Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə98/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   94   95   96   97   98   99   100   101   ...   298
Ключевые  слова:  педагогические  технологии,  образовательные  технологии,  
преподавательские технологии, навыки обучения 
Key  words:  pedagogical  technologies,  educational  technologies,  teaching 
technologies, training skills, reguirements, positive impact, successful results 
 
Hər bir cəmiyyətin yüksək iqtisadi və sosial-siyasi nailiyyətləri onun təhsilinin inkişaf 
xüsusiyyətləri ilə bağlıdır. Son illərdə ölkəmizdə gedən sürətli inkişaf onun təhsil sisteminə də 
böyük  təsir  göstərmişdir.  Hazırda  ölkəmizdə  pedaqoji  və  təlim  texnologiyalarına,  eləcə  də 
yeni  tədris  üsullarına  böyük  maraq  yaranmışdır.  Lakin  bir  məsələni  də  unutmaq  olmaz  ki, 
təlim  və  pedaqoji  texnologiyalar  təkcə  innovativ  deyil,  həm  də  modern  xarakterə  malikdir. 
Ona görə də bu sahədə əldə olunan nailiyyətlərlə yanaşı, bir sıra problemlər də yarana bilər. 
Bunun üçün aşağıdakılara diqqət edilməsi zəruridir: 

 
 Təhsil sahəsində çalışanların bəziləri hələ də təlim və pedaqoji texnologiyalar haq-
qında çox az məlumata malik olduqlarından onlar təlim texnologiyalarını çox zaman bir ava-
danlıq, kompüter texnologiyası kimi başa düşürlər. Bunun üçün də ilk növbədə təhsil işçiləri, 
müəllimlər, tədqiqatçılar, təhsil sahəsində çalışan rəhbər işçilər və ümumiyyətlə, ictimaiyyət 
təlim texnologiyasının əhəmiyyəti, imkanları və rolu haqqında biliklərlə təmin edilməlidir

 
  İstər  fərdi,  istərsə  də  ictimai  səviyyələrdə  yeni  texnologiyaların  tətbiqinə  dair 
təşəbbüsə maksimum imkan yaradılmalıdır; 

 
 səmərəli dərs təcrübəsi təbliğ olunaraq, təhsildə yüksək nəticələrin əldə edilməsinə 
nail olmaq məqsədilə bu materialların geniş yayılması sahəsində işlər görülməlidir

 
 təhsilin  bütün  pillələrində  işləyən  müəllimlərin  təlim  texnologiyaları,  yeni  təlim 
metodları üzrə bacarıqlarını inkişaf etdirmək, müəllim hazırlığı, təcrübə və peşəkarlığın inki-
şafı, əldə olunan nəticələr arasında əlaqələrin yaradılmasına nail olunmalıdır. 
Belə qənaətə gəlmək olar ki, təhsil texnologiyaları ilə tədris texnologiyalrı eyni mahiy-
yətə malik deyillər. Belə ki, təhsil texnologiyaları təhsil sahəsinin özünəməxsus xüsusiyyətlə-
rini müvafiq yanaşmalarda və metodlardan istifadə edərək inkişaf etdirilməsinin nəticəsi kimi, 
tədris texnologiyaları isə tədris prosesinin özunəməxsus xüsusiyyətlərini müvafiq yanaşmalar 
və metodlardan istifadə edərək səmərəli təlim prosesinin həyata keçirilməsinin təşkili kimi ba-
şa düşülməlidir. Tədris texnologiyasına “öyrətmə bacarığı, təcrübəsi” kimi də yanaşmaqla ay-
dınlaşdırmaq mümkündür. Yüksək nəticələr əldə etmək üçün tədris prosesində texnologiyanın 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin