Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
79
Ali məktəbin sosial-mədəni mühiti tərbiyə işinin
təşkilinin əsas amili kimi
Zülfiyyə Şiriyeva,
fəlsəfə doktoru proqramı üzrə doktorant,
ARTPİ
E-mail:
Zulfiyye.Shiriyeva@mail.ru
Rəyçilər: пед.ц.е.д., prof. H.H.
Əhmədov
пед.ц.е.д., prof. P.B. Əliyev
Açar sözlər: ali məktəb, sosial-mədəni mühit,
tərbiyə işinin təşkili, əsas amil
Ключевые слова: высшая школа, социально-культурная среда, организация
воспитательной работы,
основной фактор
Key words: higher school, social-cultural environment, organization of educational
work, the main factor
Şəxsiyyətin cəmiyyətə adaptasiyası və özünüreallaşdırmasında ali məktəbin sosial-mə-
dəni mühitinin rolunun elmi cəhətdən əsaslandırılması və tədqiqi məsələlərinə maraq durma-
dan artır. Tərbiyə konsepsiyaları və texnologiyalarının təkmilləşdiyi, tərbiyə işinin təşkili
prioritetlərinin yenidən nəzərdən keçirildiyi, təhsil paradiqmalarının dəyişildiyi bir vaxtda
mühit anlayışı aktuallıq kəsb etmişdir. Mühitin sağlam, demokratik və humanist olması şəx-
siyyətin tərbiyəsinə öz müsbət təsirini göstərən başlıca şərtlərdir.
Müasir pedaqogikada “mühit” - insanı əhatə edən və onunla qarşılıqlı təsirdə olan
şərtlərin məcmusu kimi xarakterizə olunur [4] .
Sosial-mədəni mühit həyat fəaliyyətinin əhəmiyyətli sahəsidir ki, burada şəxsiyyətin
başqa insanlarla qarşılıqlı təsirdə mədəni dəyərlərin köməyi ilə formalaşması, inkişafı və özü-
nüinkişaf etdirmə prosesi baş verir. Hər bir nəslin öz dəyərlər sistemi olan sosiomədəni mühiti
var. Məhz həmin mühitdə fərdin şəxsiyyət və sosial subyekt kimi identifikasiyası baş verir.
Sosiomədəni mühit insanın həyat tərzi və inkişafına təsir edən təbii, sosial və mədəni
elementlərin məcmusu kimi anlaşılır. Sosiomədəni mühit subyektləri arasında münasibətlərin
müxtəlif forma və metodlarını əhatə edən mükəmməl sistem kimi nəzərdən keçirilir.
Hər bir insan cəmiyyətdə qərarlaşması və ləyaqətli yaşaması üçün mənəvi-sivil fəaliy-
yətin, ictimai münasibətlərin subyekti kimi özündə müvafiq keyfiyyətləri inkişaf etdirməlidir.
Bu məqsədlə o, hər şeydən əvvəl, mənəvi aləmin intellekt, insani hisslər, iradə, qarşıya qoyul-
muş məqsədə çatmaq üçün qətiyyətli olmaq kimi təzahürlərini təkmilləşdirməlidir [2].
Müasir sosial-mədəni mühit təlim-tərbiyə prosesi subyektlərinin fəaliyyətinin həyata
keçirildiyi bir məkan kimi aşağıdakı tələblərə cavab verməlidir:
-şəxsiyyətin özünüreallaşdırmasına
kömək etmək;
-şəxsiyyətin tələbat və maraqlarının təmin olunmasına şərait yaratmaq;
-sosial dəyişikliklərə adaptasiyasına kömək etmək;
-dəyərlərin və davranış modellərinin formalaşması vasitəsi kimi çıxış etmək.
Şəxsiyyət fəal, dinamik olub sosial mühitin dəyişməsindən asılı olaraq dəyişikliyə mə-
ruz qalır və inkişaf edir. Şəxsiyyəti səciyyələndirən cəhətlərdən biri də onun sosial münasibət-
lərin subyekti kimi çıxış etməsidir. Şəxsiyyətin ünsiyyət mədəniyyətinin, ailə münasibətlə-
rinin formalaşması, müasir həyata uyğunlaşma, sərbəstlik, sosial mühitə uğurlu təsir bacarığı