Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə19/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   15   16   17   18   19   20   21   22   ...   298
 
 
18 
psixoloji məqamlarda öz yerini tapır: “Ancaq  o vaxt, nə də 1994-cü ilin oktyabrında 
mən  hakimiyyəti  qoyub  heç  yerə  qaçmadım.    televiziya  qarşısında  bəyan  etdim  ki, 
Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyıram” (3, XII c., 92). 
“Ya”,  “ya  da”  bölüşdürmə  bağlayıcıları  Heydər  Əliyevin  nitqində  biri  digərinin 
əksi  olan  fikirləri  ifadə  etmək  baxımından  əhəmiyyətlidir.  “Ya  xalqımı  qoruyub 
saxlayacağam,  ya  da  burda  həlak  olmağa  hazıram.  Canını  qurtarıb  qaçmaq  böyük  bir 
qəhrəmanlıq deyil, qorxaqlıqdır. Hakimiyyətdə olan adam gərək heç vaxt canı haqqında 
düşünməsin, xalq haqqında düşünsün və əgər lazım olsa, özünü xalqın yolunda şəhid et-
sin, qurban versin” (3, XII c., 92). Yuxarıdakı cümlədə “ya” və “ya da” bağlayıcılarının 
köməyilə  böyük  natiq  “dövlət  başçısı  necə  olmalıdır”  sualına  cavab  tapmaqda  audito-
riyaya kömək edir. 
“Həm” bağlayıcısı bütövün, tamın hissələrə bölünməsi, bütövün hissələrdən təşkil 
olunması fəlsəfəsini Heydər Əliyev nitqində ortaya qoyur: “Bu gün biz həm Azərbaycan-
da, həm Füzulinin doğulduğu yerdə - Kərbəlada, Bağdadda, həm Ankarada, Türkiyədə 
Füzulinin 500 illiyini qeyd edərkən, artıq keçmişdəki kimi parçalanmış vəziyyətdə deyi-
lik” (3, II c., 479). 
Heydər  Əliyev  nitqində  “həm”,  “həm  də”  bağlayıcıları  qarşılıqlı  əlaqədə  olan 
tərəfləri  nəzərə  çarpdırmaq  məqamları,  anları  üçün  işlənilir:  “Gen  fondu  isə  gənclərin 
həm mənəvi, həm də fiziki sağlamlığıdır. Mənəvi və fiziki sağlamlıq bir-biri ilə qarşılıqlı 
əlaqədədir. Çünki, mənəviyyat pozulanda gənclərin fiziki sağlamlığını da pozur” (3, I c., 
173).  Böyük  natiq  “həm”  və  “həm  də”  bağlayıcıları  ilə  tərəflərin  qarşılıqlı  əlaqəsini 
auditoriyaya açıqlayırsa, ”çünki” bağlayıcısı ilə bu əlaqəni, bu vəhdəti açıqlayır. 
Qarşılaşdırılan iki zidd təsəvvürü bir-birinə  bağlayan “amma”, “ancaq”, “lakin” 
bağlayıcıları siyasi natiqliyimizin banilərindən Heydər Əliyevin nitqində xüsusi yer tutur. 
Bağlayıcıdan  əvvəlki  cümlənin  dinləyicidə  doğurduğu  ehtimalı  bağlayıcıdan  sonrakı 
cümlə aradan qaldırır: “Çoxları hesab edirlər ki, biz Asiya qitəsində yerləşən bir ölkəyik. 
Azərbaycan Asiya ilə Avropanın birləşdiyi, qovuşduğu bir ərazidə yerləşən, amma Avro-
paya daxil olan bir ölkədir. Ancaq Azərbaycan öz kökünə, dini mənsubiyyətinə, ənənələ-
rinə  görə  Şərq  aləminə,  İslam,  Türk  dünyasına  daxil  olubdur”  (3,  XIII  c.,  107).  “Azər-
baycan  Avropaya  daxil  olan  bir  ölkədir”  ilkin  fikir  “ancaq”  bağlayıcısı  ilə  əks  fikirlə, 
zidd fikirlə “Azərbaycan Şərq aləminə, İslam, türk dünyasına daxil olubdur” sonuclanır. 
Əks,  ziddiyyət  mənalı  “amma”,  “lakin”  bağlayıcılarının  Nəsimi  yaradıcılığında 
dilçilər  tərəfindən  öyrənilməsi  və  bu  öyrənmə  ilə  Heydər  Əliyev  nitqi  arasındakı 
paralellər keçən bu əsrlərin, dağıdıcı müharibələrin, keşməkeşli dövrlərin dilimizə təsiri-
nin  cüzi  olduğunu,  Azərbaycan  dilinin  möhkəm  dayaqlar  üzərində  bərqərar  olan  dil 
olduğunu sübut edir: 
                             
 Anca kişilər dəviyi-islam edər, əmma 
 Tək orda bir xaçilə zünhar bulunmaz. 
 Hər kişidə bir cübbəvü dəstar olur, əmma,  
 Min başda bir layiqi-dəstar bulunmaz!  
 
“Ancaq” bağlayıcısı Azərbaycanda yazıçı və şairlərə yubileylər keçirilməsinə gəc 
baxanlara Heydər Əliyev nitqində əks cavab hazırlayır: “Bəziləri indi də buna bir az kəc 
baxırlar, “bu yubileylər nəyə lazımdır, indi bizim həyatımız  çətindir, ağırdır” - deyirlər. 
Ancaq  mən  bu  fikirlə  heç  vaxt  razı  olmamışam,  bu  gün  də  razı  deyiləm.  Əminəm  ki, 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin