Fiziki inkiĢafın əsas müayinə metodları. Tibbi nəzarətin əsasları
Müalicəvi bədən tərbiyəsində, məşq dərsləri zamanı sağlamlığın vəziyyətinə nəzarət edilir.
Ümumiyyətlə məşq dərsləri ümumi və spesifik olur. Ümumi məşq dərslərində məqsəd orqanizmin
ümumi möhkəmləndirilməsi, inkişafı, sağlamlığıdır. Xüsusi məşq dərslərində məqsəd, xəstəlik və ya
travma nəticəsində pozulmuş funksiyanı bərpa və inkişaf etdirməkdir. Tibbi nəzarəti planlı həyata
keçirmək üçün tibbi müayinə aparılır.
Tibbi müayinə aşağıdakı qaydada aparılmalıdır:
-Sistematik məşq dərslərinə başlamazdan əvvəl,
-Təkrar olaraq yarışlardan əvvəl, uzunmüddətli xəstəlikdən və fasilədən sonra.
Aparılan müayinələr nəticəsində fiziki inkişaf, sağlamlıq vəziyyəti və idman hazırlığı
dərəcəsindən asılı olaraq 3 qrup ayırd edilir və fiziki sağlamlıq belə qiymətləndirilir:
I. Əsas qrup-fiziki cəhətdən inkişaf etmiş sağlam şəxslər aiddir. Məşqlər intensiv, tam həcmi ilə
aparılır, yarışlarda iştirak edə bilərlər.
2. Hazırlıq qrupu-fiziki cəhətdən zəif inkişaf etmiş, praktiki sağlam şəxslər aiddir. Bu qrupda
tədricən inkişaf etdirilən məşq dərslərindən istifadə edilir.
3. Xüsusi qrup- müvəqqəti və ya daimi sağlamlığını itirmiş şəxslər aiddir. Məşq dərsləri hərəkət
məhdudluğu olan xüsusi proqram üzrə aparılır.
|