Əks-göstəriĢlər: Daxili üzvlərin xroniki xəstəliklərinin kəskinləşməsi, yaxud kəskin iltihabi
xəstəliklər, hipotoniya xəstəliyi, ürəyin işrmik xəstəliyi, gərginlik stenokardiyası.
Aromatik vannalar. Şirin suyun kimyəvi təsirini artırmaq üçün onda dərman maddələrini, otları
və digər bitki mənşəli maddələri, ən çox xoş qoxulu ətri olanları həll edirlər ki, belə vannalar aromatik,
yaxud dərmanlı vannalar adlandırırlar.
Duzlu vannaları hazırlamaq üçün vannaya dəniz duzu və ya xörək duzu 1-6 kq-dək qatılır.
Qələvi və ya sodalı vannalara 200-300 q soda qatılır. CO
2
-qazlı vannalar-xüsusi cihazda su kəmərinin
soyuq suyu 1, 5-2 atm təzyiq altında karbon qazı ilə doyuzdurulur. CO
2
qazlı vannalar tənəffüs
mərkəzini qıcıqlandırmaqla tənəffüsü dərinləşdirir, parasimpatik sinir sisteminin oyanıqlığını
yüksəldir, kapilyarların genəlməsi ilə əlaqədar olaraq A/T-ni bir qədər aşağı salır. H
2
S-li vannalar-ı
hazırlamaq üçün vannaya 200l su, 30q soda töküb əriyənə qədər ağac çubuqla qarışdırırlar. 355 ml 12,
6%-li Na sulfid məhlulu, sonra isə 110 ml texniki HCL turşusu töküb qarışdırırlar. H
2
S-maddələr
mübadiləsinə təsir edir, regenerasiya prosesini və qan yaradıcı funksiyanı, eləcə də iltihab infiltratının
sorulmasını gücləndirir.
Süni radon vannaları-burada təsir edən amil radon qazı və onun qısa müddət yaşayan parçalanma
məhsullarıdır. Radon orqanizmə tənəffüs yolları ilə daxil olur. Radon vannası təsirindən dəri avazıyır,
dəri damarlarının genəlməsi hesabına AT aşağı düşür, ürək-damar sisteminin fəaliyyəti normallaşır,
qanyaradıcı orqanların funksiyası yüksəlir, qanda və sidikdə şəkərin miqdarı azalır.
|