Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə53/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   49   50   51   52   53   54   55   56   ...   298
 
 
45 
                             Mən bu halətlə necə bir də olum qafiyəsənc? 
                             Get bir asudə adam tap, daha vermə mənə rənc. 
                             Atmışam mən həvəsi, eşqi,dəxi dilbəri də, 
                             Səni də şeiri də, ilhamı da, dəftərləri də” (3,88). 
 
Lakin iş bununla bitmir. Abbas Səhhət şairin fərdi problemlərindən daha çox ictimai 
dərdlərinə  diqqət  yönəldir,  onun  ümummilli  problemlərini  diqqət  mərkəzinə  çəkir,  dövrün 
ictimai-siyasi  publisistikasında  geniş  planda  təsvir  edilən  məsələlərə,  o  cümlədən  milli  haqq 
və  hüquqlara,  söz,  fikir  və  ifadə  azadlığına,  milli  müstəqillik  problemlərinə  sadə  və  yığcam 
şəkildə  aydınlıq  gətirir.  Abbas  Səhhət  bütün  bunları  şairlə  şəhərlinin  dialoqunda  nəzərə 
çatdırır,  xalqın,  vətənin,  millətin  “qəmli  təəssürlərini  inşad  et”məyi  tələb  edir.  O,  şəhərlinin 
dili ilə bildirir ki, 
 
                          Nə gərəkdir yazasan faidəsiz nəğmə, qəzəl, 
                          Yoxmu könlündə məgər gizli, böyük, milli  əməl? 
                          İştə öz fikrini ibraz edərək  mümtaz ol! 
                          Laəqəl millət ilə nalədə həmavaz ol! 
                          Sayılırsan vətən övladlarının bir fərdi
                          Vətən, imdadinə iştə çağırır hər fərdi. 
                          Ya ər ol, ortaya çıx, gəl kömək et qardaşına, 
                          Ya gedib evdə otur, həm də ləçək sal başına. 
                          Ər-qadın, yaşlı-cavan, zorlu-zəif,şah-gəda, 
                          Hər kəs etsin gərək  imkanı qədər borcun əda. 
                          Şəbi-yeldadə necə kim, ufacıq ulduzlar, 
                          Nur saçmaqla qaranlıq gecəni  yaldızlar. 
                          Sən də duzsuz,yaramaz, nasəlis əşarın ilə, 
                          Lakin  atəşli, ürəkdən çıxan  əfkarın ilə 
                          İldırımlar saçaraq fırtınalar icad et! 
                          Nəzmə  çək  qəmli təəssürlərini inşad et! (3,93-94) 
 
Yaradıcılığının  bütün  sahələrində,  yəni  şeir,  ədəbi  tənqid,  dramaturgiya,  nəsr,  bədii 
tərcümədə  ictimai motivlərə üstünlük verən Abbas Səhhət publisistikasında eyni məqsədləri 
izləyir, xalqın mövcud vəziyyəti, vətənə bağlı düşüncə və arzularını qələmə almağı vacib və-
zifə bilirdi. Şairin “Açıq söz” qəzetinə Şamaxıdan göndərdiyi müxbir məktubları bu fikri təs-
diq  edən  parlaq  nümunələrdir.  Burada  dövrün  ictimai-siyasi  səciyyəsini  ifadə  edən  fakt,  ha-
disə və insanlar haqqında bəhs açılır, Şamaxıda cərəyan edən hadisələr obyektiv şəkildə təq-
dim olunur, jurnalistikanın dəqiqlik və qərəzsizlik prinsipləri ilə təhlilə cəlb edilir. Cəmi altı 
müxbir  məktublarından  ibarət  olan  bu  yazılarda  dövrün  ən  aktual    məsələləri  işıqlandırılır, 
1917-ci il fevral burjua inqilabından sonra yaranan ictimai-siyasi şərait təhlil olunur, konkret 
bir bölgənin, Şamaxının timsalında ümumi Azərbaycan problemlərinin həllinə diqqət  yönəl-
dilir. Birinci müxbir məktubunda Abbas Səhhət “Böyük Rusiyanın möcüzənüma inqilab xə-
bəri”nin Şamaxıda əhalinin heyrətinə səbəb olduğunu bildirir və göstərirdi ki, “Bəzi insanlar 
böht və heyrət aləminə dalmış, inanmaq istəmədi. Bəzi kəsrəti-fərəh və sürurundan çıldırmaq 
dərəcəsinə  gəldi.  Qaragüruh  firqəsinə  mənsub  bəzi  hökumət  məmurları  çaşıb  iztiraba 
düşdülər. Hər kəs səbirsizliklə hadisat və vəqayenin məbədini gözlədi” (1, 1917, № 433). 
1917-ci  il  Fevral  Burjua  inqilabından  sonra  iki  hakimiyyətlilik  nəticəsində  yaranan 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin