Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə51/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   47   48   49   50   51   52   53   54   ...   298
Redaksiyaya daxil olub: 21.05.2015 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
43 
Abbas Səhhətin “Açıq söz” qəzetinə Şamaxıdan  
müxbir məktubları 
 
Ruxsarə Məmmədova 
fəlsəfə doktoru proqramı üzrə doktorant,            
BDU 
E-mail: 
m.ruxsara@yahoo.com

Rəyçilər: prof. Ş.Vəliyev 
                ped.ü.f.d., dos.Ə.M.Abbasov 
 
Açar sözlər: məktub, qəzet, Abbas Səhhət, hürriyyət, mətbuat, məşrutiyyət, Şamaxı 
Ключевые  слова:  письмо,  газета,  Аббас  Саххат,  свобода,  прессса,  конститу-
ционализм, Шeмаха 
Key  words:  letter,  newspaper,  Abbas  Sahhat,  freedom,  press,  constitutionalism, 
Shamakhi 
 
XX  əsrin  ikinci  onilliyində  milli  şüurun  azadlıq  ideyasına  maraq  göstərməsi  daha  da 
güclənir,  yalnız  Azərbaycanda  deyil,  bütövlükdə  çar  Rusiyası  ərazisində  yaşayan  millətlər 
üçün “milli mədəni muxtariyyət” problemi aktuallaşırdı. Odur ki, 1905-ci il 17 oktyabr “Ma-
nifest”i ilə verilən azadlıqlara qarşı çıxan monarxist idarə üsulu və senzura ilə milli mətbuat 
və digər qurumlar, xüsusən siyasi partiyalar arasındakı ziddiyyətlərin gərginliyi günü-gündən 
artırdı.  Bu  gərginliyin  artmasına  I  Dünya  müharibəsi  mühüm  təsir  göstərdi  və  milli  mədəni 
muxtariyyət  ideyası  günün  ən  parlaq  və  cəzbedici  amilinə  çevrildi.  Belə  bir  zamanda,  yəni 
1915-ci ilin 15 oktyabrında nəşrə başlayan “Açıq söz” qəzeti milli ictimai ehtiyacları ödəmək 
və  xalqın  informasiyaya  olan  maraqlarını  təmin  etmək  baxımından  nüfuzlu  bir  mətbuat 
orqanına çevrildi. Qəzetin nüfuzuna müsbət mənada təsir göstərən amillərdən biri də onunla 
bağlıdır ki, ”Yeni iqbal” qəzeti bağlandıqdan sonra onun müəllifləri, eləcə də digər  mətbuat 
orqanlarının  tanınmış  yazarları,  habelə  dövrün  məşhur  ədəbiyyat  xadimləri  “Açıq  söz”lə 
mütəmadi  əlaqə  saxlayır,  burada  şeir,  nəşr,  ədəbi-tənqid,  dramaturgiya  və  publisistikanın 
müxtəlif  janrlarında  olan  əsərlərini  çap  etdirirdilər.  Həmin  müəlliflər  sırasında  dövrün  gör-
kəmli  romantik    şairi,  tərcüməçi  Abbas  Səhhətin  də  özünəməxsus  yeri  vardır.  O,  digər  
müasirləri kimi “Açıq söz” qəzetində aktuallığı ilə ictimai maraq doğuran məsələlərə aydınlıq 
gətirir,  qəzetin  ümumi  ideyasına  uyğun  olaraq  Şamaxı  bölgəsindən  müxbir  məktubları  gön-
dərir, publisistik yazıları ilə oxucuların rəğbətini qazanırdı. Ümumiyyətlə  dövrün digər ədib-
ləri kimi  Abbas  Səhhətin də  bədii  əsərlərində  ictimai-siyasi  məzmunu  və  ideyaları, milli  də-
yərlərə bağlı həqiqətləri “Açıq söz” qəzetinin redaksiya heyəti yüksək qiymətləndirir, onların 
yaradıcılığına  geniş  yer  ayırırdı.  Bunu  Abbas  Səhhətin  “Açıq  söz”  qəzetində  nəşr  etdirdiyi  
“Haşım  bəy  üçün”,  “Şair,  şeir  pərisi  və  şəhərləri”,  “N.  Barataşvili  nəşidələrindən”  əsərləri, 
Şamaxıdan  göndərdiyi  müxbir  məktubları  əsaslı  şəkildə  təsdiqləməkdədir.  Eyni  fikri  “Açıq 
söz” qəzetinin redaksiya heyəti adından yazılan bir qeyd təsdiqləməkdədir. Qəzetdəki “Şama-
xıda Sabir günü” adlı xəbər yazısında Abbas Səhhətin  Mirzə Ələkbər Sabir  haqqında yazdığı 
və  ictimaiyyətdə  rəğbət  doğuran,  dövrün  milli  siyasi  mübarizəsini  əks  etdirən  “Sabir”  şeiri 
haqqında qeyddə deyilirdi: “Səhhətin Sabir haqqında yazdığı üçüncü şeiridir. Şairin 1917-ci 
ildə dostunun ölümünün altı illiyi münasibətilə yazdığı dördüncü şeiri isə əldə yoxdur. “Açıq 
söz” qəzetində çap olunan “Şamaxıda Sabir günü” adlı məqalədə Səhhətin bu mənzuməsindən 
bəhs  edilir:  ”...həmin  iyul    ayının  12-də  Şamaxıda  müəllimlər  kursunda  iştirak  edən  müəl-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin