Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə274/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   270   271   272   273   274   275   276   277   ...   298
Редаксийайа дахил олуб: 06.05.2015 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
194 
M.Ə.Rəsulzadə maarif və onun əhəmiyyəti haqqında 
 
   Xatirə Qocayeva 
фялсяфя доктору програмы цзря 
 докторант, АДПУ 
 
Ряйчиляр: пед.ц.е.д., проф. Ф.А.Рцстямов 
                 пед.ц.ф.д., дос. Й.Т.Рзайева 
  
Açar sözlər: M.Ə.Rəsulsadə, milli dirilik, maarif, milli məktəb, milli oyanış 
Ключевые  слова:  М.Р.Расулзаде,  нравственная  оживленность,  просвещение, 
национальная школа, национальное сознание  
Key  words:  M.A.Rasulzade,  moral  liveliness,  education,  national  school,  national 
consciousness 
 
XIX  yüzilliyin  əvvəllərinə doğru Şimali Azərbaycanın Rusiya tərəfindən istilasından, 
bu istilanın “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə rəsmləşən tarixi fa-
ciəsindən  sonra  yaranmış  ictimai-siyasi  şəraitdə  yetişən  mütərəqqi  fikirli,  xalqın  gələcək  ta-
leyini və tərəqqisini düşünən ziyalıların, qələm və fikir münəvvərlərinin əsas məqsədlərindən 
biri və elə birincisi xalqın savadlanması, maariflənməsi idi. Onlar yekdilliklə mənsub olduq-
ları millətin oyanışını, dirçəlişini, geniş mənada inkişafını, istibdaddan, əsarətdən xilasını və 
xoşbəxtliyini  ilk  növbədə  elm  və  maarifdə  görürdülər.  Bu  ideya  əsrin  birinci  yarısında 
yaşamış  A.Bakıxanov,  M.Ş.Vazeh,  İ.Qutqaşınlı  kimi  ilk  maarifçilərdən  başlayaraq  tədricən 
gurlaşmağa başladı, XX əsrin əvvəllərində daha miqyaslı, tutumlu və qlobal xarakter aldı. Bu 
dövrdə  haqqında  danışdığımız  tale  yüklü  məsələyə  “şüru  və  əmək  sərf  edənlər”dən  biri  də 
M.Ə.Rəsulzadə idi. O, bu yolda əməli şəkildə çalışmaqla nəzəri mülahizə və göstərişlərini də 
mətbuat  vasitəsi  ilə  oxuculara  çatdırırdı.  Müəllifin  pedaqoji  irsinə  daxil  olan  “Hümmət  və 
qeyrət  vaxtıdır”,  “Elm  tərifində  deyilibdir”,  “H.Zərdabinin  dəfn  mərasimində  nitq”,  “Dirilik 
nədir?”, “Tövbə edildimi?”, “Getdiyimiz yol” və s. məqalələri bunu aydın şəkildə sübut edir. 
Sonralar qələmə aldığı “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan tarixi” əsərlərində, başqa 
məqalələrində də müəllif bu və ya digər şəkildə bu məsələyə toxunur. 
“Hümmət  və  qeyrət  vaxtıdır”  vətənpərvər  gəncin  mətbuatında  dərc  olunmuş  ikinci 
məqaləsidir (1). Burada müəllif millətin dərdlərindən, geridə qalmağından, ətalət və tənəzzü-
lündən danışır.  Bunun səbəbini hümmətsizlikdə, təkəbbürdə,  yersiz qürurda, mədəniyyətsiz-
likdə  görür.  Nadanlıq  ucbatından  bir-birinin  qanını  tökən  vətən  övladının  vəhşətinə  təəssüf-
lənir. Çıxış yolunu hümmət edib elm öyrənməkdə görür. Elmsiz heç bir nöqsanımızın “götü-
rülməyəcəyini” söyləyir. Həmvətənlərini məktəbxanalar açmağa, cəmiyyəti-xeyriyyələr təsis 
etməyə səsləyir. Elmin fəzilətini sübut üçün peyğəmbər əleyhüssəlamın elmin hikmət və fay-
dası ilə bağlı hədislərindən üçünü nəzmə çəkib oxuculara təqdim edir. Dörd misralıq bəndlər 
şəklində  nəzmə  çəkilən  həmin  hədislər  bunlardır:  Beşikdən  qəbrəcən  elm  öyrənin;  Faydalı 
olan elm iki qismdir: elmi-əbdan və elmi-ədyan (dini və dünyəvi elmlər); Elm Çində olsa da, 
onu axtar. 
Qəzetin  növbəti  18  may  1903-cü  il  tarxili  nömrəsində  məqalənin  mabədi  verilir. 
Burada hər iki qism, yəni həm dini, həm də dünyəvi elmləri öyrənməyin zərurəti qeyd edilir. 
Sonra müəllif “Elm tərifində deyilibdir”sərlövhəsi ilə bir müxəmməs verir. Müxəmməs onun 
öz qələminə məxsusdur. Şeirdə qafilləri və cahilləri elmə rəğbət göstərməyə çağırır. Hər bir 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin