2. Orta saatlıq, orta günlük, orta aylıq əmək məhsuldarlığı göstəriciləri və onların qarşılıqlı əlaqəsi Əmək məhsuldarlığının tıəhlili aşağıdakı göstəricilərin köməyi ilə həyata keçirilir.
-ümumiləşdirici göstəricilər.Bunlara hər vahid iş vaxtına orta illik, orta günlük, orta saatlıq əmək məhsuldarlığı, həmçinin bir işləyənə düşən ortaillik məhsul istehsalı göstəriciləri. Bu göstəricilər dəyər ifadəsində yaxid saatlıq norma əsasında istehsal edilmiş məhsulun həcminin işçilərin sayına yaxud istehsal-sənaye heyətinə bölməklə müəyyən edilir.
-xüsusi göstəricilər. Konkret növ məhsul vahidi istehsalına vaxt məsrəfi.
-köməkçi göstəricilər.Hər hansı bir işin yerinə yetirilməsinə vaxt məsrəflərini xarakterizə edir.
Əmək məhsuldarlığına iki qrup amillər təsir göstərir: Bunlara aiddir:
-ekstensiv amillər, yəni iş vaxtından istifadə.
-intensiv amillər, yəni yeni texnikanın tətbiqi, istehsal prosesinin mexanikləşdirməsi və avtomatlaşdırması, istehsalın təşkilini və texnologiyasını təkmilləşdirmək və s. hesabına istehsal edilmiş məhsulun əmək tutumluğunun azaldılması.
Əmək məhsuldarlığının yüksəldilməsinin mühüm amili intensiv, yəni istehsal edilmiş məhsulun əməktutumluğunun azaldılmasıdır. Əməktutumluğu məhsul istehsalı vahidinə iş vaxtı məsrəflərini xarakterizə edir.
Orta məhsuldarlığa ayrı-ayrı amillərn təsiri:
-il ərzində bir işçiyə işlənmiş günlərin orta sayınatamgünlük böşdayanmalar, rəhbərliyin razılığı ilə işə çıxmamalar, xəstəliyə, işəgəlməmələr təsir göstərir.
-işgününün orta müddətinə növbədaxili boşdayanmalar, yeniyetmələr və uşağa qulluğa görə ixtisar edilmiş iş günləri, müddətdən artıq işlər təsir göstərir.Təhlildə istənilən iş vaxtı itkisinin səbəblərinin aşkar edilməsi və onların aradan qaldırılması zəruridir.
-bir işçinin orta saatlıq əmək məhsuldarlığına işlərin yerinə yetirilmıəsi norması, məhsulun quruluşunun dəyişməsi, məhsul vahidi istehsalına əməktutumluğun azaldılması məqsədilə təşkilati-texniki tədbirlərin həyata keşirilməsi və s təsir göstərir.
Iş vахtı məsrəflərinin аdаm-sааt, аdаm – gün və s. ifаdə оlunmаsındаn аsılı оlаrаq əmək məhsuldаrlığının оrtа sааtlıq, оrtа günlük və s. göstəriciləri fərqləndirilir. Оrtа sааtlıq əmək məhsuldаrlığı ( Ə ) hər hаnsı bir dövr üzrə istеhsаl еdilmiş məhsulun miqdаrını həmin dövrdə fаktiki işlənmiş аdаm-sааtlаrın miqdаrınа bölməklə hеsаblаnır. Yəni,
Burada, - dövr üzrə istеhsаl еdilmiş məhsulun həcmini, - fаktiki işlənmiş аdаm-sааtlаrın miqdаrını göstərir.
Оrtа günlük əmək məhsuldаrlığı dа охşаr qаydаdа hеsаblаnır. Başqa sözlə desək, orta günlük əmək məhsuldarlığı müəyyən dövr ərzində hər gün hansı həcmdə məhsul istehsal edildiyini göstərir. Bu göstəricini hesablamaq üçün istehsal edilmiş məhsulun həcmini həmin həcmdə məhsulun istehsalına sərf edilmiş adam-günlərin sayına bölmək lazımdır.
Orta günlük əmək məhsuldarlığı:
ədəd.
Orta saatlıq, orta günlük və orta aylıq göstəricilər arasında aşağıdakı kimi qarşılıqlıəlaqə vardır.
Orta günlük əmək məhsuldarlığı = orta saatlıq əmək məhsuldarlığı *iş gününü orta müddəti,
Orta aylıq əmək məhsuldarlığı = orta günlük əmək məhsuldarlığı * ay ərzində bir işçinin işlədiyi günlərin orta sayı,
Orta aylıq əmək məhsuldarlığı = bir işçinin orta aylıq əmək məhsuldarlığı *ümumi sənaye istehsal heyətində işçilərin xüsusi çəkisi.