44 limlər mərhum Sabirin altı illik yovmi-vəfatı münasibətilə birinci şəhər məktəbində bir “Ədə-
bi səhər” tərtib etmişdilər. Saat 12-də məclis açılır. Əvvəl Abbas Səhhət cənabları mərhumun
tərcümeyi-halı ilə hazirunu aşina edir və həmin günə dair mərhumun haqqında söylədiyi şeiri
oxuyur. Sonra müəllimlər tərəfindən mərhumun öz şeirlərindən oxunur. Ələlxüsus Səhhət
cənablarının söylədiyi şeir xalaiqdə yeni bir ruh əmələ gətirir” (“Şamaxıda Sabir günü”,
“Açıq söz” qəzeti, 31 iyul 1917, № 533).
Göründüyü kimi, qəzet redaksiyası ictimai-siyasi məzmun daşıyan şeirə, xüsusən Mir-
zə Ələkbər Sabir poeziyasına yüksək qiymət verir, onun şeirlərindəki publisistik məzmuna,
“Ədəbi səhər” dərnəyindəki hörmətinə “ələlxüsus Səhhət cənablarının söylədiyi şeir xəlaiqdə
yeni bir ruh gətirir” fikrinə diqqət yönəldirdi, qəzet janrından asılı olmayaraq ictimai-siyasi
məzmun və ideyalı hər bir əsərə meydan açır və bütün fəaliyyəti müddətində özünün iş prin-
siplərinə sadiq qalırdı. Qəzetdə görkəmli mətbuat xadimi, tanınmış publisist və naşir, dövrün
bir neçə mətbuat orqanının redaktoru olmuş Haşim bəy Vəzirovun vəfatına həsr edilən yazı-
ların, o cümlədən Abbas Səhhətin “Haşım bəy Vəzirov üçün” adlı şeirin nəşri bu baxımdan
diqqətəlayiqdir. Görkəmli mətbuat xadiminin ruhuna ithafla yazılan şeirdə H.Vəzirovun icti-
mai faydalı xidmətlərinə yüksək qiymət verilir, onun “millətə oz nəfsini fəda” etməsi təqdir
olunur, “Qeyrəti-milliyəyə timsal”olması, “doğru əfkarın“, “sədayi-həqq”i kimi “həqiqətdən
müştaq”lığına mühüm əhəmiyyət verilirdi. Abbas Səhhət H.Vəzirovun “Səda”, “Sədayi-və-
tən”, “Sədayi-Qafqaz”, “Sədayi-həqq” qəzetlərinə redaktor olmasına işarə edərək onun həqi-
qətpərəstliyini qabardır, doğru söz, doğru fikirlər söyləməsini öz millətinə xidmət nümunəsi
kimi dəyərləndirirdi. O deyirdi:
Sən füruzan məşəli-ürfan idin,
Dəmbədəm ətrafa nurəfşan idin,
Doğru əfkarın “sədayi-həqq”idi,
Çün “həqiqət”dən olar müştaq idi.
Atəşin qəlbinlə pək fəal idin,
Qeyrəti-milliyyəyə timsal idin.
Millət uğrunda çalışdın ruzü şəb,
Çəkdin az ömründə çox rəncü təəb.
Aqibət dözmüb daha zəhmətlərə,
Tərk qıldın bizləri zülmətlərə (1, 1916, №125).
Abbas Səhhətin 1916-cı ildə “Açıq söz” qəzetində dərc etdirdiyi “Şair, şeir pərisi və
şəhərli” əsəri də ictimai-siyasi məzmun və ideya baxımından maraq doğurur. Burada əsrlər-
dən bəri divan ədəbiyyatı ilə məşğul olanların ümumiləşmiş obrazı təqdim edilir. Onun şeir
pərisi ilə dialoqunda bəlli olur ki, artıq gülə, bülbülə dair şeir yazmaq dövranı keçib, indi
”vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi”. Şair öz mövqeyini, yaşamaq əzablarını belə
açıqlayır:
“Sevgilim, eşqü həvəsdən daha mən bizarəm,
İndi bir başqa dilarama pərəstişkarəm.
Ürəyimdə daha yox qönçə dodaqlar dərdi,
Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi.
Biri əkmək, biri başmaq, biri paltar diləyir.
Verdiyi qərzi də hər gündə tələbkar diləyir.