Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
66
XIX-XX яср рус елми мянбяляриндя атрибутив
компонентли Нахчыван топонимляри
Эиляханым Пашайева
Bakı Slavyan Universitetinin «Müasir
Azərbaycan dili» kafedrasının müəllimi,
AMEA-nın Naxçıvan Bölməsinin doktorantı
Ряйчиляр: ф.ц.е.д., проф.И.Б.Казымов
ф.ц.ф.д., дос.Д.Т.Ялийева
Açar sözlər: Naxçıvan, toponim, atributiv komponent,
rus elmi mənbələri
Ключевые слова: Нахичевань, топоним, атрибутивная компонент, российские
научные источники
Key words: Nakhchivan, place name,
attribute component, Russian scientific sources
XIX-XX əsr rus elmi mənbələrində qeydə alınmış Naxçıvan toponimləri öz struktur
müxtəlifliyinə görə fərqlənir. Bunların arasında atributiv komponentli söz birləşməsi tipli
toponimləri xüsusi qeyd etmək lazımdır. Belə ki, atributiv adlandırma toponimin əsas xüsu-
siyyətlərini (relyefini, coğrafi mövqeyini, bitki örtüyünü və s.) özündə cəmləşdirməklə, onun
mənasının açılmasında mühüm rol oynayır.
Qeyd edək ki, XIX-XX əsr rus elmi mənbələrində əksini tapmış atributiv səciyyəli to-
ponimlərdən bir çoxu artıq mövcud deyildir. Onların təhlilə cəlb olunması Naxçıvan toponim-
ləri haqqında daha geniş təsəvvür yaratmağa imkan verir. Məqalədə İ.Şopenin “Историчес-
кий памятник состояния Армянской области в эпоху ее присоединения к Российской
империи”, V.Qriqoryevin “Статистическое описание Нахичеванской провинции”, D.Pa-
qirevin “Алфавитный указатель к пятиверстной карте Кафказского края” əsərində qeydə
alınmış toponimlər təhlil olunacaqdır.
Toponimlər özlərində yalnız linqvistik, tarixi, coğrafi faktları əks etdirmir. Onlar bü-
tün dil faktları kimi düşüncə tərzinin də ifadəsidir. Hər hansı bir obyektə ad qoyma insan tə-
fəkkürünün məhsuludur. Toponimlərin adlandırılmasını keçmişdən gələcəyə doğru təhlil et-
sək, adlandırma təfəkkürünün də inkişafını izləyə bilərik. Belə ki, əgər
insan özünün hələ ilkin
dövrlərində sadə adlar qoymağa üstünlük verirdisə, təfəkkürünün inkişafı nəticəsində daha
mürəkkəb adlar meydana gəlməyə başladı. Məsələn, əgər əvvəllər insan bütün su hövzələrinə
ümumi ad verirdisə (Dunay, Oka, Nil və s. kimi qədim çayların adı müxtəlif dillərdə sadəcə
“çay” deməkdir), daha sonra onları bir-birindən fərqləndirməyə başladı. Bir sözlə, “coğrafi
adlar coğrafi obyektlə bir-başa əlaqəli deyil, onların arasında insan dayanır” (3, 6).
Coğrafi adların meydana gəlməsində atributiv səciyyəli sözlərin xüsusi rolu vardır.
Atributiv adlandırmalar müxtəlif modellərdə özünü göstərir: isim+sifət, sifət+isim, isim+isim,
xüsusi ad+isim və s. “Sifət+isim” modeli bütün türk toponimiyası üçün, həmçinin Naxçıvan
yer adları üçün daha xarakterikdir. Bu tip adlandırmada sifət, yəni təyin edən mövqeyində bir
sıra sözlər işlənə bilər. Məqalədə atributiv söz funksiyasında işlənən istiqamət bildirən sözlərə
diqqət yetirəcəyik.
İstiqamət bildirən sözlərə
aşağı, yuxarı, orta, aralıq, baş, ayaq, yaxın, uzaq, şərq, qərb
və s. kimi sözlər aiddir ki, bunlar da istənilən xalqın toponimikasında özünəməxsus şəklidə öz
əksini tapmışdır.