Ə d ə b i y y a t
Adlarımız: A-Ş [Mətn] /
Osman Mirzəyev.- Bakı:
Qanun, 2007.- 266 s.
Qurbanlı, R. Son mənzili
qəlb olanlar [Mətn]
/R.Qurbanlı // Gün.- 2006.-
1-7 aprel.-S.24.
O dünyasını dəyişdi, biz də
yaşayış yerimizi [Mətn] //
Yeni Azərbaycan.-2003.- 20
noyabr.-S.6.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
13
Jurnalist
90
Milli ədəbiyyat
100
illiyi
ƏKBƏR MƏFTUN
1912-1990
APREL
Əkbər Qurban oğlu Əkbərov (Əkbər
Məftun) 1912-ci il aprel ayının 15-də
Naxçıvanın Ordubad şəhərində anadan
olmuşdur. O, 1921-1926-cı illərdə Naxçı-
van şəhərində beş sinifli ibtidai məktəbdə
təhsil almış, sonra 1926-1930-cu illərdə
pedaqoji texnikumu bitirmişdir. Əkbər
Məftun 1930-1934-cü illərdə Nehrəm,
Dırnıs, Əndəmic kəndlərində müəllim
işləmişdir.
1934-1938-ci illərdə o, Azərbaycan
Pedaqoji İnstitutunun Dil və ədəbiyyat
fakültəsində təhsil almışdır. Bu illərdə
Ə.Məftun eyni zamanda “Pioner” jur-
nalı redaksiyasında Bədii şöbə mü-
diri, “Azərbaycan pioneri” qəzeti və
“Müəllimə kömək” jurnalı redaksiyasın-
da ədəbi işçi, 1935-1941-ci illərdə Ba-
kının 3 (6) nömrəli məktəbində müəllim
işləmişdir.
O, İkinci Dünya müharibəsinin ilk
günlərindən sovet ordusu tərkibində Kerç
uğrunda döyüşlərdə iştirak etmiş, ağır
yaralanmış, 1941-1942-ci illərdə Hərbi
xəstəxanada müalicədən sonra tərxis
olunmuşdur.
Əkbər Məftun sonralar Ordubad
şəhər yeddiillik məktəbində müdir, orta
məktəbdə müəllim, eyni zamanda “Or-
dubad işçisi” (indiki “Yeni Ordubad”)
qəzeti redaksiyasında məsul katib, re-
daktor, radio verilişləri qovşağında dik-
tor, məsul katib, 1943-1954-cü illərdə
M.S.Ordubadi adına şəhər Dövlət Dram
Teatrında müvəqqəti müdir kimi çalış-
mışdır.
1954-1959-cu illərdə o, S.Vurğun
adına Ordubad orta məktəbində mü-
dir işləmişdir. Sonra ailəliklə Bakıya
köçmüşlər. Burada Azərbaycan Dövlət
Universitetinin nəşriyyatında baş redak-
tor, “Maarif” nəşriyyatında baş redaktor
işləmişdir.
Əkbər Məftun 1968-ci ildə “M.S.Ordu-
badinin poeziyası” mövzusunda nami-
zədlik dissertasiyası müdafiə etmişdir.
1969-1985-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filologiya
fakültəsində dosent işləmiş, 1985-ci ildə
təqaüdə çıxmış və Ordubada köçmüşdür.
O, ədəbi fəaliyyətə “Təyyarəçi” adlı
ilk şeiri ilə başlamışdır. Bu şeir 1935-ci
ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş-
dur. 1937-ci ildə ilk “Kiçik heykəltəraş”
şeirlər kitabı çapdan cıxmışdır. Məftun
1943-cü ildən Yazıçılar Birliyinin üzvü
seçilmişdir. Bundan sonra “Mənim ba-
harım” (1972), “Şəfa bulağı” (1980) şeir
topluları çap olunmuşdur. 1987-ci ildə
“M.S.Ordubadi” adlı monoqrafiyası nəşr
olunmuşdur.
Əkbər Məftun dövri mətbuatda da
müntəzəm çıxış etmişdir. “Vətən qızı”
(1940), “Sevənlər” (1943), “Nəsimi”
(1946), “Saray”, “Şahin” və s. pyesləri
qələmə almışdır.
Xidmətlərinə görə “Şərəf nişanı” ,
“SSRİ Silahlı qüvvələrinin 70 illiyi” or-
deni və doqquz medalla təltif olunmuş-
dur. 1981-ci ildə müharibə və əmək vete-
ranı adına layiq görülmüşdür.
Şair, nasir, publisist, Yazıçılar Birliyi-
nin üzvü, Naxçıvanın Əməkdar müəllimi
Əkbərov Əkbər Qurban oğlu 1990-cı il
sentyabrın 14-də Bakıda vəfat etmiş, Or-
dubadda dəfn olunmuşdur.
İ n t e r n e t d ə
www.google.az
www.kataloq.net
15
Yazıçı
91
Milli ədəbiyyat
MƏMMƏD RAHİM
1907-1977
APREL
Məmməd Abbas oğlu Hüseynov (Ra-
him) 1907-ci il aprel ayının 20-də Bakıda
anadan olmuşdur. İbtidai təhsilə Bakıdakı
5-ci rus-tatar məktəbində başlayan Rahim,
sonra təhsilini 23 saylı məktəbdə davam
etmişdir.
M.Rahim 1928-ci ildə Azərbaycan
Pedaqoji
İnstitutunun
Şərqşünaslıq
fakültəsinə daxil olmuş, 1932-ci ildə ins-
titutu müvəffəqiyyətlə bitirdikdən sonra
bir neçə il Bakının orta məktəblərində
müəllimlik etmişdir.
Rahim şeir yazmağa hələ orta
məktəbdə oxuduğu vaxtdan başlamışdır.
Şairin ilk şeirləri 1926-cı ildə mətbuat
səhifələrində çap olunmuşdur. Onun “Gör-
düm” adlı ilk şeiri 1926-cı ildə “Gənc işçi”
qəzetində, sonra isə “Gənc qızıl qələmlər”
adlı məcmuədə işıq üzü görmüşdür. 1930-
cu ildə isə “Arzular” adlı ilk şeirlər kitabı
nəşr edilmişdir.
30-cu illərdə M.Rahim “İkinci kitab”,
“Partizanın tüfəngi” (1937), “Nübar”
(1937), “İldırımın kitabı” (1937) adlı
əsərlərini çap etdirmişdir.
Şairin 40-cı illərdə yazdığı əsərləri bu
illərdə çap olunmuş kitablarında: “Vətən
sevgisi” (1942), “Şəhərin nəgməsi”
(1943), “Ölməz qəhrəman” (1946),
“Xəzər sahillərində” (1948), “Leninqrad
göylərində” (1949) toplanmışdır.
M.Rahim 50-ci illərdə “İşıq”, “İki qar-
daş”, “Ögey ana” və s. poemalarını yaz-
mış, “Sevgi” (1954), “Balaca bağbanlar”
(1955), “Məhəbbətin baharı” (1957) kitab-
larını çap etdirmişdir. 1955-57-ci illərdə
iki cildlik “Seçilmiş əsərləri” Azərnəşr
tərəfindən nəşr olunmuşdur.
60-70-ci illəri M. Rahimin yaradıcı-
lığında daha məhsuldar dövr adlandır-
maq olar. Həmin illərdə bir neçə poema,
yüzlərlə şeir yazmış, 10-dan çox kitabı-
nı: “Şeirlər və poemalar”, “Arzular gül
açanda”, “Tonqal başında”, “Dayağım”,
“Məhəbbət dastanı” və s. çap etdirmişdir.
Görkəmli şairin bir çox əsərləri başqa
xalqların dilinə tərcümə olunmuşdur.
1940-cı ildə Azərbaycanın Əməkdar
incəsənət xadimi adına, 1948-ci ildə “Le-
ninqrad göylərində” poemasına görə Sta-
lin mükafatına, 1950-ci ildə isə “Lenin”
ordeninə layiq görülmüşdür.
“Leninqrad göylərində” poeması
şairə ümumittifaq şöhrəti qazandırmış-
dır. 1948-ci ildə çap olunmuş poema
Azərbaycan ədəbiyyatında xüsusi yer
tutan əsərlərdəndir. Poemada olduqca
mənalı bir motiv də vardır, o da Vətən yo-
lunda həlak olanların ölməzliyidir.
Onun “Moskva”, “Satqınlara ca-
vab” şeirləri bilabasitə sülh uğrunda
mübarizəyə, müharibə qızışdıranların və
irtica qüvvələrinin ifşasına həsr edilmiş-
dir.
Satira və yumor M.Rahim yaradıcı-
lığında aparıcı xətt olmasa da, hər halda
özünəməxsus yer tutur.
1957-ci ildə anadan olmasının 50 illiyi
münasibətilə sair “Qırmızı Əmək Bayrağı”
ordeni ilə təltif olunmuşdur. 1964-cü ildə
Azərbaycanın Xalq şairi fəxri adına layiq
görülən M.Rahim böyük xidmətlərinə
görə, anadan olmasının 60-cı ildönümündə
(1967) ikinci dəfə “Lenin” ordeni, 70-ci il
dönümündə (1977) isə “Oktyabr İnqilabı”
ordeni ilə təltif edilmişdir.
M.Rahim 1977-ci il may ayının 6-da
vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] :
3 cilddə /Məmməd Rahim.-
Bakı, 1988.- C.I .-263 s.;
C.II .-259 s.; C.III .- 261 s.
Məmməd Rahim – 100
[Mətn]: metodik tövsiyələr
/tərt. ed. S.Mehrəliyeva;
M.F.Axundov adına kitabxa-
na.- Bakı, 2006.-22 s.
Zeynallı A. Xalq şairi
Məmməd Rahim [Mətn]:
anadan olmasının 75 illiyi
münasibətilə /A.Zeynallı,
S.Salmanov .- Bakı, 1984.-
60 s.
20
Şair
105
illiyi
92
Tarixdə bu gün
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ
1932
APREL
Azərbaycan Yazıçılar Birliyi 1932-ci
il aprel ayının 23-də Azərbaycan Yazıçı-
lar İttifaqı adı ilə yaradıldı.
O vaxta qədər Azərbaycan yazıçıları
ayrı-ayrı ədəbi birliklərin və məclislərin
tərkibində fəaliyyət göstərirdilər. 1923-cü
ildə Azərbaycan yazıçılarının bir qrupu-
nun təşəbbüsü ilə “İldırım”, “Türk ədib
və şairlər ittifaqı dərnəyi” təsis olunmuş-
dur. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də
təxminən bu dövrlərdə formalaşmış, öz
ətrafına gənc ədəbi qüvvələri toplamışdı.
1925-ci il dekabrın 25-də bu cəmiyyət
əsaslı və ədəbi təşkilat kimi Bakıda ya-
radıldı, ədəbi dərnəkləri öz ətrafında
birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti
tez-tez müşavirələr, ədəbi gecələr,
görüşlər, məruzələr təşkil edir, tədbirlər
həyata keçirirdi. “Maarif və mədəniyyət”
jurnalında (indiki “Azərbaycan” jur-
nalında), “Kommunist” və “Gənc işçi”
qəzetlərində müntəzəm verilən ədəbi ma-
teriallar, “Qızıl qələmlər”, “Oktyabr alov-
ları” almanaxları və ayrı-ayrı məcmuələr
ədəbiyyatın təbliğinə, kütləvi surətdə ya-
yılmasına xidmət edirdi. 1927-ci il iyul
ayının əvvəllərində Azərbaycan yazıçı-
larının birinci ümumi yığıncağında bü-
tün ədəbi qüvvələri bir təşkilat ətrafında
birləşdirmək qərara alındı. Beləliklə,
Azərbaycan Yazıçılar Cəmiyyətinin
müvəqqəti idarə heyəti yarandı. Bakı-
da Ümumazərbaycan yazıçılarının bi-
rinci (13.01.1928) və ikinci qurultayı
(20.X.1929) çağırıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilat-
ların yenidən qurulması haqqında 1932-
ci il 23 aprel tarixli Qərarından sonra
Azərbaycan Yazıçılar Cəmiyyətinin
yenidən qurulması haqqında təşkilati
tədbirlər görüldü və Azərbaycan Yazıçı-
lar İttifaqı yaradıldı. Təşkilatın ilk rəhbəri
Məmmədkazım Ələkbərli olmuşdur.
1934-cü il iyunun 13-də Bakıda
Azərbaycan Yazıçılarının I Qurultayı ke-
çirildi. Bu qurultayda Azərbaycan Yazıçı-
lar İttifaqının Naxçıvan, Gəncə və bir cox
digər bölmələri yaradıldı.
1934-cu il yanvarın 1-dən Azərbaycan
Yazıçılar İttifaqının ilk orqanı olan
“Ədəbiyyat və incəsənət” qəzeti nəşrə
başladı.
Azərbaycan Yazıçılar İttifaqının sovet
dövründə 8 qurultayı keçirilmişdir. So-
nuncu qurultay 1988-ci ildə çağırılmış-
dır.
1991-ci ildə Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra
Azərbaycan Yazıçılar İttifaqı Azərbaycan
Yazıçılar Birliyi adı ilə fəaliyyətini davam
etdirir. Müstəqillik dövründə Azərbaycan
yazıçıları 1991-ci ildə növbəti IX qu-
rultaynı, 1997-ci ildə isə X qurultayını,
2004-cü ilin may ayında isə XI qurulta-
yını keçirdi. Son qurultayda Xalq yazıçısı
Anar yenidən Azərbaycan Yazıçılar Birli-
yinin sədri seçilmişdir.
Azərbaycan Respublikası Prezidenti
tərəfindən Azərbaycan Yazıçılar Birliyinə
və onun üzvlərinə daim qayğı göstərilir.
Onlar dövlətin fəxri adları ilə, orden və
medallarla təltif olunurlar. Gənc yazarlar
Prezidentin fərdi təqaüdü ilə mükafatlan-
dırılmışlar.
Azərbaycan Yazıçılar Birliyinin rəsmi
saytı yaradılmışdır.
Ə d ə b i y y a t
Bayramova, S. AYB-
ni yazarların məbədi
hesab edirəm [Mətn]
/S.Bayramova // Mərkəz.-
2011.- 2 mart.- S. 8.
Çiftçi, İ. Sözün 75 yaşlı
çinarı - Azərbaycan Yazıçı-
lar Birliyi [Mətn] /İ.Çiftçi
//525-ci qəzet.- 2010.- 6
fevral . - S.14.
Elçin. Yazıçılar Birliyi,
ədəbiyyatımız və özümüz
[Mətn] /Elçin //525-ci qəzet
.- 2010.- 18 fevral. - S.4.
XX əsr Azərbaycan Yazıçı-
ları [Mətn] : Ensiklopedik
məlumat kitabı /tərt. ed.
T.Əhmədov.-Bakı: Nurlan,
2004.- 983 s.
Qurultaydan-qurultaya
[Mətn] /tərt. ed. A.Əbilov.-
Bakı: Yurd, 2004.- 181 s.
İ n t e r n e t d ə
www. az.wikipedia.org
www.google.az
23
80
illiyi
93
Tarixdə bu gün
BEYNƏLXALQ ƏQLİ MÜLKİYYƏT GÜNÜ
APREL
Beynəlxalq Əqli Mülkiyyət Günü
2000-ci ilin sentyabr ayında Ümum-
dünya Əqli Mülkiyyət Təşkilatı
(ÜƏMT) Baş Assambleyasının qərarı
ilə təsis edilmişdir. Bu əlamətdar gü-
nün qeyd edilməsi üçün 26 aprel tari-
xinin seçilməsi isə təsadüfi deyil. Belə
ki, ÜƏMT-in təsis edilməsi haqqın-
da Konvensiya 1970-ci ilin məhz bu
tarixində qüvvəyə minmişdir.
Qeyd edək ki, bu gün hər il fərqli
deviz altında keçirilir.
Əqli mülkiyyət elm, texnika və
mədəniyyətin inkişafının mühüm
amilidir. Əqli mülkiyyətin mühafizəsi
sahəsindəki dövlət siyasəti həm də
ölkənin elmi-texniki potensialının sax-
lanması, qorunması üçün zəruridir.
Azərbaycan 1995-ci ildə ÜƏMT-
nın təsis etdiyi Konvensiyaya, Avrasi-
ya Patent Konvensiyasına, daha sonra-
lar isə bir sıra saziş və müqavilələrinə
qoşulub, Avropa Patent Təşkilatı ilə
əməkdaşlıq əlaqələri yaradıb. Ölkənin
texniki və iqtisadi siyasətinin həyata
keçirilməsində özünəməxsus rol oyna-
yan, intellektual kapitaldan istifadənin
genişləndirilməsi və texnoloji inkişa-
fın stimullaşdırılması, kontrafakt mal-
ların dövriyyəsinə qarşı mübarizənin
genişləndirilməsi və s. kimi sahələrdə
işlərin yerinə yetirilməsinə yardım edən
patent sistemi sahəsində dövlət siyasəti
bu gün də davam etdirilir. Patent sis-
temi vasitəsilə sənaye mülkiyyəti
obyektlərinə dair iddia sənədlərinin
qəbulu və ekspertizası həyata keçi-
rilir, dövlət reyestri aparılır, müvafiq
mühafizə sənədləri verilir, bu sahədə
hüquqların qorunmasına və beynəlxalq
sistemlərə inteqrasiyaya təminat yara-
dılır, qanunvericiliyə uyğun digər işlər
yerinə yetirilir. Azərbaycanda Ümum-
dünya Əqli Mülkiyyət Günü 2001-ci
ildən etibarən geniş qeyd edilir, bu
münasibətlə silsilə tədbirlər təşkil edi-
lir.
Ə d ə b i y y a t
Beynəlxalq xüsusi hüquqda
əqli mülkiyyət [Mətn] //
Beynəlxalq xüsusi hüquq. -
Bakı.- 2007.-S.321-381.
İ n t e r n e t d ə
www.anspress.com
www.rabita.az
www.copag.gov.az
26
94
Milli Qəhrəmanlar
45
illiyi
QORXMAZ EYVAZOV
1967-1994
APREL
Qorxmaz Abış oğlu Eyvazov 1967-
ci il aprel ayının 1-də Laçın rayonunun
Güləbird kəndində anadan olmuşdur.
O, 1984-cü ildə orta məktəbi bitirərək,
127 saylı texniki-peşə məktəbinə da-
xil olmuşdur. 1985-ci ildə ordu sı-
ralarına çağırılmış və Ukraynada
hərbi xidmətdə olarkən 6 aylıq ser-
jantlıq kursunu bitirmişdir. Xidmət
müddətində fəxri fərmanlarla yanaşı,
birinci dərəcəli idmançı vəsiqəsi almış
və döş nişanı ilə də təltif edilmişdir.
Qorxmaz 1987-ci ildə əsgəri
xidmətini başa vurub vətənə dönmüş
və 1988-ci ildə Laçında yaradılmış
partizan dəstəsinə qoşulmuşdur. 1992-
ci ilin mart ayında Laçın rayon Polis
şöbəsində işə qəbul edilmişdir. Sıravi
polis işçisi Q.Eyvazovun döyüş yolu
öz doğma yurdundan Qazdərəsi, Sua-
rası, Mazutlu kəndlərinə kimi uzanır.
Qızartı dağı uğrunda gedən döyüşlər
zamanı onun xüsusi fəallığı nəticəsində
düşmənin bir tankı ələ keçirilir. 4 av-
qust 1992-ci ildə erməni quldurları
Qızartı dağını yenidən ələ keçirmək
üçün hücuma keçirlər. Cəsur döyüşçü
bu vuruşda qolundan güllə yarası alır.
O, sağalan kimi, qısa müddətdən son-
ra yenidən döyüşə atılır, Füzuli rayo-
nu ərazisində gedən döyüşlərdə böyük
şücaət göstərir. Horadiz əməliyyatı za-
manı göstərdiyi igidliyə görə onu rota
komandiri təyin edirlər.
10 fevral 1994-cü ildə Cəbrayıl ra-
yonunun Cocuq Mərcanlı kəndində
Qorxmazın son döyüşü oldu. O,
düşmənin xeyli canlı qüvvəsini məhv
etmiş və özü də bu döyüşdə həlak ol-
muşdur. Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezi-
dentinin 15 yanvar 1995-ci il tarixli
262 saylı Fərmanı ilə Qorxmaz Abış
oğlu Eyvazova ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adı
verilmişdir. Sumqayıt şəhərindəki
Şəhidlər Xiyabanında dəfn edilmiş-
dir. Laçın rayonunun Güləbird kənd
xəstəxanası qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının bir qrup hərbi qulluqçusuna və polis işçilərinə
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Eyvazov Qorxmaz Abış
oğlu – Daxili İşlər Nazirliyi, starşina – Azərbaycan Respublikasının suverenliyi və
ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçıların-
dan müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə
yetirilməsindəki misilsiz xidmətlərinə görə] : Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı, 15 yanvar 1995-ci il [Mətn] //Azərbaycan.- 1995.- 17 yanvar.-
S. 1.- (ölümündən sonra).
Eyvazov Qorxmaz Abış oğlu [Mətn] : biblioqrafiya //Azərbaycanın Milli
Qəhrəmanları /tərt. H.Həmidova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxa-
nası.- Bakı, 2008.- S. 48.
Əsgərov, V. Eyvazov Qorxmaz Abış oğlu [Mətn] //V.Əsgərov Azərbaycanın Milli
Qəhrəmanları.- Bakı, 2005.- S. 43.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
1
Milli Qəhrəman
95
Milli Qəhrəmanlar
60
illiyi
ALI MUSTAFAYEV
1952-1991
APREL
Alı Mustafa oğlu Mustafayev 1952
-ci il aprel ayının 14-də Qazax rayo-
nunun Qazaxbəyli kəndində fəhlə
ailəsində doğulmuşdur. 1959-cu ildə
Qazaxbəyli kənd səkkizillik məktəbinə
getmiş, 1969-cu ildə Daş Salahlı kənd
orta məktəbini bitirmişdir.
1971-1973-cü illərdə ordu sıra-
larında xidmətdə olmuşdur. 1976-cı
ildə BDU-nin Jurnalistika fakültəsinə
daxil olmuş, 1981-ci ildə təhsilini bi-
tirib, Azərbaycan Dövlət Teleradio
Şirkətinin “Xəbərlər” proqramında
jurnalist kimi fəaliyyətə başlamışdır.
Jurnalist kimi Qarabağ savaşlarında
iştirak etmişdir.
Ədəbi-bədii yaradıcılığa tələbəlik
illərindən başlamışdır. Onun lirik
şeirləri və publisist yazıları dövri
mətbuatda müntəzəm çap edilmişdir.
Erməni faşist quldurlarının Azər-
baycana hücumu dövründə Dağlıq
Qarabağdan – qaynar nöqtələrdən,
eləcə də yüksək dövlət səviyyəli rəsmi
görüşlərdən hazırladığı müsahibə və
reportajlarla rəğbət qazanmışdır. 1989-
1990-cı illərdə Moskva şəhərində
Azərbaycan Respublikası Ali Məclisi
tərəfindən parlament müxbiri olmuş-
dur .
1991-ci il noyabr ayının 19-da Dağ-
lıq Qarabağın Qarakənd kəndi yaxın-
lığında sülh məramlı nümayəndələri
aparan vertolyotun düşmən mərmisi
tərəfindən vurulması nəticəsində şəhid
olmuşdur.
Bakıda Şəhidlər Xiyabanında dəfn
edilmişdir.
1991-ci ildə fəaliyyətinə görə “İlin
ən yaxşı jurnalisti” mükafatına layiq
görülmüşdür.
Ölümündən sonra ona Azərbaycan
Respublikası Prezidentinin 6 noyabr
1992-ci il tarixli 294 saylı Fərmanı
ilə “Azərbaycanın Milli Qəhrəmanı”
fəxri adı verilmişdir. Nərimanov ra-
yonundakı 202 saylı orta məktəb Alı
Mustafayevin adını daşıyır.
Ə d ə b i y y a t
Mustafayev, A. Dəli
bir ağlamaq keçir
könlümdən [Mətn]: şeirlər
/A.Mustafayev.- Bakı: Nicat,
1992.- 152 s.
Əsgərov, V. Mustafayev
Alı Mustafa oğlu [Mətn] //
Əsgərov V. Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı,
2005.- S.161.
İbrahimova, A. Vətən üçün
ölüm həyatın davamıdır
[Mətn] /A.İbrahimova //
Hərbi and.- 2007.- 14
aprel.- S.7.
Nazim, N. Mustafayev Alı
Mustafa oğlu [Mətn] //
Nazim N. İstiqlal ulduz-
ları: Azərbaycanın milli
qəhrəmanları.- Bakı, 1995.-
S.127-129.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
14
Milli Qəhrəman
96
Milli Qəhrəmanlar
45
illiyi
RİZVAN TEYMUROV
1967-1991
APREL
Rizvan Rəhman oğlu Teymurov
1967-ci il aprel ayının 16-da Şuşa
rayonunun Quşçular kəndində ziya-
lı ailədə anadan olmuşdur. 1984-cü
ildə doğma kəndlərində orta məktəbi
bitirərək, 1985-ci ildə ordu sıralarına
çağırılmışdır. Əsgəri xidmətini Omsk
şəhərində başa vurduqdan sonra vətənə
qayıdır. 1987-ci ildə Rusiyanın Arxan-
gelsk vilayətinə gedir. 1990-cı ildə
yenidən vətənə qayıdır və Şuşa rayon
DİŞ-nin Xüsusi Təyinatlı Polis Dəstəsi
yarananda dəstənin üzvlərindən biri
də R. Teymurov olur. Bu dəstə Qa-
radağlı, Sırxavənd, Umudlu, Meşəli,
Cəmilli kəndlərində erməni yaraqlı-
larına qarşı mübarizədə iştirak etmiş-
dir. 1991-ci il 9 dekabrda Xankəndi
və Kərkicahan ətrafında gedən qanlı
döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264
saylı Fərmanı ilə Teymurov Rizvan
Rəhman oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adı verilmişdir.
Şuşa şəhərinin Quşçular kəndində
dəfn olunmuşdur. Bakının Nizami ra-
yonundakı küçələrdən biri onun adını
daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Teymurov Rizvan
Rəhman oğlu – starşina – Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində
göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin
Fərmanı, 8 oktyabr 1992-ci il / [Mətn]/Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.-
(ölümündən sonra).
Əsgərov, V. Teymurov Rizvan Rəhman oğlu [Mətn] / V. Əsgərov //Azərbaycanın
Milli Qəhrəmanları.- Bakı, 2005.- S. 212.
Nazim, N. Teymurov Rizvan Rəhman oğlu: (1967-1991) [Mətn] /N. Nazim //İstiq-
lal ulduzları.- Bakı, 1995.- S. 166-168.
Seyidzadə, M. Teymurov Rizvan Rəhman oğlu [Mətn] / M. Seyidzadə // Milli
qəhrəmanlar zirvəsi. - Bakı, 2010. - S. 216.
Zeynalov, R. Teymurov Rizvan Rəhman oğlu: (1967-1991) [Mətn] //Zeynalov, R.
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 1996.- S. 87.
Dostları ilə paylaş: |