Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
28
solyarilərdə, açıq meydançalarda, çimərliklərdə və çətir altında qəbul edirlər. Xəstələrin günəş
vannalarına qarşı reaksiyasının subyektiv hissiyatla (istilik hissi, baş ağrısı, və s.) yanaşı kliniki
müşahidələrlə nəzarət etmək olar. Bunun üçün qan təzyiqi ölçülməli, nəbz və tənəffüs sayılmalıdır.
Talassoterapiya çox geniş yayılmış müalicə-profilaktik su prosedurasıdır. Bu zaman su və hava
müştərək təsir edir. Çimmək təbii su hövzələrində (dəniz, çay, göl) və süni hovuzlarda yerinə yetirilə
bilər. Açıq su hövzələrində çimən yaxud üzən zaman insan bədəni nisbətən aşağı temperaturlu su ilə
təmasda olur. Əgər bu əməliyyat dənizdə olarsa əlavə olaraq mineralların da təsiri olur. Suya girmiş
orqanizmin dəri reseptorlarının vəziyyəti mexaniki sonra isə fizioloji olaraq qan dövranını istilik vermə
şəraiti dəyişilir. Üzən zaman əzələ hərəkətləriylə müşayət olunduğundan sinir və ürək damar
sistemlərində dəyişikliklər baş verir. Qan və limfa axını sürətlənir.
GöstəriĢlər: Miokard və ürək əzələsinin qabaq aparatının xəstəlikləri; UİX, neyrosirkulyator
distoniya, hipertoniya xəstəliyi 1-ci, 2-ci mərhələləri, xroniki bronxit, bronxial astma, xroniki qastrit,
12 barmaq bağırsağın xəstəliyi, xolisistit, piylənmə, D vitamininin çatışmamazlığı, sümük-əzələ
sisteminin travmaları və s.
Dostları ilə paylaş: |