Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə17/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   13   14   15   16   17   18   19   20   ...   298
Redaksiyaya daxil olub: 25.05.2015 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
16 
Heydər Əliyevin nitqində bağlayıcılar 
 
                          Nağdəli Zamanov  
ATU-nun dosenti, tibb elmləri  
üzrə fəlsəfə doktoru  
Е-mail: n.zamanov@mail.ru
 
 
Rəyçilər: f.ü.e.d., prof. Z.Ş.Məmmədova 
                f.ü.f.d., dos. A.F.Miriyev 
 
Açar  sözlər:  Heydər  Əliyev,  nitq,  nitq  mədəniyyəti,  bağlayıcılar,  tabelilik  və 
tabesizlik bağlayıcıları 
Ключевые слова: Гейдар Алиев, речь, культура речи, союзы, сочинительные и 
подчинительные союзы 
Key  words:  Heydar  Aliev,  speeche,  speeche  culture,  conjunctions,  subordination 
and coordination conjunctions 
 
Bağlayıcılar əsas nitq hissələrindən fərqli olaraq ancaq nitqdə bir dil hadisəsi kimi 
peyda olur və ünsiyyət prosesinə xidmət edir (1). 
Azərbaycan  dilində  işlənən  bağlayıcılara  aid  aparılan  tədqiqata  əsasən  onların 
məna növlərini on bir yerə bölmək olar. Daşıdıqları sintaktik vəzifə ilə yaratdıqları məna 
bir-birinə  müvafiq  gəldiyi  üçün  bağlayıcıların  məna  növlərini  də  vəzifələrinə  əsasən  iki 
böyük qrupda birləşdirmək olar: 
1) tabesizlik bağlayıcılarının məna növləri
2) tabelilik bağlayıcılarının məna növləri; 
I.Tabesizlik bağlayıcılarının məna növləri 
1) birləşdirmə-bitişdirmə bildirənlər; 
 
2) qarşılaşma bildirənlər; 
3) bölüşdürmə bildirənlər; 
4) iştirak bildirənlər; 
5) inkarlıq bildirənlər; 
6) aydınlaşdırma bildirənlər; 
II Tabelilik bağlayıcılarının məna növləri 
1) aydınlaşdırma bildirənlər; 
2) səbəb bildirənlər; 
3) müqayisə və bənzətmə bildirənlər; 
4) şərt bildirənlər; 
5) güzəşt bildirənlər (2); 
              
Heydər  Əliyevin  nitqlərinin  əksərində  “əgər”  şərt  bağlayıcısının  arxasınca  “ona 
görə  də”,  “çünki”  səbəb  bağlayıcıları  gəlir:  “Respublikadakı  bütün  partiyaların  ha-
mısının  bir yerdə  üzvlərinin sayı cəmi 450 minə yaxındır. Əgər belə isə, demək, onlar 7 
milyon 500 min əhalinin hamısını şübhəsiz ki, təmsil edə bilməzlər. Ona görə də əgər biz 
tam  proporsional  sistem  üzrə  seçki  aparsaq,  onda  parlament  seçkilərində  əhalinin 
hamısının rəyini ala bilməyəcəyik. Çünki partiyalar əhalinin hamısını təmsil etmirlər” (3, 
IV c., 128-129). 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin