Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə44/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   40   41   42   43   44   45   46   47   ...   298
 
 
37 
bildirən professor Kamran Məmmədov çox düzgün olaraq qeyd edir ki, “imamların bu qədər 
şişirdilməsi, Allaha və onun dini kitabı olan Qurana bütün varlığı ilə inanan şairi (Q.Zakiri – 
R.K.) qəzəbləndirirdi” (1, s.209). 
Zakiri qəzəbləndirən digər bir məsələ də Quranın nazil olması ilə əlaqədar şeyxilərin 
irəli sürdüyü versiyadır. İslam dininə görə, Quran Allah tərəfindən Cəbrayılın vasitəsilə pey-
ğəmbərə  nazil  olmuşdur.  Şeyxilərin  fikrincə  isə  Quranın  müəllifi  peyğəmbərdir  və  Cəbrayıl 
da Quranı peyğəmbərin bətnində zühura gətirmişdir. Bunu özlüyündə analiz edən şair “bu qə-
naətə gəlir ki, əgər doğrudan da məsələ belə isə, onda bütün şairlər də peyğəmbərdir. Çünki 
onlar da “mürsəl”dir. “Mürsəl” isə ancaq kitab sahibi olan peyğəmbərlərdir. Məhəmməd, İsa, 
Musa,  İbrahim,  Davud  kimi”  (1,  s.209).
 
Şair  bu  sırada  özünün  də  yalançı  peyğəmbər  oldu-
ğunu deməklə onları ələ salır, dediklərinin oyunbazlıqdan başqa bir şey olmadığını söyləyir: 
 
 
Mən də peyğəmbəri-namürsəliyəm Kolbasanın, 
 
 
Ümmətim Taynaqü Gülqışlaqu
*
 Xızrıstanı. 
 
Bununla yanaşı şairi qəzəbləndirən əsas məsələlərdən biri də bu kimi oyuncaq təriqət 
başçılarının digər dinlərin təsiri ilə insanlar arasında Allaha şərik axtarmaları və onu adiləş-
dirmələridir. O, üzünü şeyxilər və üsulilərə tutub deyir ki, Allahın malik olduğu xüsusiyyət-
ləri insanlara şamil etmək sadəcə ağılsızlıqdır: 
 
 
Yoxdu bir ruzirəsan bari-xudadan qeyri
 
 
Odu murü mələxə rizq verən asanı. 
 
 
Mahiyi-bəhrə qılır qətreyi-barani ğiza
 
 
Seyd edir bipərü balə məgəsi-pərranı...(3, s.336). 
 
 
 
 
Dinə təfriqə salan bu kimi şarlatanları şair “asiyi-dərgahi-ilah” hesab edir və bu kimi 
din  xadimlərini  tənqid  etməklə  onları  cəmiyyətə  vicdanla,  namusla  xidmət  etməyə  yönəlt-
məyə çalışır, ümumilikdə müasirlərini, xüsusilə də gənc nəsli hadisələrə açıq gözlə baxmağa, 
hər  yetənə  aldanmamağa  səsləyirdi.  Təbii  ki,  Zakirin  tənqidi  şeirini  oxuyan  hər  bir  kəs  əsl 
həqiqətin  nə  olduğunu  başa  düşüb  hadisələrə,  baş  verən  olaylara  yeni  düşüncə  tərzi  ilə 
yanaşaraq  ondan  lazımi  nəticə  çıxarır  və  bir  daha  bu  kimi  yalançı  din  xadimlərinin  cəfəng 
sözlərinə inanmırdı. Zakir şeirinin qüdrəti də bunda idi. O, oxucularını düşünməyə vadar et-
diyi kimi, onları inandırmağı da bacarırdı. AMEA ƏYİ-nin arxivində mühafizə olunan Diva-
nında, eləcə də müxtəlif mənbələrdə aşkar edilən mərsiyə, müxəmməs, növhə və sinəzənləri 
göstərir  ki,  Zakir  islami  dəyərlərə  yüksək  qiymət  verərək  onu  ciddi  şəkildə  təbliğ  etmiş-
dir.Əfsuslar  olsun  ki,  onun  dini  görüşlərini  əks  etdirən  bu  şeirləri  sovet  dönəmində  mətbu 
əsərlərinə daxil edilməmiş və bunun nəticəsində geniş oxucu kütləsi şairin çoxşaxəli yaradı-
cılığının bu sahəsindən xəbərsiz olmuşdur. Təsadüfi deyildir ki, sovet rejimi sisteminin ölkə-
mizdə hökm sürdüyü bir zamanda ciddi qadağalara baxmayaraq aşura günlərində əksər bölgə-
lərdə,  xüsusilə  Bakıətrafı  kəndlərdə  mərsiyə,  sinəzən  və  növhələri  ən  çox  oxunan  şairlərdən 
biri  də  Qasım  bəy  Zakir  olmuşdur.  Müqtədir  tədqiqatçı  Firidun  bəy  Köçərli  Zakirin  dini 
mövzulu şeirlərinə münasibət bildirərək yazır: “Matəmi-seyyidüş-şühəda və əhvalati-cansuzi-
Kərbəla  Zakirə,  müttəqi  və  övladi-rəsul  olduğu  üçün,  ziyadə  təsir  edərmiş.  Bu  cəhətə  ol 
mərhum bir neçə növhələr bu qissəyə dair inşad qılıblar” (4, s.416). 
Şiə  təriqətinə  mənsub  olan  şair  birinci  növbədə  dini  mövzuda  yazdığı  şeirlərində 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin