Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə269/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   265   266   267   268   269   270   271   272   ...   298
 
 
190 
Həsən  bəy  Moskvaya  gedərək  imtahansız  Moskva  Universitetinin  fizika-riyaziyyat  fakultə-
sinin “təbiyyət” şöbəsinə daxil olur. Beləliklə, dörd illik qaynar Moskva həyatı başlanır. Onu 
da  əlavə  edək  ki,  Tiflis  gimnaziyasında  olduğu  kimi  Universitetdə  də  H.Zərdabi  dövlət  xər-
cinə təhsil alır. 
Görkəmli ziyalının gənclik dörd ili Moskva Universiteti ilə bağlıdır. O, həmin ali mək-
təbdə  1861-1865-ci  illər  arasında  təhsil  almışdır.  Rusiyadakı  maarif  və  elm  mühitinin  flaq-
manlarından  olan  Moskva  Universiteti,  onun  böyük,  nüfuzlu  ziyalı  potensialı  azərbaycanlı 
tələbənin həm elmi erudisiyasının genişlənməsinə, zəngin bilik qazanmasına, həm də ictimai 
baxışlarının, sosial gerçəkliyə, xalqının taleyinə münasibətinin formalaşmasına əsaslı şəkildə 
təsir göstərir.  
1865-ci ilin yayında ali təhsili tamamlayan Həsən bəy vətənə qayıdır və bundan sonra-
kı  bütün  şüurlu  ömrünü  onun  nicatına  və  tərəqqisinə  həsr  edir.  1865-ci  ilin  yayında  Mosk-
vadan qayıtdıqdan az sonra təxminən sentyabr ayında H.Məlikov Tiflis quberniyasında “Me-
jovaya palata” (“Mərz palatası”) idarəsinin 8-ci mejovay komissiyasında işə düzəlir. Komis-
siyada işlədiyi bir ildən bir qədər artıq müddət ərzində çoxlu sayda qanunsuzluqlarla rastlaşdı. 
Bəylərin, mülkədarların, dövlət məmurlarının kəndliləri necə aldatdığının, onların hüquqlarını 
necə tapdadığının şahidi oldu. Həmin haqsızlıqlara etiraz etdiyinə, rüşvət və təmənna naminə 
kifayət  qədər  əyriliyə,  qanunsuzluğa  yol  verən  komissiya  rəisinin  və  üzvlərinin  işinə  mane-
çilik törətdiyinə görə o bir çox hallarda komissiyanın işlərinə çağırılmırdı. Çıxarılan qərarla 
razılaşmayaraq öz etirazını bildirdi. Öz mülahizələrini yazılı şəkildə rəhbərliyə təqdim etdi və 
buna görə də 1866-cı ilin payızında işdən çıxarıldı.  
28  dekabr  1866-cı  ildə  o,  Bakı  qəza  idarəsinə  işə  düzəlir.  Lakin  buradakı  mühit  və 
şərait də onu razı salmır. Elə buna görə də iş yerini yenidən dəyişməli olur. Cəmi bir ay sonra, 
daha  dəqiqi  28  fevral  1868-ci  ildə  Həsən  bəy  Quba  qəzasında  barışıq  məhkəməsinin  katibi 
vəzifəsinə təyin  olunur. Cəmiyyəti çulğalayan sosial  ədalətsizlik, qanunsuzluq,  rüşvətxorluq, 
gücsüzün haqqını tapdalamaq tendensiyası burada da gənc məhkəmə katibinin qarşısına çıxır. 
1868-ci ilin oktyabr ayının 4-də H.Məlikov Quba qəzası barışıq məhkəməsinin katibi vəzifə-
sindən azad edilir. Rəsmi sənədlərdə səbəb kimi göstərilir ki, o, tutduğu vəzifədən məzuniy-
yətdən sonra işə qayitmadığına görə azad edilmişdir.  
18 noyabr 1869-cu il tarixində H.Zərdabi Qafqaz Təhsil Dairəsinin əmri ilə Bakı realnı 
gimnaziyasına “təbiət tarixi” fənni üzrə müəllim təyin edilir.  
Həsən  bəy  Zərdabi  şagirdlərdə  təkcə  elmə  maraq  oyatmaqla  kifayətlənmirdi.  O,  eyni 
zamanda çalışırdı ki, şagirdlər öz xalqlarının gələcək inkişaf perspektivlərini düzgün anlasın-
lar,  gələcəkdə  xalqın  azadlığı  və  maariflənməsi  uğrunda  mətin  mübarizlər  kimi  yetişsinlər” 
(3).
 
 
H.Zərdabi  24  il  bundan  sonra  1896-cı  ilin  19  yanvarında  Bakıda  azərbaycanlı  qız-
lardan ötrü təhsil müddəti üç il olan birsinifli məktəb açmaq məqsədilə  Bakı  qubernatoruna 
rəsmi ərizə ilə müraciət etdi, lakin ərizəyə rədd cavabı verildi (2).  
Cəmi bir neçə ay sonra, yəni 1896-cı ilin aprelində Bakı milyonçusu, böyük mesenat, 
xeyriyyəçi  H.Z.Tağıyev Bakıda rus-müsəlman qız məktəbini açmaq xahişi  ilə Qafqaz Təhsil 
Dairəsinə müraciət etdi. Yazdığı ərizədə o, məktəbin bütün xərclərini öz üzərinə götürdüyünü 
bəyan  edirdi.  1897-ci  ilin  yanvarında  Qafqaz  Təhsil  Dairəsinin  müdiri,  1898-ci  ildə  aprel 
ayının 24-də isə Rusiya Xalq Maarif Nazirliyi təhsil ocağının açılmasına icazə verdi. Həmin il 
may  ayının  18-də  məktəbin  xüsusi  nizamnaməsi  də  XMN-nin  müdiri  Boqolepov  tərəfindən 
təsdiq  edildi.  Təhsil  ocağının  tədris  proqramının  hazırlanmasında  H.Zərdabinin  məxsusi 
xidmətləri var idi.  


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin