Tədqiqatın məhdudiyyətləri. Covid – 19 pandemiyası ilə əlaqədar olaraq cari milli ədəbiyyatlarda mehmanxana fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi barədə məlumatların azlığı, lazımi informasiya bazasının qeyri-mövcudluğu, təməl məhdudiyyətlər olmuşdur.
Tədqiqatın elmi yeniliyi. Tədqiqat Azərbaycanda mehmanxana biznesinin inkişaf tendensiyalarını araşdırır, inkişaf potensialını təhlil edir, dövlətin mehmanxana biznesində rolunu, beynəlxalq mehmanxana zəncirlərinin təcrübəsinə və onların yaratdığı müsbət modellərə əsaslanaraq yerli mehmanxana obyektlərindən istifadəni müəyyən edir.
Tədqiqat nəticəsində yeni elmi əsaslandırılmış nəticələr əldə edilmişdir, bunlar aşağıdakılardır:
Azərbaycanda otel biznesinin yaranmasının xüsusiyyətləri aşkarlandı və tədqiqat zamanı onun yaranmasının əsas mərhələləri, habelə sonrakı inkişaf istiqamətləri müəyyən edilmişdir;
ölkədə mehmanxana biznesinin inkişaf etməsinin vacibliyiəsaslandırılmışdır;
müasir mehmanxana biznesindəbeynəlxalq mehmanxana şəbəkələri təcrübəsi və yerli yerləşmə vasitələrini necə istifadə etmə meylləri göstərilmişdir.