Azərbaycan Respublikasının ekoloji siyasəti, onun ətraf mühit üzrə qanunvericiliyi
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu, həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi -“Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının ekoloji Konsepsiyasını qeyd etmək olar. Bu konsepsiyada respublikamız üçün ətraf mühitin mehafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdır.Hazır ki mövcud ekoloji durumu və sosial – iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini müəyyənləşdirmək olar:
ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə Davamlı İnkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;
indiki və gələcək nəzillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri - ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması;
qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.
Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifə və prinsiplər əsas götürülməlidir:
ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi;
indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi;
eyni və müxtəlif nəsillərin nümayəndələri arasındatəminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi;
insanın həyat fəaliyyətini təmion edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanılması.
Azərbaycanda özəl və ictimai sahədə həyata keçirilən layihələrdə ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsi üçün əsas sənəd ―Ətraf mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi‖ (ƏMSSTQ) hesab olunur. Onun əsas məqsədi ətraf mühitə mənfi təsirin müəyyənləşdirilməsi, qarşısının alınması və yaxud yol verilə biləcək səviyyəyə qədər azaldılmasını təmin etməkdir. Ətraf mühitə və sosial – iqtisadi sahəyə təsirin qiymətləndirlməsinin fundamental prinsipləri AR ETSN tərəfindən AR-nın avqust 1999-cu il tarixli ―Ətraf Mühitin Mühafizəsi‖ haqqında Qanunundan və 1996-cı ildə BMT İnkişaf Proqramının dəstəyi ilə çap edilmiş ―Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Prosesi‖ üçün kitabçadan istifadə olunmaqla tərtib edilir. dövlət tərəfindən ətraf mühitin qorunması ilə əlaqədar bir sıra qanunlar və normativ sənədlər qəbul olunmuşdur. Qəbul olunmuş əsas qanunlara aşağıdakılar daxildir:
- Torpaq İslahatı haqqında Qanu (1999) - Bitki mühafizəsi haqqında Qanun (1997)
İstehsalat və məişət tullantıları haqqında Qanun (1998
Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanun (1998)
Tarixi mədəniyyət abidələrinin qorunması haqqınd aQanun (1998)
Ekoloji təhlükəsizlik haqqında Qanun (1999)
Heyvanlar aləmi və biomüxtəliflik haqqında Qanun (1999) - Ətraf mühitin mühafizəsi haqqında Qanun (1999)
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Qanun (2000)
Torpaqların münbitliyi haqqında Qanun (2000)
Atmosfer havasının mühafizəsi haqqında Qanun (2001)
Ətraf mühitə dair informasiya almaq haqqında Qanun (2002)
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Qanun (2002)
İcbari ekoloji sığorta haqqında Qanun (2002)
Azərbaycanda ətraf mühitin qorunması ilə əlaqədar aşağıdakı milli və dövlət proqramları hazırlanmış və həyata keçirilir:
Yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2004-2008), 2004
Ekoloji cəhətdən Dayanıqlı Sosial – İqtisadi İnkişaf Haqqında Milli Proqram, 2003
Azərbaycan Respublikası regionlarının sosial – iqtisadi inkişafı Dövlət Proqramları (2004/2008, 2009/2013, 2014/2018)
AR-da yay-qış otlaqıarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı. 2004
AR-da alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı. 2004
Azərbaycanda ətraf mühitin mühafizəsi və səmərəli istofadəsi haqqında başlıca sənəd olan Ətraf Mühitin Mühafizəsi haqqında qanunda mühafizənin əsas prinsipləri, dövlətin, ictimai birliklərin və vətəndaşların bu sahədə hüquqları və vəzifələri, atmosfer havasının keyfiyyətinə dair normalar və iqtisadi fəaliyyətlə bağlı ekoloji tələblər təsdiq olunmuşdur. Qanunun əsas müddəaları aşağıdakılardan ibarətdir:
tullantılarla bağlı dövlət siyasətinin prinsipləri;
tullantılarla bağlı fəaliyyət münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələri;
tullantılarla bağlı istehsalat tələbləri;
tullantıların emalı şərtləri;
tullantıların emalı yerlərinə tələblər;
tullantıların yerləşdirilməsinə tələblər;
tullantıların daşınmasına tələblər;
tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti;
tullantılarla bağlı istehsalat nəzarət;
tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət;
tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimləmə;
tullantılarla bağlı normativlər.
