Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə57/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   53   54   55   56   57   58   59   60   ...   298
 
 
49 
olmaz, yağ ilə düyü gərək. Əmnü asayiş istəyirsiniz isə, ac camaatın dərdinə qalınız: buğda, 
arpa,  un  istəyirik,  əqəllən  darı  və  ya  qarğıdalı  unu  veriniz  də  xalqın  qarnını  doyurunuz.  Elə 
kəndlər  var  ki,  altı  aydan  bəri  bir  güvənkə  un,  yaxud  bir  çetver  qənd  verilməyibdir.  Xalqın 
aclıqdan özünü oda-közə vurur; bacarıqlı bacarıqsızı çapıb talayır. Bunun üçün ciddi tədbirlər, 
lazımi sərəncamlar etməlidir. Yoxsa təbiidir ki, ac qılınca çapar. Quru sözlərlə  heç vaxt əmnu 
asayış  təmin  olunmaz.  Nə  qədər  ki,  yaylaqlarda  göyərti  vardı,  xalqın  çox  hissəsi  yemlik, 
əməköməçi, quşətməgi kimi otlar yeməklə keçinirdilər. İndi ki, otlar qurumuş, ələflər yanmış, 
sabah-birigün meşələrin də meyvələri tükənər, onda daha ac camaatın öhdəsindən əsla gəlmək 
olmaz. Təbiidir ki, oğurluq, quldurluq, qətlü get-gedə artacaqdır...” (1, 1917, № 544). 
Abbas Səhhət müxbir məktublarında xəbərin dəqiq və qərəzsiz olmasına üstünlük ve-
rir, onun operativliyini təmin edirdi. Şamaxıda yerli idarəçilik, ərzaq məsələsi və əhalinin icti-
mai münasibətlərinə həsr olunan “Şamaxıdan müxbir məktubları” buna parlaq nümunələrdir. 
Misal üçün Şamaxıda baş verən özbaşınalıq, oğurluq, quldurluq barədə Abbas Səhhət həyə-
canla deyirdi: “Bir neçə gün bundan müqəddəm Bakı ilə Şamaxı arasında bir furqon arabası 
soyulmuşdu. Sərnişinlər cümləsindən olan ismətli müsəlman xanımlarının hətta əlbisəsini və 
yemək üçün götürdükləri çörəyi belə yəğma etmişdilər. Şamaxı uyezd  komissarı  Qocaman-
bəyov cənabları öz müavini  Xankişi bəy Qafarov cənablarını quldurları tutmaq və  yəğmaya 
getmiş əşyanı istirdad üçün təyin etmişdi. Qafarov cənabları bəzi məlumat cəm etdikdən sonra 
həmin soyulmuş şəxsi özü ilə bərabər aparıb Kürdəmir mahalında Muradlı  kəndində sui-zənn 
olunan əşxası səfə qoymuş, soyulmuş şəxs qarətgirləri bircə-bircə tanımış, fövrən onlar həbs 
olunmaqla  bərabər,  yəğmaya  getmiş  əşyalar  da  istirdad  olunmuşdur.  Hərçənd  ki,  Qafarov 
cənablarının  bu  kiyasət  və  ləyaqəti  şayani-təhsindir,  lakin  mərəzin  əsl  əlacı  bununla  olmaz.  
Əmnü asayişi təmin etməkdən ötəri ərzaq məsələsinin asanlıqla həll olunması qeydində olmaq 
gərəkdir.” (1, 1917,  № 544) 
Abbas Səhhətin publisistikasında dövrün ictimai-siyasi məsələləri gerçək həyat faktları 
əsasında işıqlandırılır, yeni dövlət və cəmiyyət quruculuğuna dair problemlər, o cümlədən ac-
lıq, qəhətlik, ictimai intizamın pozulması, məmurların yarıtmaz işi, milli münasibətlərin qızış-
dırılması, insanların yaranmış vəziyyətdən istifadə edərək varlanmaq arzusu və bunun doğur-
duğu ziddiyyətlər real yaşama həqiqətləri  kimi təsvir olunurdu. Abbas Səhhət ürək ağrısı ilə 
bildirirdi ki, “Hər kəs öz-özlüyündə o qədər dərd-qəmə, o qədər bəla və möhnətə  giriftar ol-
muşdur ki, qonşunun qonşudan əsla xəbəri yoxdur. Acından ölmüş bir qonşunun ölümündən 
ən yaxın bir qonşusu ancaq üç gündən sonra xəbərdar ola bilir. Odur ki, əsəbilikdən çıldırmaq 
dərəcəsinə  yetişmiş  əhali gah  ərzaq komitəsinə, gah kooperativ dükanlarına hücumavər olub 
öz intixabkərdələri olan  məmurları söymək və vurmaq ilə min növ  rüsvayçılıqlar törədirlər. 
Lakin  bu  da  yenə  səhldir,  buna  da  təhəmmül  etmək  olar.  Fəqət  bunların  hamısından  bədtəri 
provakatorluq  bəlasıdı  ki,  onunla  mübarizə  etmək  hər  şeydən  müşküldür.  Onun  əlindən 
təxlisi- giriban etmək bir əmri-məhal kimi görünür. 
Qafqasiyanın  qeyri-şəhərlərində,  bərəkət  versin,  müqtədir  camaat  xadimləri,  fəal  de-
mokratiya  firqələri  mövcud  olduğundan  provokatorluğun  qabağını  ala  bilirlər.  Lakin  bizim 
bədbəxt Şamaxımızda nə karaşina millət başçıları, nə həvəskar fəhlə firqələri var ki, o mənhus 
provokatorluğun  önünü  ala  bilsinlər.  Zavallı  müsəlmanlar  bir  neçə  sərsəri  qasiblərin  əlində 
baziçə qalmışlar” (1, 1917, № 610). 
Abbas Səhhət poeziya, nəşr və dramaturgiyasında olduğu kimi, ədəbi tənqidi və pub-
lisistikasında da xalqın azadlıq istəyi, müstəqillik arzularından çıxış edir, “qara ürəkli provo-
katorların” bu işə mane olmasını pisləyirdi. O şeytani əməllərlə məşğul olan “müfsidlərin” if-
tira və böhtanlarına qarşı çıxır, “müsəlmanlar silahlanır” - deyərək erməni-müsəlman münasi-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin