Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
31
Tibbi qruplara bölgü zamanı, aparılan tibbi müayinəyə aiddir: xarici baxış, antropometriya,
funksional sınaqlar və s. Xarici baxış zamanı şəxsin ümumi vəziyyətinə, hərəkətlərinin, quruluşunun
simmetrikliyinə nəzarət edilir.
Antropometriya-insan bədəninin, onun müxtəlif nahiyələrinin ölçülməsi üsullarının məcmusuna
deyilir. Şəxsin boyunu ölçmək üçün boyölçəndən istifadə olunur. Bu şaquli istiqamətdə duran
santimetrlərə bölünmüş şkalası olan taxtadan və onun üzəri ilə yuxarı-aşağı sərbəst hərəkət edən üfüqi
xətkeşdən ibarətdir. Boy ölçən zaman baş elə tutulur ki, qulaqlar ilə gözün xarici bucağı bir üfüqi xətt
səviyyəsində olsun. Döş qəfəsinin dairəsini ölçmək üçün yumşaq santimetrli lent götürüb onu döş
qəfəsinin üzərinə elə qoyurlar ki, o arxadan kürəklərin aşağı bucaqları, öndən isə IV qabırğa
səviyyəsindən keçsin. Ölçmə dərindən nəfəsvermə, dərindən nəfəsalma və sakit tənəffüs zamanı
aparılır.
Çəkini tibbi tərəzidə ölçürlər. Brok formuluna görə insanın normal çəkisi belə olmalıdır: boyun
uzunluğu (sm-lə) - (çıxılsın) 100.
Funksional sınaqlara aiddir: ortostatik, fiziki yüklə, fəqərələrin hərəkətliliyi üçün sınaqlar,
spirometriya və s.
Ortostatik sınaq-aktiv sınaqdır. Müayinə olunan horizontal vəziyyətdə olduqda nəbz və arterial
təzyiq ölçülür (bir neçə dəfə) . Sonra vertikal vəziyyətdə 10 dəqiqə durur və hər dəqiqə nəbz, A/T
ölçülür. Alınan fərqə görə vegetativ sinir sisteminin oyanıqlığı müəyyən edilir.
Fəqərələrin hərəkəliliyi sınağı onurğanın funksional vəziyyətini müəyyən etməyə imkan verir.
Əllər yuxarı vəziyyətdə gövdə arxaya əyilir, gövdə yanlara əyilir, əllər irəli olmaqla və kürək düz
saxlanılmaqla gövdə irəli əyilir, ovuc döşəməyə çatdırılır.
Spirometriya-spirometr vasitəsilə ağ ciyərin hava tutumu, ventilyasiyası müəyyən edilir. Adi
nəfəs aldıqda 500-800 sm
3
hava udulur, dərindən nəfəs aldıqda 1500-1600 sm
3
hava udmaq olur.
Tənəffüslə alınan, əlavə udulan, ağ ciyərdəki ehtiyat hava birlikdə ağ ciyərin həyat tutumunu təşkil
edir. Kişilərdə bu 3000-4000 sm
3
, qadınlarda 2000 -3000 sm
3
-dir.
|