Nəticə
Yuxarıda söylədiklərimdən belə nəticəyə gəlmək olar ki,biləsiniz ki tullantı problemi qlobal problemlərdəndir və buna ötəri yanaşmaq olmaz.Bu böyük problemi aradan qaldırmaq üçün birgə hərəkət etmək lazımdır.Yəni təkcə dovlətdən kömək gözləmək olmaz.Cəmiyyət də dövlətə dəstək olmalıdı.Onu da qeyd etmək istəyirəm ki,nəzərə alınsa ki atılan tullantıların əksəriyyəti bərk məişət tullantılarıdı,bunda da insanların rolu əvəzedilməzdi.Ona gorə birgə hərəkət etmək ən yaxşı və optimal variantdır. Bunun üçün ilk növbədə dovlət əhaliyə tullantıları çeşidləməkdə kömək olmalıdı. Yəni ayri –ayri zibillər üçün konteynerlər küçələrə qoyulmalıdı . Əhali də çalışmalıdı ki,maxsimum dərəcədə tullantıları tullamazdan əvvəl onları çeşidləyərək küçələrə qoyulmuş konteynerlərə atsınlar.Yəni zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilsin.Yandırılmış tullantıların qalıqlarından isə kompost duzəldib gubrə kimi torpaqların munbitliyini artirmaq məqsədi ilə geniş istifadə olunsun.Tullantıların yandirilması nəticəsində elektrik enerjisi əldə etmək mumkun olsun.Tullantıların yandırılmasından alınan kül yol tikintisində istifadə olunsun.Göründüyü kimi, kompleks əhəmiyyəti olan belə zavodun tikilməsi bizim üçün də çox zəruridir.Düzü,bu prosesin həyata keçirilməsi bir az çətin məsələdi.Dövlət də çalışmalıdı ki , ilk növbədə əhalini duzgun və anlaşılacaq şəkildə maarifləndirsin.Əgər bu maarifləndirmə duzgun aparılmazsa,yəni demək olar ki,əhalinin bundan xəbəri yoxdu və prosesi həyata keçirtmək olduqca çətin məsələdi.Biz maarifləndirməni necə və hansı yolla insanlara çatdıra bilərik? Bu haqda yaxşı fikirləşib nəticə verəcək qərarlar çıxartmalıyıq.Həmçinin istehsalat sahələri də oz işlərində diqqətli olmalıdır.İstehsal etdiyi məhsulun tullantı qalıqlarını duzgun şəkildə idarə etməlidi.Nəticə etibarı ilə çalışmalıyıq ki,maxsimum dərəcədə tullantıların təkrar emalından istifadə olunsun.
Tullantıların idarə edilməsi prosesində yaxindan iştirak etmək üçün bu ixtisas uzrə kadrlar hazırlanmalıdı.Təbii ki bu ohdəliklər universitetlərin uzərinə düşür.Hər bir insan ,tək bu ixtisas uzrə təhsil almış və işləyən şəxslər yox,həm də cəmiyyətin hər bir uzvi ən azından çalışsa ki,bu problemi aradan qaldırsın onda demək olar ki biz artıq tullantı problemini az da
olsa aradan qaldıra bilərik.Sonda bir daha demək istərdim ki,hər birimiz çalışaq ki,
dunyamizi tullantılardan,onların yaratdığı problemlərdən xilas edək. Bunun üçün biz tez tez bu məsələ ilə bağlı konfranslar,tədbirlər həyata keçirməli,bu məsələni həmişə gundəmdə saxlamalıyıq.Bu xüsusi ilə də bizim öz olkəmizə də aid edilir.Olkəmiz də inkişaf etmiş olkələrdən heç də gerı qalmır.Artıq inkişafda olan ölkə kimi tullantı problemi öz əksini burda tapmışdı.Lakin inkişaf etmiş ölkələrdə artıq bu kimi məsələlərin az da olsa öz həllini tapıb.Təbii ki bu sevindirici haldı və qarşıdakı illərdə bu öz həllini bizim ölkədə də tapacaq.
Ədəbiyyat Siyahısı
Bayramov K.B. Təbiətdən istifadənin iqtisadi və ekoloji problemləri. Bakı. 2012.
Ibrahimov İ.H. Ətraf mühitin iqtisadiyyatı. Dərs vəsaiti. Bakı.2015
Məmmədov Q.Ş., Xəlilov M. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı. 2005.
Məmmədov Z.S. Təbiətdən istifadənin iqtisadiyyatı. ADNA nəşriyyatı Bakı. 2010.
http://www.e-qanun.az/framework/41394
Dostları ilə paylaş: |