Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
71
İngilis dilində milli mədəniyyəti əks etdirən adlar
Leyla Cəfərova
Азярбайъан Дилляр Университетинин
маэистранты
Ряйчиляр: ф.ц.е.д., проф.Ч.М.Гарашарлы
ф.ц.ф.д., дос.К.Щ.Ъяфярова
Açar sözlər. milli,
mədəniyyət, ənənə, adlar,
həyat tərzi,
məişət
Key words: national, culture, tradition, names, life,
style
Ключевые слова: национальный,
культура, традиция, имена,
образ жизни
İngilis dilinin müxtəlif variantlarının formalaşmasında bir sıra amillərin böyük rolu ol-
muşdur. İngilis dilində diyarşünaslıqla bağlı özünəməxsus söz və ifadələrin, adların meydana
çıxmasında həmin xalqın adət-ənənələrinin böyük rolu olmuşdur. Bu adət və ənənələr ingilis
xalqının tarixi, ictimai quruluşu, mədəniyyəti, təhsil və səhiyyə sistemi, bayram və mərasim-
ləri ilə birbaşa əlaqədar olmuşdur. Odur ki, göstərilən sahələri əks etdirən leksik təbəqə də
məhz Britaniyada danışılan ingilis dili üçün doğmadır və Britaniyanın əhalisi üçün anlaşıq-
lıdır. Misal üçün, aided schools təhsil sistemini əks etdirən bir ifadə kimi Britaniyada anlaşılır,
çünki belə müəssisə yalnız bir ingilisdilli ölkədə mövcuddur. Belə məktəblərin xərci yerli
xalq təhsili təşkilatları tərəfindən ödənilir.
Və yaxud, busker sözü britaniyalılar trəfindən “səyyar aktyor”, “müğənni”, «akrobat”
kimi yaxşı başa düşülür, çünki bu məşğuliyyətlər də məhz Britaniyanın həyatı üçün xarakterik
olmuşdur (4, 68).
Bu kimi ifadələr yalnız təhsil və mədəniyyət sahələrini deyil, ölkənin ictimai, siyasi
sistemini də geniş əhatə edir. Məlum olduğu kimi, Britaniyanın siyasi quruluşunun
özünəməxsus cəhətləri çoxdur. Misal üçün, House of Lords siyasi bir ifadə kimi yalnız
britaniyalılara məxsusdur. Belə bir orqan başqa ingilisdilli ölkələrdə yoxdur.
Hər bir xalqın yalnız özünəməxsus həyat tərzi, adət və ənənələri olduğu kimi, onların
ifadə vasitələri də məhz həmin xalqın dilində öz əksini tapır. Yəni konkret ingilis adət və ənə-
nələri ilə bağlı olan söz və terminlər məhz britaniyalıların dilində işlənir və başa düşülür və bu
səbəbdən də həmin söz və terminlər məhz Britaniyada danışılan ingilis dilinə məxsusdur.
Bütün cəmiyyətlərdə insanlar öz psixologiyalarına, dini əqidələrinə, fəlsəfi dünyagörü-
şünə münasib bütün cəhətləri özündə birləşdirən və əks etdirən bayramlar, mərasimlər, şən-
liklər, təntənələr yaratmışlar. Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələ-
rini təsdiq etmək üçün yaradıblar.
Hər bir din müəyən ünsurlərin məcmusundan ibarətdir. Dini təsəvvürlər, dini hisslər
və dini mərasimlər onun əsas ünsürlərini təşkil edir. Dinin həmin ünsürləri içərisində dini tə-
səvvürlər, fövqəltəbii qüvvələrə, ruhlara (allahlara, mələklərə və s.) etiqad dini şüurun başlıca
əlamətlərini təşkil edir. Dini təsəvvürlər, dini hadisələrlə, etiqad hissi ilə ayrılmaz surətdə
əlaqədardır. Dini hisslər dini təsəvvürləri möhkəmləndirir, dini təsəvvürlər də, öz növbəsində,
dini hissləri möhkəmləndirir. Dini təsəvvürdərin və dini hisslərin möhkəmlənməsində, onların
insanların şüuruna yeridilməsində dinin ən mühafizəkar ünsürünü təşkil edən mərasimlərin
mühüm rolu vardır.
İngilis ənənələrini şərti olaraq müxtəlif növlərə aid etmək olar. Bu ənənələr uşağın