I mərhələdə MBT ilk günlərdən orqanizmin tonusunun yaxşılaşması, ağırlaşmanın
profilaktikası, immobilizəedilmiş ətrafın trofikasının yaxşılaşması, əzələ hipotrofiyası, rigidliyin
inkişafının qarşısının alınması üçün təyin olunur. Müalicəvi gimnastikaya statik və dinamik tənəffüs
hərəkətləri, bütün əzələ qrupları üçün (immobilizasiya edilən ətraf əzələlərindən başqa) ümumi inkişaf
etdirici məşğələlər aiddir. Xüsusi müalicəvi gimnastika olaraq simmetrik ətrafda, travmalı ətrafın
immobilizasiya olunmamış oynaqlarında, zədələnmiş seqmentin əzələsində izometrik gərginlik üçün
məşğələlər tətbiq olunur. Dartınma hərəkətlərinə başladıqdan 10-12 gün sonra və osteosintez
əməliyyatından 2-3 gün sonra izotonik hərəkətlər təyin olunur (gün ərzinə 5-15 gərginləşmə 5-7 saniyə
müddətində fasilələrlə boşalma üçün) . Müalicəvi gimnastika prosedurasının müddəti 20-30-dur, gün
ərzində 2-3 dəfə. Paralel olaraq simmetrik ətrafda refleksogen zonada və zədələnmiş seqmentdə massaj
aparılır.
II mərhələdə xəstəyə durmaq, vestibulyar aparatın məşq etdirilməsi, əsa ilə hərəkət etmə,
gəzmənin bərpa edilməsi üçün MBT təyin olunur. MBT-nin xüsusi hissəsində zədələnmiş ətrafın
funksiyasının bərpa olunması, trofikasının normallaşdırılması, qan və limfa dövranının bərpası,
əzələlərin möhkəmləndirilməsi, oynaq hərəkətlərinin yaxşılaşması məqsədi güdülür. Fiziki yük
tədricən məşğələlərin sayını və müddətini artırmaqla çoxalır. Aşağı ətraf zədəsində gəzmə, yuxarı ətraf
zədəsində tutma funksiyasını inkişaf etdirən məşğələlər tətbiq edilir.
III mərhələdə müalicəvi gimnastika, suda fiziki hərəkətlər, mexanoterapiya, əmək terapiyası,
massaj, idman, oyun hərəkətləri tətbiq olunur. Bu mərhələdə pozulmuş funksiyanın maksimal bərpası,
yeni hərəkət vərdişlərinin qazanılması vərdişləri güdülür.
Onurğa sınıqları-onurğa beyninin zədələnməməsi şərtilə döş və bel fəqərələrinin sınığında
konservativ müalicə zamanı MBT-nin vəzifəsi orqanizmə ümumi tonuslandırıcı təsir göstərmək,
fəsadların profilaktikasıdır. MBT 4 etapda aparılır.
I etapda (10-12 gün) statik və dinamik tənəffüs hərəkətləri, xırda və orta əzələ qrupları üçün
ümumi inkişaf etdirici hərəkətlər istifadə edilir. Ayaqlarla aktiv hərəkətlər sadə şəkildə və növbə ilə
həyata keçirilir (yataqda dabanı sürüşdürmə) . Qarın əzələlərində qısa müddətli gərginlik və ürək
əzələlərində izotonik gərginlik, döş şöbəsinin bükülməsi, çanağın dirsəklənərək qaldırılması və dizlərin
bükülü vəziyyətində qaldırılması məsləhət görülür. Müalicəvi gimnastika arxası üstə yatmaqla fərdi
olaraq 10-15 gün, gündə 2-3 dəfə aparılır. Sınıq nahiyəsində ağrı əmələ gətirən hərəkətlər etmək
olmaz.
II etapda (30 günədək) əsas məqsəd əzələ korsetinin yaradılması, daxili orqanların fəaliyyətinin
normallaşdırılması, xəstənin geniş hərəkət rejiminə hazırlanmasıdır. Ümumi yükləmə hərəkətlərin
|