*
Bu kəndin adı Kolqışlaqdır, lakin səhv olaraq kitabda Gülqışlaq kimi verilmişdir. Həmin kənd hal-hazırda
Ağdam rayonunun ərazisində Kolqışlaq adı ilə mövcuddur
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
38
Həzrət Əli (ə), Əhli-beytin və xüsusilə də Kərbəla müsibətinin baş qəhrəmanı olan imam
Hüseynin başına gətirilən müsibəti yanıqlı lirik bir dillə təsvir etmişdir. O, bu hadisənin ayrı-
ayrı məqamlarını təsvir etməklə oxucusunun emosional hisslərini ehtizaza gətirir, onda din
yolunda şəhid olan insanlara qarşı rəğbət yaratmaqla yanaşı, düşmənlərinə qarşı dərin nifrət
hissi oyatmağa da nail olurdu. Zakirin “Gəlir”rədifli mərsiyəsi bu baxımdan olduqca maraq-
lıdır. Qəsidənin birinci hissəsində “mahi-əza”nın gəldiyini, “Dəşti-bəla” müsibətinin bütün
müsibətlərdən faciəli olduğunu qeyd etdikdən sonra şair Kərbəla düzündə şəhid olmuşların
ailə üzvlərinin, arvad-uşaqlarının ayaqyalın, başaçıq, faciəli bir görkmədə dörd tərəfdən mü-
hasirəyə alınmış şəkildə Şam şəhərinə gətirilməsi səhnəsini təsvir edir. Bu zaman Şam əhalisi
içərisində dayanıb əsirlərə tamaşa edən Yəzidin zövcəsinin gözü Səkinənin əlindən tutub gə-
lən Zeynəbə sataşır və Fizzədən xəbər alır ki, bu gəlin kimdir? O mənə çox tanış gəlir. Fizzə
cavabında bldirir ki, “Hüseynin əhli-beyti”dir. Hadisədən bixəbər olan qadın Hüseynin başına
nə gəldiyini və bunların niyə buraya gətirildiyini öyrəndikdən sonra əri Yəzidin hərəkətlərini
töhmətləyir və cəza günü peyğəmbərə, onun varisi Əliyə Allah qarşısında nə cavab verəcəyini
ondan soruşur...
...Yüz qoydu əhli-Şam tamaşayə xasü am,
Kim təşnəqani-vadiyeyi-Kərbəla gəlir.
Şurü şürurü qəlqələvü hay-huy ilə,
Nagah gördülər sipəhi-pürcəfa gəlir.
Almış çəhar canibin ol qövmi-bədxisal,
Sərü pa bərəhnə övrəti-Ali-Əba gəlir.
Zərdü zəif həmçü hilal bir cəvan o dəm,
Zəncirə bağlı dərdü qəmə mübtəla gəlir.
Bir tifli-gülüzar cərəsvar dad edib
“Pəs qandadır babam?” – deyib, ondan səda gəlir.
Ol xeyli-Zülfüqar arasında bir ərus
Yaxmış əlinə xuni-cigərdən həna gəlir.
Zövci-Yəzid gördü Səkinə əlin tutub
Zarü həzin Zeynəbi-bəxtiqara gəlir.
İczü niyaz ilə çağırıb Fizzədən sorub
Dedi: - bu çox mənim gözümə aşina gəlir.
Kimdir? – Bəna dürüstünü izhar qıl, görüm,
Bunlar neçin əsir olub bu yana gəlir? (5, s.301).
Şair bu səhnəni son dərəcə təbii, real təsvir etdiyi üçün oxucu istər-istəməz onun təsi-
rinə düşüb böyük maraqla hadisələrin sonrakı gedişini izləməyə can atır və özünü baş verən
olayların cərəyanında hiss edir. Zakir mərsiyənin ikinci hissəsində əsərə yeni bir obraz – Yə-
zidin xanımı obrazını daxil etməklə qəsidənin emosional gücünü daha da artırır və bununla
demək istəyir ki, hətta düşmən tərəfində olan açıq düşüncəli insanlar, o cümlədən, Yəzidlə baş
yastığa qoyan xanımı da, bu faciəni qəbul edə bilmir, onun haqsız olduğunu anlayır və nifrətlə
qarşılayır.
Göründüyü kimi, şair Əhli-beytin düçar olduğu müsibəti lirik-sentimental təsvir üslu-
bundan istifadə yolu ilə verməklə yanaşı həm də süjetli lirikanın mükəmməl nümunəsini yara-
da bilmişdir Aydın, səlis, “nəzmlənmiş nəsr” dili ilə təsvir olunan bu hadisəyə Firidun bəy
Köçərli münasibət bildirərkən məhz onun malik olduğu bu qeyri-adi keyfiyyətləri nəzərə al-
mışdır: “Bu vaxta kimi nə qədər ki, dəşti-Neynəvada vüqua gələn faciə barəsində və xüsusən
Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
Dostları ilə paylaş: |