Tədqiqat işinin informasiya bazası. İşin araşdırılması zamanı bir çox yerli və xarici ədəbiyyatlardan, məqalə, konfrans və jurnal materiallarından, eyni zamanda uyğun internet resurslarından istifadə edilmişdir. İstifadə olunan internet resursları arasında Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Dövlət Statistika Komitəsi kimi böyük internet portalları mühüm yer tutur.
Tədqiqatın metodları.Dissertasiya işində qoyulmuş vəzifələri həll edərkən iqtisadi təhlilin müxtəlif metod və üsullarından istifadə edilmişdir - müqayisə, detallaşdırma, həmçinin sistemli bir yanaşma, elmi abstraksiya metodu və s. Eyni zamanda dövlətin mehmanxana biznesində apardığı siyasət və həmin siyasətin istiqamətləri tədqiq edilmişdir.