N. Zeynalova
Oрганизатион оф индепендент wорк оф студентс – аътуал
проблемс ин едуъатионе
Sуммарй
The article deals with the organization of independent work of students of pedagogical
universities. The article substantiates the relevance of life skills based program for reforms in
the education system.
Редаксийайа дахил олуб: 08.06.2015
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
94
Синифдянхариъ вахтларда тялябялярин сосиал фяаллыьынын
инкишаф етдирилмяси
Rüxsarə Əliyeva
fəlsəfə doktoru proqramı üzrə dissertant,
ARTPİ
E-mail: ruxsare_aliyeva@mail.ru
Rəyçilər: ped.ü.e.d., prof. A.N.Abbasov
ped.ü.f.d. T.M. Muradova
Açar sözlər: sinifdənxaric iş, sinifdənxaric fəaliyyət, fəallıq, sosial fəallıq, tələbələrin
sosial fəallığı
Ключевые слова: внеклассная работа, деятельность, внеклассная деятельность,
активность, социальная активность, социальная активность студентов
Key words: extracurricular work, work, extracurricular activities, activity, social
activity, social activity of students
Şəxsiyyətin fəallığı anlayışı müxtəlif elm sahələrində müxtəlif mənalarda səciyyələn-
dirilir. Fəallıq anlayışının bir sıra məna çalarları vardır. Məsələn, fəal insan, fəal həyat mövqe-
yi, fəal təlim, fəal həyat tərzi.
«Fəal», «fəaliyyət», «fəaliyyətli» sözləri fəallıq anlayışı ilə sıx surətdə əlaqədardır.
«Fəallıq» anlayışının mahiyyətinin “Azərbaycan dilinin izahlı lüğəti”ndə neçə açıqlandığına
diqqət yetirdik. Fikir verək: « Fəal – 1. işlək, çalışqan, işcil, fəaliyyətli, daim fəaliyyət göstə-
rən, çox iş görən. 2. iş; «fəaliyyət – hər hansı bir sahədə iş, çalışma, fəallıq göstərmə; aktivlik;
2. iş, işləmə; «fəaliyyətli – çalışqan, işcil, fəaliyyət göstərən; aktiv» (1, 178) deməkdir. İzahlı
lüğətdə qeyd olunduğu kimi, fəallıq dedikdə, «işcillik, çalışqanlıq, fəaliyyət, aktivlik» başa
düşülür (1, 179).
Mövcud ədəbiyyatda və məişətdə “fəallıq” “fəaliyyət” anlayışı ilə sinonim söz kimi
işlədilir. Fizioloji yönümdə “fəallıq” anlayışı bir qayda olaraq canlı varlıqları ümumi səciyyə-
ləndirmək, onların dinamikasını göstərmək məqsədilə nəzərdən keçirilir.
Didaktikada təlimin “Fəallıq prinsipi”ni qeyd edirlər. Bu prinsip təlim prosesinin sə-
mərəliliyinin artırılmasında və optimallaşdırılmasında mühüm rola malikdir. N.Q. Brenşteyn
1966-cı ildə bu prinsipi psixologiyaya da gətirmişdir. O, haqqında danışılan prinsipin mahiy-
yətini orqanizmin həyat fəaliyyəti aktlarında daxili proqramın müəyyənedici rolu kimi nəzər-
dən keçirirdi. Elm sübut etmişdir ki, həb bir şəxsin fəaliyyətində şərtsiz reflekslər vardır ki,
hərəkətlər bilavasitə xarici stimul kimi çıxış edir, lakin bu, bir növ fəallığın anadangəlmə ha-
disəsi rolunu oynayır.
Sosiologiya elmində sosial fəallıq anlayışına müraciət edilir. Bu, artıq bizi daha çox
maraqlandıran bir məsələdir. Bizim tədqiqat kollec tələbələrində sosial fəallığın formalaşdırıl-
masına həsr olunmuşdur. Sosial fəallığa bir hadisə, bir təzahür, bir vəziyyət və münasibət ki-
mi yanaşılmalıdır.
Akad. M.M. Mehdizadə yazırdı: “Şagirdlərin sosial fəallığı təkcə ictimai-siyasi səciy-
yə daşıyan şagirdlər birliyindən deyil, hətta elmi cəsiyyə daşıyan şagirdlər birliyi vasitəsilə
həyata keçirilir” (2, 317).
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |