Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə103/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   99   100   101   102   103   104   105   106   ...   298
Редаксийайа дахил олуб: 12.05.2015 
 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
79 
Ali məktəbin sosial-mədəni mühiti tərbiyə işinin  
təşkilinin əsas amili kimi 
 
Zülfiyyə Şiriyeva,  
                                                                  fəlsəfə doktoru proqramı üzrə doktorant, 
ARTPİ  
 
E-mail:  
Zulfiyye.Shiriyeva@mail.ru
 
 
 Rəyçilər: пед.ц.е.д., prof. H.H. Əhmədov 
                 пед.ц.е.д., prof. P.B. Əliyev 
 
Açar sözlər:  ali məktəb, sosial-mədəni  mühit, tərbiyə  işinin  təşkili,  əsas amil 
Ключевые  слова:  высшая  школа,  социально-культурная  среда,  организация 
воспитательной  работы,  основной фактор 
Key  words:  higher  school,  social-cultural  environment,  organization  of  educational 
work, the main factor 
 
Şəxsiyyətin cəmiyyətə adaptasiyası və özünüreallaşdırmasında ali məktəbin sosial-mə-
dəni mühitinin rolunun elmi cəhətdən əsaslandırılması və tədqiqi məsələlərinə maraq durma-
dan  artır.  Tərbiyə  konsepsiyaları  və  texnologiyalarının  təkmilləşdiyi,  tərbiyə  işinin  təşkili 
prioritetlərinin  yenidən  nəzərdən  keçirildiyi,  təhsil  paradiqmalarının  dəyişildiyi  bir  vaxtda 
mühit anlayışı  aktuallıq  kəsb  etmişdir.  Mühitin  sağlam,  demokratik və  humanist olması şəx-
siyyətin tərbiyəsinə öz müsbət təsirini göstərən  başlıca şərtlərdir. 
Müasir  pedaqogikada  “mühit”  -  insanı  əhatə  edən  və  onunla  qarşılıqlı  təsirdə  olan  
şərtlərin məcmusu  kimi  xarakterizə  olunur  [4] .  
Sosial-mədəni  mühit  həyat  fəaliyyətinin  əhəmiyyətli  sahəsidir  ki,  burada  şəxsiyyətin 
başqa insanlarla qarşılıqlı təsirdə mədəni dəyərlərin köməyi ilə formalaşması, inkişafı və özü-
nüinkişaf etdirmə prosesi baş verir. Hər bir nəslin öz dəyərlər sistemi olan sosiomədəni mühiti 
var.  Məhz  həmin  mühitdə  fərdin  şəxsiyyət  və  sosial  subyekt  kimi  identifikasiyası  baş  verir. 
Sosiomədəni  mühit  insanın  həyat  tərzi  və  inkişafına  təsir  edən  təbii,  sosial  və  mədəni 
elementlərin məcmusu kimi anlaşılır. Sosiomədəni mühit subyektləri arasında münasibətlərin 
müxtəlif forma və metodlarını əhatə edən mükəmməl sistem kimi nəzərdən  keçirilir.   
Hər bir insan cəmiyyətdə qərarlaşması və ləyaqətli yaşaması üçün mənəvi-sivil fəaliy-
yətin, ictimai münasibətlərin subyekti kimi özündə müvafiq keyfiyyətləri inkişaf etdirməlidir. 
Bu məqsədlə o, hər şeydən əvvəl, mənəvi aləmin intellekt, insani hisslər, iradə, qarşıya qoyul-
muş məqsədə çatmaq üçün qətiyyətli olmaq  kimi  təzahürlərini  təkmilləşdirməlidir [2]. 
Müasir  sosial-mədəni  mühit  təlim-tərbiyə  prosesi  subyektlərinin  fəaliyyətinin  həyata 
keçirildiyi bir məkan kimi aşağıdakı tələblərə cavab verməlidir: 
-şəxsiyyətin özünüreallaşdırmasına kömək etmək
-şəxsiyyətin  tələbat və maraqlarının təmin olunmasına  şərait yaratmaq; 
-sosial  dəyişikliklərə  adaptasiyasına kömək etmək; 
-dəyərlərin və davranış modellərinin formalaşması vasitəsi kimi çıxış etmək. 
Şəxsiyyət fəal, dinamik olub sosial mühitin dəyişməsindən asılı olaraq dəyişikliyə mə-
ruz qalır və inkişaf edir. Şəxsiyyəti səciyyələndirən cəhətlərdən biri də onun sosial münasibət-
lərin  subyekti  kimi  çıxış  etməsidir.  Şəxsiyyətin  ünsiyyət  mədəniyyətinin,  ailə  münasibətlə-
rinin formalaşması, müasir həyata uyğunlaşma, sərbəstlik, sosial mühitə uğurlu təsir bacarığı 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin