 

haqqında  bir  sıra  nəzəri  fikirlər  irəli  sürmüş  və  Azərbay-


                                                     

 

  



                                                                            

                                                    

84 

canın siyasi fikir tarixində ilk dövlət nəzəriyyəsi olduğunu 



göstərmişdir.

1

 



Alimin  irsi  bütün  Yaxın  və  Orta  Şərqin  ensiklopedik 

bilik  xəzinəsi  olmaqla  bərabər  Şərqin  tərkib  hissəsi  kimi 

Azərbaycan  xalqının  düşüncə  tərzinin  formalaşması  və 

inkişafında  da  özünəməxsus  yer  tutur.  Onun  elmi-bədii 

irsinə  mədəniyyət  tariximizin  Renessans  (İntibah)  dövrünə 

məxsus  mənəvi  sərvətlərimizin  tərkib  hissəsi  kimi  bax-

mağa və qanuni varislik hüququmuzu bildirməyə haqqımız 

var.


2

 

Alimə  şöhrət  gətirən  “Əxlaqi-Nasiri”  əsərin  yaranması 



diqqəti cəlb etməyə bilməz. Bunu şərh etmək vacib məsələ-

lərdən biri sayılır. 

Monqol qoşunlarının əsas hissələri 1224-cü ildə Xorasa-

nı tərk edən zaman Kuhistan vilayətinin hökmdarı Nəsirəd-

din  Əbülfəth  Əbi  Şihabəddin  Mənsur  idi.  O,  kənardan 

Kuhistana  sığınacaq  tapmaq  üçün  gələn  alimləri,  islam 

tərəfdarlarını,  o  cümlədən,  Xorasan  müsəlmanlarını  qəbul 

                                                 

        

1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 



yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor  İ. M. Zeynalovun məruzəsi, səh. 270-271 

           2

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 

yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor M. F. Bayramovun məruzəsi, səh. 264 



                                                     

 

  



                                                                            

                                                    

85 

edir,  onlara  sığınacaq  verir,  ismaililər  təriqəti  tərəfdarları-



nın hücumlarından müdafiə edirdi.  

Qazi  Səhac  “Təbəqate  Nasiri”  əsərində  Əbül  Fəth 

haqqında  yazırdı:  “621-ci  ildə  monqol  qoşunları  Xorasan-

dan  çıxandan  sonra  Esəfzadan  Qazvinə  getdim,  oradan  da 

Məzyəx (Sərəxs) qalasına gdərək, o yerlərin hökmdarı olan 

Möhtəşəm Şihabla görüşdüm. O, savadlı, həkim və filosof 

idi, qəribləri öyrədirdi. Müsəlmanlara, alimlərə və qəriblərə 

daim töhfələr və hədiyyələr vrərərk əzizləyirdi. Ona görə də 

allahsız  camaat  hakimə  şikayətlənirdilər  ki,  Möhtəşəm 

Şihab  dövlətin  malını  müsəlmanlara  paylayır,  bunun  üçün 

onu hökmdarlıqdan məhrum tmək lazımdır. 

Xacə Tusi onun sifarişi ilə “İşarət-e şeyx” kitabını şərh 

etmiş və onu 644-cü ildə yazıb qurtarmışdı”. 

Tusinin ensiklopedik biliyə malik olması, bütün ətrafda-

kılara  məlum  idi.  Gənc  alimin  Kuhistana  gəlməsi  1224-cü 

ilə  təsadüf  edir.  Nəsirəddin  Əbülfəth  Tusinin  alimliyini, 

istedadını, uzaqgörənliyini çox yüksək qiymətləndirirdi, bir 

sıra  dövlət  məsələlərinin  həlli  zamanı  onunla  məsləhətlə-

şirdi.  Hökmdarın  yanında  tez-tez  elmi  müzakirələr  keçiri-

lir,  fəlsəfi  axtraışlar  aparılır,  İslamın  ismaililər  təriqətinin 

hücumlarına qarşı yolları axtarılırdı. 

Belə məclislərin birində hökmdar Tusiyə təklif etdi ki, o, 

X əsrin məşhur alimi Əbu Əli Əhməd ibn Məhəmməd ibn 


                                                     

 

  



                                                                            

                                                    

86 

Muşkuye  ibn  Miskaveyhin  “Əttəharə”  (başqa  bir  adla 



“Təhzibül  əxlaq”  (Əxlaq  təmizliyi))  fəlsəfi  əsərini  ərəb 

dilindən fars dilinə tərcümə etməyi təklif edir.  

Azərbaycan alimi bu böyük alimin ümümdünya tarixinə 

həsr olunmuş 6 cildlik “Kitab tacarib əl-ümam” (“Xalq-



ların  imtahan  kitabı”)  əsəri  ilə  və  həmçinin  “Əttəharə” 

ilə yaxından tanış idi.  

Tusi  əsərin  orijinal  tərcüməsindən  boyun  qaçırır  və 

bildirir  ki,  o,  özü  əxlaqla  bağlı  bir  çox  boşluqları  doldur-

maqla  həmin  mövzuda,  Miskaveyhindən  daha  dəyərli  əsər 

yaza  bilər.  Alimin  Şihabəddinlə  yaxından  dost  olması 

ismaililəri  bərk  qıcıqlandırır  və  ona  qarşı  açıq  şəkildə 

intriqalar qurmağa başlayırlar. 

Tusi  1235-ci  ilə  qədər  öz  vədini  yerinə  yetirərək,  bütün 

Şərqdə  çox  böyük  şöhrət  tapacaq “Əxlaqi-Nasiri” əsərini 

hazırlayır  və  hökmdara  təqdim  edir.  Əsərin  nüsxələri  qısa 

müddət  ərzində  Qafqaz,  İran,  Orta  Asiya,  Hindistan  və 

başqa  ölkələrdə  yayılır  və  onun  bir  nüsxəsi  ilə  Menqu 

xanla,  Hülakü  xan  da  (alim  dustaq  həyatı  sürərkən)  tanış 

olur və nəticədə Tusiyə böyük hörmət və inam bəsləyirlər. 

O, “Əxlaqi-Nasiri” ilə  Şərq  xalqlarının  elm-maarif  və 

pedaqoji  fikir  tarixinə  Şərq  xalqlarının  əxlaq  nəzəriyyəçisi 

kimi daxil olmuşdur. 



                                                     

 

  



                                                                            

                                                    

87 

Ədalət naminə demək lazımdır ki, Tusiyə dünya şöhrəti 



qazandıran onun riyaziyyat və nücum elmlərinə aid yazdığı 

“Zic  Elxani”kimi  əsəri  və  Marağa  rəsədxanasıdırsa,  onu 

Şərq  xalqlarına  sevdirən “Əxlaqi-Nasiri” əsəri  olmuşdur. 

Məzmununun  ictimai,  iqtisadi,  siyasi,  əxlaqi,  fəlsəfi  və 

tərbiyəvi  səciyyəsi  baxımından  bu  əsər  xüsusi  əhəmiyyətə 

malikdir. Onun 700 ildən artıq bir müddət ərzində Orta və 

Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi böyük şöhrət 

tapması  da  bununla  izah  olunur.  Bu  kitab  çoxlu  miqdarda 

üzü  çıxarılaraq  xalq  içərisində  yayılmışdır. “Əxlaqi-



Nasiri” özündən  əvvəl  Yaxın  və  Orta  Şərqdə  hökm  sürən 

əxlaqi-fəlsəfi və pedaqoji fikirlərin bir növ yekunudur. 

Alim  həmin  əsərində  özünün  mahir  bir  müəllim,  gözəl 

bir  tərbiyəçi  olduğunu  nümayiş  etdirmişdir.  İnsanda  olan 

fitri  qabiliyyət  və  istedadlar,  mühitin  və  şəraitin  insana 

təsirindən  geniş  bəhs  edən  müəllif,  bu  işdə  təlim  və  tərbi-

yənin  son  dərəcə  böyük  rolunu  həyati  misralarla  nümayiş 

etdirmişdi.

1

 

“Əxlaqi-Nasiri”  əsəri “Müqəddimə və kitabın yazılma-



sının səbəbi”, “İlk qeydlər və elmlərin bölgüsü”, 3 məqalə 

və 30 fəsildən ibarətdir. 

                                                 

        


1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 

yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor  H. M. Əhmədovun məruzəsi, səh. 3 



                                                     

 

  



                                                                            

                                                    

88 

Yalnız  yüksək  savada,  tərbiyəyə,  qabiliyyətə,  danışıq 



tərzinə  malik  olan  bir  şəxsin  qələmindən  etika  və  esteti-

kada  ölməz  əsər  sayılan“Əxlaqi-Nasiri” kimi  fəlsəfi  və 

tərbiyəvi əsər çıxa bilərdi. Belə bir vətəndaşla nəinki alimin 

soydaşları  və  ya  həmvətənləri,  hətta  bütün  dünyanın 

sakinləri fəxr etmək imkanına malikdirlər. 

Əsər  hazır  olandan  bir  qədər  sonra  (artıq  həmin  dövr 

üçün  Şihabəddin  hakimiyyətdən  uzaqlaşdırılmışdı)  alim 

həbs edilir və həşşaşilərin “Əlamut” (“Qartal yuvası”) qala-

sına  göndərilir.  Müəllifin  həbs  olunmasına  dair  bir  neçə 

səbəb  göstərirdilərsə,  onlardan  ən  düzgünü  bu  cür  ola 

bilərdi: “Əxlaqi-Nasiri”  əsərində  nəzərə  çarpan  mütərəqqi 

fikirlər  müsəlman  ruhanilərini  qəzəbləndirmiş  və  bu  da 

onun həbs olunma-sının həqiqi səbəbi ola bilərdi. 

Tusi “Əlamut” qalasında sürgün həyatı keçirir. Qəsrdən 

çıxmaq  hüququ  əlindən  alınmış  alim  ismaililərin  yanında 

keçirdiyi  20  ildən  bir  qədər  artıq  müddətdə  dözülməz 

mənəvi  sıxıntılara  baxmayaraq,  bir  neçə  elmi  əsər  yaza 

bilir:  “Şərhül-İşarət”,  “Təhrir  Məcəsti”  (Almagest), 



“Təhrir Öqlidis” (birinci redaksiya). Adı çəkilən sonuncu 

kitabı  o,  1248-ci  ildə  və  bundan  sonra  isə  həmin  kitabın 

ikinci redaksiyasını (13 hissədən ibarət olanını) yazmışdır. 

Alim  1242-ci  ildə  tamamladığı “Şərhül-İşarət” (Əbu 

Əli  ibn  Sinanın “İşarət” adlı  fəlsəfi  risaləsinə  şərhlər) 


                                                     

 

  



                                                                            

                                                    

89 

əsərinin  sonunda  yazır:  “Mən  bu  kitabın  əksər  fəsillərini 



olmazın  dərəcədə  ağır  bir  şəraitdə  yazdım.  Ürək  bundan 

artıq  sıxıntı  çəkə  bilməzdi.  Mənim  bu  kitabı  yazdığım 

vaxtın hər fəsiləsi qəmlə, əzabverici qüvvə, hayıfsılanma və 

böyük hüzn ilə dolu idi. Mən bu kitabı elə bir şəraitdə tərtib 

etmişəm  ki,  hər  bir  anda  mənim  üstümdə  cəhənnəm  odu 

yandırılır və üstündən qaynar su tökülürdü”.

Onun  bu  yazısını  izləyəndə,  onda  “Dürrət  ül-Əxbar” 



kitabında yazılanların həqiqət olduğuna inanırsan; “Əlamut 

zindanında Nəsirəddin ayaqları bağlı saxlanılırdı”. 

Tusinin sarsıntısını və iztirabını başa düşmək çətin deyil. 

O,  araşdırma  işləri  ilə  məşğul  olmaq  üçün  mühüm  kitab-

xanalardan məhrum edilmişdi. Alimin qalada yazdığı bütün 

elmi  əsərlər  ciddi  nəzarət  altında  yazıldığından,  yoxlama-

lara məruz qalırdı. Bunula belə Tusi Əlamut qalasında ağır 

bir şəraitdə, özünün ölməz əsərlərini yaradır. 

Çoxları elə zənn edirdi ki, ürəyi elmin eşqi ilə döyünən 

alim qısa zaman kəsiyində ismaili təriqətinin əleyhdarı kimi 

edam ediləcək. Lakin bu baş vrmədi.  

Bunun bir səbəbi “Tarix-e cahaquşay-e Cüveyni” kita-

bında  belə  izah  edilir:  “İsmaililər  rəhbərlərinin  ən  çox 

diqqət yetirdikləri elmlərdən biri ulduzların tədqiqi olmuş-

                                                 

       1


  Nəsirəddin  Tusi.  “Şərhül  İşarət”.  Bu  ifadələri  profeccor  Ə.  K. 

Zəkuyev tərcümə edibdir.  



                                                     

 

  



                                                                            

                                                    

90 

dur.  İsmaililər  istehkamlarının,  qalalarının,  qüllələrinin  – 



Əlamut,  Kuhistan  qalalarının  hündür  yerlərdə  tikilməsinin 

əsas səbəblərindən biri də bu idi ki, münəccimlər münasib 

yerlərdə  yerləşdirilsin  və  kainatı  tədqiq  etsinlər...  Digər 

tərəfdən  isə  ismaililər  hərəkatı  öz  inkişafının  ən  yüksək 

zirvəsinə  çatmış,  yüksək  səviyyədə  elmi  tədqiqat  işləri 

apardığına  görə  xüsusi  diqqət  mərkəzində  idi.  Çalışırdılar 

ki, müxtəlif elm sahələri üzrə böyük alimləri öz mərkəzləri-

nə  toplayıb,  onlar  üçün  tədqiqat  aparmaq  üçün  imkanlar 

yaratsınlar. 

Xacə Nasirin Əlamutda olması,  sonralar onun  o dövrün 

ölkələrində  -  Çinə  qədər  elmi  nəzəriyyələrinin  yayılması 

göstərir  ki,  o,  orada  elmi  tədqiqat  fəaliyyəti  ilə  məşğul 

olurmuş.  Unutmaq  olmaz  ki,  Əlamutda  zəngin  kitab-

xanalarından biri mövcud idi. Hətta orada münəccimlik alət 

və dəzgahları da geniş şəkildə işlədilirdi ”.

1

 



Bir  neçə  ildən  sonra  Tusi  məntiqdən  “Əsasül-iqtibas” 

əsərini  yazır.  Bu  əsər  məntiqlə  bağlı  ibn  Sinanın  “Şifa” 

əsərindən sonra ikinci əsər sayılır. 

İsmaili dövlətinin  yaranması haqda L. Stroyeva maraqlı 

məlumat verir: “İsmaililərin üsyanı, İranda şiəliyin bir qolu 

olan  ismailizmin  yaranmasına  gətirib  çıxarır.  VII  əsrin 

                                                 

        1

 A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” 

İslam araşdırmaları mərkəzi, 1996. səh. 33-34 



                                                     

 

  



                                                                            

                                                    

91 

ortasında Əlinin tərəfdarları (şiələr) bildirirlər ki, yalnız o, 



(Əli - R. D.) və onun birbaşa nəsli xilafətdə siyasi hakimiy-

yətdə  olmaq  hüququna  malikdirlər.  Bu  onunla  izah 

olunurdu ki, yalnız Əli, Məhəmməd Peyğəmbər tərəfindən 

açıqlanmış  dərin  biliyə  sahib  olubdur,  deməli  Əli  İmam 

sayılmalıdır – müsəlman tayfasının dini başçısıdır”.

1

 



İ. Qoldsiyerin yazdığına görə, sonradan İmam şəxsiyyəti 

haqqındakı  sual,  şiələr  arasındakı  parçalanmaya  gətirib 

çıxarır.

2

 



VIII  əsrdəki  parçalanma,  əsasən  altıncı  İmam  Cəfər  əs-

Sadiq  böyük  oğlu  İsmaili  imamlıqdan  məhrum  edəndən 

sonra baş verir. O, atasından tez vəfat etdiyindən İmam ola 

bilmir.  Şiələrin  o  hissəsi  ki,  onun  oğlu  Mühəmməd  ibn 

İsmaili  İmam  kimi  qəbul  edirlər,  onlar  ismaili  adlanmağa 

başlayırlar.  Abbasi  hakimlərinin  təqibindən  yaxa  qurtar-

maq  üçün ismaili imamlar qeyri-leqal  fəaliyyət göstərirlər, 

Həzrət Əli və Fatimənin (Peyğəmbərin qızı) nəslindən olan 

İmam  Ubeydulla,  müstəqil  olaraq  Fatimi  Xilafətini  (909-

1171)  yaradır.  Fatimi  Xilafətində  ismailizm  rəsmi  olaraq 

dini təlim elan olunur.

3

 



                                                 

            1 

Л.  В.  Строева.  Государство  Исмаилитов  в  Иране  в  XI-XIII  вв. 

Москва, «Наука», 1978. стр. 32 

         

 

 2   



И. Гольдциер. Лекции об Исламе. СПб, 1912 

           3 

Л.  В.  Строева.  Государство  Исмаилитов  в  Иране  в  XI-XIII  вв. 

Москва, «Наука», 1978. стр. 32 



                                                     

 

  



                                                                            

                                                    

92 

Bütün  bunlara  baxmayaraq  İsmaili  dövləti  Abbasi 



Xilafətinin  müttəfiqi  sayılır  və  regionda  sayılıb-seçilən 

dövlətlərin birinə çevirilir. 

Çingiz xanın nəvəsi Hülaku xan öz ordusu ilə Azərbay-

canın  sərhədinə  yaxınlaşanda  xanın  göndərdiyi  cəsuslar 

Tusinin  nə  qədər  müdrik  alim  və  aqil  insan  olduğunu 

hökmdara  izah  edirlər.  Halbuki  xan  qiyabi  olsa  da,  Azər-

baycan  alimi  barəsində  çoxlu  müsbət  fikirlər  eşitmişdi. 

Alimlərə  və  ümumiyyətlə,  aqil  insanlara  möhkəm  pərəstiş 

edən Hülaku xan “Əlamut” qalasını mühasirəyə alır. 

Onun  qoşunları  1256-cı  ildə  fətholunmaz  “Əlamut” 

qalasını tutur, Tusini və digər alim məhbusları azad edirlər. 

1256-cı  ildə  Hülaku  xan  Azərbaycanın  bütün  bölgələ-

rinə tam  yiyələnir və həmin ölkənin hakimi elan edilir. O, 

Azərbaycana sahib çıxandan sonra dahi alim sayılan Tusini 

öz  məsləhətçisi  təyin  edir.  Hülaku  xan  ən  ağır  vəziyyət-

lərdə belə, başqa milliyyətdən olan alimə bel bağlamışdı. 

Tusi  “Əlamut”  qalasında  saxlanıldığı  bir  zaman  onun 

nəslinin  bir  çox  nümayəndələri,  o  cümlədən  ailəsi  Həmə-

dan  şəhərində  yaşayırdı.  Tusinin  müasiri  olan  məşhur 

Azərbaycan  tarixçisi  Rəşidəddin  Fəzlullah  (1247-1318) 

Hülaku  xanın  alimə  necə  hörmətlə  yanaşması  barəsində 

yazırdı:  “Elə  ki  aşkar  edildi  və  səhih  çıxdı,  Xacə  Nəsirəd-

din, Rəşiddövlə və Müvafiqəddövlənin oğulları açıq ürəkli-


                                                     

 

  



                                                                            

                                                    

93 

dir  və  onların  mənşəyi  Həmədan  şəhərindədir,  bunlar 



böyük və hörmətli təbiblərdir, onların hamısına Hülaku xan 

nəvaziş və hörmət göstərdi, onlara nəqliyat vasitələri verdi 

ki,  öz  ailələrini,  qohumlarını,  ev  adamlarını,  itaətlərində 

olanları, müridlərini onun (Hülakunun) hüzuruna gətirsinlər 

və onun zat-ailələrinin xidmətində saxlasınlar”.

1

 



Alim  qaladan  azad  edilən  kimi  ilk  vaxtdan  monqol 

hökmdarının  məsləhətçisi təyin edilir. Elə ilk günlərdən o, 

Hülaku xanın bir çox siyasi tədbirlərinin həyata keçirilmə-

sində məsuliyyəti öz üzərinə götürür. Xan yenicə yaratdığı 

dövlətinin  sərhədləri  genişləndirmək  üçün  mütləq  Abbasi-

lər xilafətinin paytaxtı - Bağdadı ələ keçirməli idi. Bu işdə 

Tusi  hökmdara  lazımi  məsləhət  vermişdi.  Uzun  müddət 

müsəlman  aləminin  müqəddəs  şəhəri  sayılan  Bağdada 

hücum  etməyə  çəkinən  Hülaku  xan  yalnız,  Azərbaycan 

aliminin elmi cəhətdən əsaslandırılmış fikirlərdən sonra bu 

addımı atmağa cürətlənir. 

Öz  qoşunlarını  Bağdadın  yaxınlığında  saxlayan  Hülaku 

xan  dəfələrlə  Bağdad  xəlifəsi  Müstəsimə,  təslim  olması 

haqqında  təkliflər  verir.  Bağdad  xəlifəsi  hər  dəfə  rədd 

cavabı  verməklə  yanaşı,  elxanilərin  hökmdarını  Allahın 

qəzəbi ilə qorxudurdu. 

                                                 

      


1

 Рашид-ад-дин. Сборник летописей. III том. Москва, 1946. стр. 31 



                                                     

 

  



                                                                            

                                                    

94 

Onun  məsləhətçilərindən  biri  Hüsaməddin  hökmdara 



Bağdad  səfərindən  əl  çəkməyə  və  Konstantinopola  hücum 

etməyə  məsləhət  görmüşdü.  Tusi  isə  bu  məsələdə  düzgün 

məsləhət verəndə, Hüsaməddin ilə balaca bir mübahisə baş 

verir. 


Fəzlüllah  Rəşidəddin “Camei  təvarix” əsərində  yazır: 

“Həmin  yürüş  haqqında  Hülaku  xan  dövlət  xadimləri  və 

saray  məsləhətçiləri  ilə  məsləhətləşərdi.  Bunların  hər  biri 

öz etiqadına uyğun olaraq fikirlərini söyləyirdilər. 

Hülaku  xan,  onu  səfərdə  müşayiət  edən  münəccim 

Hüsaməddini yanına çağırdı və ona əmr etdi: 

- Tərifsiz olaraq ulduzların bütün göstərdiklərini danış. 

Münəccim hökmdara yaxın olduğu üçün cürətlə dedi: 

-  Abbasilər  nəslinə  qəsddə  və  Bağdad  üzərinə  hücumda 

bizə  səadət  yoxdur;  çünki  bu  vaxta  qədər  Abbasilərə  və 

Bağdada  qəsd  edən  heç  bir  şəxs  nə  şahlıq  və  nə  də  həyat 

üzü  görmüşdür.  Əgər  hökmdar  öz  nökərinin  sözünə  qulaq 

asmasa və oraya getsə, altı cür qətl baş verər: birinci – atlar 

qırılar və qoşun xəstələnər, ikinci – günəş doğmaz, üçüncü 

– yağış yağmaz, dördüncü – qasırğa qalxar və dünya zəlzə-

lədən  məhv  olar,  beşinci  –  yerdən  bitki  qalxmaz,  altıncı  – 

böyük hökmdar həmin il vəfat edər... 


                                                     

 

  



                                                                            

                                                    

95 

Sonra  Hülaku  xan  dünyanın  xocası  Tusini  çağırdı  və 



onunla məsləhətləşdi. Xacə şübhə altında idi və ona görə də 

dedi: - Bu hallardan heç biri olmaz. 

Sonra Hülaku xan soruşdu: - Bəs nə olacaq? 

Nəsirəddin cavab verdi: - O olacaq ki, Xəlifənin yerində 

Hülaku xan oturacaq”. 

Rəşidəddinin  yazısından  başa  düşülür  ki,  Tusi  dini 

xurafatdan azad, vəziyyəti düzgün analiz etməyi bacaran bir 

şəxs idi. Bütün fikirlərini elmi əsaslarla sübut edirdi. 

Ərəblər bir neçə yüz il Yaxın şərqdə və Qafqaz dağları-

nın  cənubunda  yerləşən  ölkələrdə  hökmranlıq  etsələr  də, 

getdikcə həmin regionlar da zəifləməyə başlamışdı. 750-ci 

ildə  ərəb  xilafətində  böyük  dəyişiklik  baş  verir.  Xilafətin 

başında duran Əməvilər sülaləsi (661-750) imperiyanı idarə 

edə  bilmədikləri  üçün  Abbasilər  sülaləsi  (750-1258) 

hakimiyyətə gəlir və XIII əsrin ortasına kimi Xilafəti idarə 

edirlər.  Xilafətin  paytaxtı  olan  Bağdad  şəhəri  dünyanın  ən 

böyük  və  varlı  şəhəri  sayılırdı.  Bundan  əlavə  Bağdad  Ya-

xın Şərqin ən böyük mədəniyyət, incəsənət və elmi ocaqla-

rın  mərkəzi  idi.  Elmin  bütün  sahələrində  məşhurlaşan 

adamlar bilavasitə həmin şəhərdə fəaliyyət göstərirdilər. 

Bağdad  ələ  keçiriləndən  sonra  (1258)  Hülaku  xan  öz 

möhtəşəm dövlətini 1260-cı ildə Azərbaycanda salır. Elxa-

nilər adlanan bu yeni dövlətin başçıları “Elxan”lar idi. 

 


                                                     

 

  



                                                                            

                                                    

96 

                    “Dünya Xoşbəxtliyi Cəmiyyəti” xoşbəxtliyə      

                      nail olmaq üşün iki yol müəyyən etmişdir.             

                      Bunlar xalqa xidmət etmək və insanlara        

                       məhəbəttlə yanaşmaqdır.  

                                                            Demosfen 

 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin