nevralgiya, radikulitləri, xoş və bəd xassəli şişlər, ağciyərlərin və digər üzvlərin vərəminin
kəskinləşməsi, tireotoksikoz, malyariya, ultrabənövşəyi şüalara qarşı həssaslıq və s.
Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
29
MÖVZU: 15
MBT-MÜALĠCƏVĠ BƏDƏN TƏRBĠYƏSĠ
Müalicə bədən tərbiyəsi təkcə müalicə profilaktiki prosesi deyil, həm də müalicə tərbiyəvi
prosesdir. Müalicə bədən tərbiyəsinin əsasını fiziki tapşırıqların tətbiq olunması təşkli edir. Müalicə
bədən tərbiyəsi qeyri spesifik terapiya, istifadə olunan fiziki tapşırıqlar isə qeyri spesifik
qıcıqlandırıcılar adlanır. Bütün tapşırıqlara sinir sistemi vasitəsilə cavab reaksiyası alınır.
MBT əsas müalicə növü kimi tətbiq olunur. MBT-nin bir neçə növü var:
1. Ümumi möhkəmləndirici;
2. Məxsusi idman;
3. İdman oyunları.
Müalicə məqsədilə əsasən I növdən istifadə edilir. MBT təyin olunarkən xəstənin yaşını,
vəziyyətini, xəstəliyin etiologiya və potogenezini, kliniki gedişini nəzərə almaq lazımdır. MBT-ni
hissə-hissə tətbiq etmək və hər dəfə idmanın gücünü və müddətini artırmaqla yaxşı effekt almaq olar.
Hər bir xəstə və xəstəlik üçün fərdi olaraq doza təyin olunmalıdır. Bu doza ümumi fiziki işin hər idman
hərəkətinə nisbəti ilə ölçülməlidir.
Ümumi fiziki iş bir neçə amildən asılıdır:
1. Fiziki işin xarakterindən;
2. Fiziki işin müddətindən;
3. Təkrarın sayından;
4. Fiziki işin intensivliyindən.
Hər bir müalicə bədən tərbiyəsi 3 hissədən ibarətdir:
1. Giriş;
2. Əsas;
3. Son hissə.
Giriş hissədə bədən tədricən fiziki iş üçün hazırlanır. Əsas hissədə xəstə lazımi güc altında iş
görür. Son hissədə xəstə idman hərəkətlərini tədricən azaltmaqla idmanı qurtarır. Belə üsulda
məqsədimiz bədəni birdən-birə təzyiqə məruz qoymamaqdır.
MBT ilə sistematik məşğul olunmalıdır. Bu zaman ən yüksək güc idmanın orta hissələrinə
düşməlidir. Ümumi müalicə kursu müddətində idman hərəkətlərini mürəkkəbləşdirməklə müxtəlif
oynaq və əzələlərin tam hərəkətini və funksiyasını bərpa etmək olar.
MBT növlərindən istifadə edərək bir çox şərtləri nəzərə almaq lazımdır:
1. Material baza;
2. Kadrlar;
3. İş planı;
4. Fiziki işin normativləri;
5. Effektlilik jurnalı və nəzarət.
Material baza-MBT xüsusi texniki alətlərlə təchiz olunmuş otaqlarda, açıq idman
meydançalarında aparılır. Belə otaqlarda kiçik qruplar şəklində və ya fərdi məşğələlər keçirilir. Otaq
işıqlı və təmiz havalı olmalıdır. Otaqlar xüsusi avadanlıqlarla təchiz olunmalıdır. Əsas avadanlıqlar
bunlardır:
Gimnastik divar, skamyalar, gimnastik ağaclar, dairələr, qantellər 0,5-5 kq-a qədər, nərdivanlar,
toplar, trenajorlar, xalçalar, güzgü, tərəzi, A/T ölçən cihaz, saniyəölçən və s.
Burada işləyən kadrlar-həkim instruktorlar və ya metodistlər, massaj edən tibb bacıları. Xəstələr
xüsusi jurnallarda qeydə alınırlar.
Hər bir xəstəlik üçün MBT - nin normativləri müxtəlifdir.
Məsələn: Terapevtik xəstələr üçün kəskin və yarımkəskin dövrdə 15 dəqiqə, sağalma dövründə
25 dəqiqə. Travmotoloji xəstələrdə immobilizasiya dövründə 15 dəqiqə, qrup halda 25 dəqiqə,
onurğanın zədələnməsində 15 dəqiqə və s.