Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
30
Bir tarixi gerçəkliyə iki yazıçının münasibəti
Esmira Rəhimova
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu,
fəlsəfə doktoru proqramı üzrə doktorant
Е-маил: rehimova.esmira@mail.ru
Rəyçilər: f.ü.e.d., prof. B.Əhmədov
f.ü.f.d., dos. B.Əsgərov
Açar sözlər: tarix,
şəxsiyyət, roman, ədəbi
tənqid
Ключевые слова: история, личност, роман, литературная критика
Key words: history, the identity, the novel, literary criticism
Müstəqillik dövründə tarixi hadisə və şəxsiyyətlərə müraciət əvvəlkindən fərqli olaraq
bir qədər intensiv xarakter almışdır. Yeni mərhələdə həm də yalnız üzdə olan hadisə və şəx-
siyyətlərə deyil, milli tariximizin az tanınan, yaxud tarixi şəxsiyyət hesab olunmayan nüma-
yəndələrinə də müraciətlər edilmişdir. Belə müraciətlərdən biri İspaniyada Don Juan adı ilə
məşhur olan Oruc bəy Bayatın həyatı və taleyi olmuşdur. N.Əbdülrəhmanlının "Könül elçi-
si...", E.Hüseynbəylinin "On üçüncü həvari-141-ci Don Juan" romanları, demək olar ki, eyni
mövzuya həsr edilmiş əsərlərinin yazılış tarixi də bir-birinə yaxındır. Romanın yazılış tarixi
də fərqlidir; N.Əbdülrəhmanlının "Könül elçisi..." 2006-cı ildə (2004-cü ildən fraqmentlərinin
də yazıldığını nəzərə almaq lazımdır), bir il sonra isə E.Hüseynbəylinin romanı dərc edil-
mişdir. Onu da qeyd edək ki, N.Əbdülrəhmanlının romanı eyni adla türk dilinə, E.Hüseyn-
bəylinin romanı isə "Qaraçuxa" imzası ilə rus dilində də nəşr edilmişdir ("Şaqi kamandora ili
141-y Don Juan", Bakı, 2013). Hər iki romanın bu qədər yaxın məsafədə yazılması təsadüf,
yoxsa zərurətdənmi irəli gəlmişdir? Bu da aydındır ki, hər iki yazıçının tarixə baxışından, ha-
disələri fərqli rakurslardan təsvir etməsində müəyyən fərqlər olsa da, mövzu eyniliyində
müəyyən təsirlənmənin olduğu da deyilir. Ədəbi tənqid və nəzəri fikrin bu əsərlərin təhlili za-
manı onları müqayisə etmək cəhdləri də olmuşdur. Bir şey aydındır ki, onların bir-birindən tə-
sirlənmək ehtimalı azdır. Baxmayaraq ki, bu barədə ədəbi mühitdə bəzi söhbətlər də gəzmiş,
buna işarələr də vurulmuşdu (6). Bu münasibətlərə yekun vuran tənqidçi, filologiya üzrə fəl-
səfə doktoru Sabir Bəşirov doğru qeyd edir ki: "Oruc bəy haqqındakı N.Əbdülrəhmanlının və
E.Hüseynbəylinin romanlarına münasibət ədəbi fikrin, tənqidin mövqeyini çox aydın gös-
tərdi" (3, 93).
Eyni vaxtda yazılmış bu əsərlərə yazıçı marağı, hər şeydən öncə, Avropada Don Xuan
Persia ləqəbi ilə tanınmış və məşhur olmuş Oruc bəy Bayatın həyatına, taleyinə marağın art-
masındadır. Həm də bu yaxınlara qədər Don Xuan (uzun müddət Avropada Don Juan adı ilə
tanınmışdır) adı ilə məşhur olan bu şəxsiyyətin tarixi şəxsiyyət olması barədə bilgilər yox də-
rəcəsində idi. Lakin tarixçi-alim Oqtay Əfəndiyev və A.Fərzəliyevin ingiliscədən ruscaya tər-
cümə etdikləri araşdırma kitabından məlum olmuşdur ki, haqqında əfsanələr dolaşan, xristian-
lığı qəbul etməsilə bağlı söz-söhbət gedən yarıəfsanəvi, yarıbədii şəxsiyyət Oruc bəy Bayat
tarixi şəxsiyyət olmaqla yanaşı, onun indiyədək yaradılan obrazı, heç də real həqiqəti ifadə
etmir.
Doğrudur, bu romanların baş qəhrəmanı Şah İsmayıl Xətai, yaxud Şah Abbas kimi
hamı tərəfindən tanınan, birinci dərəcəli tarixi şəxsiyyətlərdən deyil, ancaq bədii əsər mate-