Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə47/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   43   44   45   46   47   48   49   50   ...   298
 
 
40 
Dedim əndəlibi-zarə ki, nə ahü zardır bu? 
Dedi: - Bu fəqanə bais ələmi-cənab Zeynəb. 
Dəxi lalədən sordum: - Niyə dağdar olubsan? 
Dedi: - Yandırıbdı bağrım o evi xərab Zeynəb. 
Gülü, sünbülü bu gün çəməndə əşkbar gördüm
Oları edib pərişan yəqin inqilab, Zeynəb. 
Bu bəlalı çöldə qönçə necə bürqədar olsun 
Kim, əsir Şami-şumə gedə biniqab Zeynəb. 
Yetişdi bir məqamə işi sərbürəhnə Şamə 
Gedər, üz tutub məgəsdən edən ictinab Zeynəb. 
Xəbər aldım Əhli-Beytin ədədi-qəmin fələkdən, 
Dedi kim, şümarə gəlməz qəmi-bihesab, Zeynəb. 
Özün etsə qərqeyi-xun, nə əcəb, o qətlgahda, 
Bədəni-Hüseyni göz-göz görə çün hübab Zeynəb. 
Degil özgə ğazə hacət onun əllərin həmin dəm 
Dəmi-Qasım ilə eylər necə gör xizab Zeynəb. 
Götür zivəri aradən ki, fəqani-şanə qoymaz 
Səri-zülfi-novərusə verə piçü tab Zeynəb. 
Nə həyadı səndə, ey göy, nə vəfadı səndə, ey yer? 
Neçə gündü Kərbəlada nə xurü nə xab Zeynəb. 
Nə rəvadı kuçə-kuçə gəzə rugüşadə, ey çərx, 
O öz əksi-qamətindən edən hicab Zeynəb. 
Cəmi-şiənin günahın sən özün bağışla, ya Rəb, 
Bedili-qəmini-Gülsüm, berüxi-pürab Zeynəb. 
Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən 
Behəqqi-fəqani-Zəhra, behəqqi-əzabi-Zeynəb (6,s. 97), (7, vər.10
a
). 
 
 
Növhəni tam şəkildə verməkdən məqsəd dediklərimizi əyani şəkildə sübut etməkdən 
ibarətdir.  Burada  biz  vəfalı  bir  qadın  –  ana,  bacı  obrazını  görürük.  Əzizlərini  itirmiş,  əsir 
götürülərək Şama aparılan bu qadının daxili iztirablarını, onun keçirdiyi həyəcan və təlaşları 
qabarıq  şəkildə  vermək  üçün  şair  öz  gözəlliyi,  zərifliyi  və  incəliyi  ilə  insanların  qəlbində 
kövrək  hisslər  yaratmağa  qadir  olan  gülə,  çiçəyə,  qönçəyə,  sünbülə,  laləyə,  bülbülə  və  s. 
müraciət edərək şeirinin emosional gücünü daha da artırır və bununla da qəm-kədər içərisində 
olan insanları öz sehrinə sala bilir. O, təbiəti şəxsləndirərək onun valehedici fonunda Zeynəb 
obrazı ilə yanaşı, sanki onun harayına səs verən, onunla bu kədəri birgə yaşayan gül, çiçək, 
bülbül  obrazlarını  yaratmışdır  ki,  bu  lirik  səciyyələndirmə  də  öz  növbəsində  əsərin  ümumi 
səviyyəsinə  yeni  ruh  vermişdir.  Şairin  dini  şeirləri  üçün  xarakterik  olan  belə  lirik  –  sen-
timental üsluba digər şeirlərində, o cümlədən farsca yazdığı növhəsndə  də rast gəlirik. 
Zakirin dini mövzuda yazdığı şeirlərinin uğur qazanmasının bir səbəbi də onun hadi-
sələri mahir rəssam dəqiqliyi ilə təsvir etmək məharətində idi. Şairin “Bu gün” rədifli növhə-
sini oxuyarkən Kərbəla çölündə baş verən  əsrin ən qanlı faciəsi oxucunun gözləri qarşısında 
bütün reallığı ilə canlanır. Şair sanki hər beyti ilə bir tablo yaradaraq əhli-hərəmin çöllərə da-
ğılmasını, qollarının ikisi də kəsilmiş Ələmdarın cəsədinin Quranın üstünə yıxılmasını, kafir-
lər  tərəfindən  Qasimin  gül  bədəninin  forpağa  salınmasını,  qəddar  Nofəl  tərəfindən  Əkbərin 
başının  para-para  edilməsini,  Hüseynin  başının  Şümr  tərəfindən  kəsilməsini,  qundaqda  olan 
Əsэərin Hərmələ tərəfindən oxlanmasını, düşmənlər tərəfindən ximələrə od vurulub yandırıl-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin