Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə104/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   100   101   102   103   104   105   106   107   ...   298
 
 
80 
və nəticədə özünütəsdiqi sosial-mədəni mühitdə baş verir [1].    
Gənclərlə tərbiyə işinin təşkilində başlıca amil kimi çıxış edən ali məktəb mühiti şəx-
siyyətin  formalaşmasında  həlledici  rol  oynayır.  Gənc  yaşlarında  şəxsiyyətinin  formalaşması  
və  inkişafı  prosesi  ali məktəbin təlim-tərbiyə prosesində davam edir. 
Ali  məktəb  mühiti  -  dövlətin  təhsil  standartlarının  tələblərinə  uyğun  olaraq  gələcək 
mütəxəssislərin  təlim  və  tərbiyəsi  üçün  vacib  olan  sosial  mikromühitin  bir  hissəsidir.  Ali 
məktəb  şəraitində  gənclərin  tərbiyəsi  iki  tərəflidir:  bir  tərəfdən  şəxsiyyətin  müasir  şəraitdə 
rəqabətə  davamlı  olması  üçün  lazımı  keyfiyyətlərin,  digər  tərəfdən  isə  etibarlı  sosial  müda-
fiəni qurmaq bacarıqlarının tərbiyəsi.  
Ali  məktəbin  sosial-mədəni  mühiti  ümumbəşəri  və  milli  dəyərlərə  uyğun  olaraq  şəx-
siyyətin  tələbatları  və  maraqlarına  istiqamətlənir.  Ali  məktəbin  sosial-mədəni  mühitində  tər-
biyə  işinin  əsas  hədəfi  tərbiyəvi  işin  maksimal  nəticələrinə,  tərbiyə  prosesinin  başlıca  məq-
sədlərinə nail olmaqdır. Buna görə ali məktəbin tərbiyə mühiti növbəti prinsiplərə söykənərək 
inkişaf etməlidir: 
-  özünütəhsil və özünüqiymətləndirmə qabiliyyətinin inkişafına kömək etmək
-  innovasiya  fəaliyyəti  bacarıqlarının  formalaşmasını təmin etmək;  
-  kommunikativ  bacarıqları  inkişaf  etdirmək:  müzakirə  aparmaq,  öz  nöqteyi-nəzərini  
əsaslandırılmış  şəkildə  müdafiə  etmək, komandada  işləyə bilmək;  
-   öz  əməyinin  nəticələrinin təqdim etmək  bacarıqlarını  inkişaf  etdirmək
-  fəaliyyətin  yeni  növlərinə  yiyələnmək,  dəyişən  şəraitə  tez  uyğunlaşmaq  qabiliyyə-
tinin  inkişafına kömək etmək. 
Ali məktəbin sosial və mədəni mühitinin inkişafında tədris prosesinin bütün iştirakçı-
larının fəaliyyəti əhəmiyyətlidir. Bu zaman tələbə-gənclərin müəllimin parlaq şəxsiyyəti, ge-
niş erudisiyası və yüksək mədəniyyəti ilə qarşılaşması onların şəxsiyyət kimi formalaşmasına 
təsir göstərir. Ali məktəb müəlliminin pedaqoji ustalığı özlüyündə tərbiyəvi vəzifəni müvəffə-
qiyyətli həll etmək üçün tələbələrin ağıl, hiss və  iradəsinə  mürəkkəb, çoxcəhətli  təsir  etmək  
bacarığını  təqdim  edir.  
Ali  məktəb  sistemində  tələbələrlə  tərbiyə  işinin  təşkilində  nəzərə  alınacaq  vacib  mə-
qamlardan  biri  də  odur  ki,    hər  bir  fərdi  tərbiyə  etməzdən  əvvəl  onun  təbii  keyfiyyətlərini, 
emosional-psixoloji durumunu, özünəməxsus cəhətlərini öyrənmək lazımdır. Yəni  tərbiyə  işi  
öyrətməkdən  yox,  öyrənməkdən  başlanır.  Şəxsiyyətin  həyat  vektorunun  inkişaf  etdirilməsi 
üçün müəllimlərin qarşısında mürəkkəb tərbiyəvi vəzifə - tələbələrin öz gücünə və imkanla-
rına  inanan,  öz  ağlı,  işgüzar  fəallığı  hesabına  həyatda  özünü  təsdiq  etmək  istəyən  insanın 
obrazına oriyentasiyası durur.          
Ali məktəb müəllimləri və tələbələrinin istər tədris, istərsə də tədrisdənkənar fəaliyyə-
tinin  xarakteri  və  formaları,  münasibətlər  vektorunun  təsirdən  qarşılıqlı  təsirə,  əməkdaşlığa  
doğru  dəyişilməsi sosial-mədəni mühitin səmərəsini artıran amildir.  
 
Tələbə - gənclərlə tərbiyə işinin təşkili şəxsiyyətinin mütəxəssis  və vətəndaş kimi for-
malaşması  prosesi,  onların  özünüinkişaf  və  özünüaktuallaşdırması  üçün  şəraitin  yaradılması 
deməkdir.  Beləliklə,  ali  məktəb  mühitində  tərbiyə  işinin  təşkili  aşağıdakı  funksiyaları  əhatə 
edir: 
-  tələbənin  tərbiyəlilik, təhsil  və  inkişaf  səviyyəsinin  diaqnostikası; 
- mütəxəssisin şəxsiyyətinin inkişafı üçün lazımi tərbiyəvi təsirlərin planlaşdırılması; 
-  tərbiyəvi  təsirlərin  təşkili
-  şəxsiyyətin fəaliyyətinin tənzimlənməsi və motivasiyası; 
-  tərbiyəvi təsirlərin nəticələrinin təhlili, tərbiyəvi nəticələrə  nəzarət. 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin