Referat Fakültə: İnzibati İdarəetmə İxtisas: İqtisadiyyat Qrup: İ191 Fənn: Ətraf mühit İqtisadiyyatı



Yüklə 33,38 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü33,38 Kb.
#44304
növüReferat
1   2   3   4
5.Cəbiyev Əsəd

Bərk tullantılara:yararsız hala düşən metal, taxta, kardon, plastmastaralar, sürtülmüş materiallar, işlənmiş süzgəc materiallar, polimer boru kəsikləri, kabel məhsulları aiddir.

Pasta şəkillərə: şlam (xırdalanan filiz), qətranlar, istilik-mübudilə qablarının təmizlənməsindən əmələ gələn süzgəclərin və çökdürücülərin çöküntüsü aiddir.

Maye tullantılara: tərkibində üzvi və qeyri-üzvi maddələr olan və yüksək toksiki olduğundan biotəmizlənməyə ehtiyacı olmayan birləşmələr aiddir.

Toz şəkilli və ya qaz şəkilli tullantılara: qabların, avadanlıqların tənəffüs borularının tullantıları, yağsızlaşdırma sahələrinin tullantıları, məhsulun rəngləri.

Kimyəvi dözümlüyünə görə tullantılar: partlayan, öz-özünə alışan, zəhərli qaz ayrılan, parçalanan və dözümlü olurlar. Tullantılar suda həll olan və həll olmayan olurlar. Mənşəyinə görə üzvi, qeyri-üzvi, qarışıq tullantılar olur.

Tullantıların əmələgəlmə səbəbləri və insanların rolu.

Hər gun ətraf muhitə milyon tonlarla tullantı atılır və belə getsə butun torpaq sahələri eləcə də su ,hava tullantı altinda qalacaq.Çox ölkələrdə tullantıların ümumi həcmi əsasəndə Avropada artmaqda davam edir. Məişət tullantıları böyük həcmdə artir.Tullantilar o cumlədən bərk tullantilar istehsal və təlabat tullantilar olub muasir dovrun muhum sosial- iqtisadi və ekoloji problemlərdən biridi.Bərk istehsal tullantilari istehsal prosesində, bərk məişət tullantilari isə şəhər təsərrufat sistemində ,əsasən də istehlak prosesində əmələ gəlir.İstehsal tullantilarina istehsal prosesində ,məişət tullantilarina isə məişətdə istifadə muddətini bitirmiş məhsul və mallar,insana lazim olmayan məhsullar və onlarin qaliqlari aid edilir. Hər il şəhərlərdə və yaşayış məntəqələrində bərk məişət tullantılarının intensiv toplanması halları baş verir ki, onlar da düzgün və vaxtında yığışdırılmayanda, zərərsizləşdirilməyəndə ətraf mühiti çirkləndirə bilər.

Bərk məişət tullantıları əsasən məişətdə yaranan tullantılardan ibarətdir.Yəni məişət tullantıları əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. Bəzən məişətdə yaranan kommersiya tullantıları da bura aid edilir. Bunlar, ümumiyyətlə, təhlükəli sənaye tullantıları istisna olmaqla , bərk və yarım-bərk xarakterli tullantılardır. Qalıq tullantılar çeşidlənməyən və yenidən emal olunmayan məişət xarakterli materialların əsasında yaranır

Bərk məişət tullantılarının tərkibinə daxil edə bilərik ərzaq tullantıları, kağız, karton, plastik, tekstil, dəri, həyət-bağ tullantıları, taxta, şüşə, metal, kül; təhlükəli məişət tullantıları: dərmanlar, boyalar, kimyəvi maddələr, işıq və fluoresyent lampaları, aerosol balonları, gübrə və pestisid qabları, batareyalar, ayaqqabı mazı; xüsusi tullantılar (məsələn: iri həcmli tullantılar, məişət elektronikası, yağlar, şinlər).Tullantilar probleminin həlli əhalinin normal həyat fəaliyyətinin təmini,yaşayış məskənlərinin sanitar-gigiyenik təmizliyi,ətraf muhitin muhafizəsi,ehtiyatlardan səmərəli istifadə ilə baglıdı.İnsan fəaliyyəti nəticəsində əmələ gələn tullantilar murəkkəb morfoloji tərkibə malik heterogen qarişiqdan ibarət olur ki,bu da onlarin idarə olunmasini çətinləşdirir. Bu problemin həllində birinci novbədə duran məsələ tullantilarin çeşidlənməsi ,yigimi və kənarlaşdirilmasinin optimal sisteminin yaradilmasi ilə baglıdı.Tullantilarin yarandigi yerdə toplanması muhitin ciddi şəkildə çirklənməsinə səbəb ola bilər.Digər tərəfdən tullantilarin zibilxanalarda baximsiz və həddən artiq toplanmasi da yol verilməzdi.Buna gorə də onlarin sənaye miqyasinda emali və zərərsizləşdirilməsi hazirki dovrdə daha aktual məsələyə çevrilir.Bu məsələnin həlli bərk tullantilarin zərərsizləşdirilməsi,ləğvi,utilizasiyası kimi prosesləri özundə birləşdirən sənaye emalı tələb edir.Dunyada il ərzində torpaqlarin şumlanması,tikinti və başqa işlərin gorulməsi nəticəsində 4000 km3 torpaq daşinir.Muəyyən edilib ki,ətraf muhitdə tullantilarin miqdari eksponensial qanun uzrə artır.Bu zaman ətraf muhitin sənaye tullantiları,məişət zibili və digər tullantilarla çirklənməsi planetin əhalisinin sayina artmasina nəzərən daha surətlə baş verir.Dunyadaki demoqrafik vəziyyət gostərir ki,ekoloji bohran getdikcə dərinləşir.Buna səbəb olan faktorlardan biri də zibil bohranidi.Tullanti movcud texnologiya çərçivəsində yararsiz olan və ya məişətdədə əmələ gələn maddə və onlarin birləşmələrindən ibarət olur.Lakin nəzərdə tutmaq lazımdı ki,insan fəaliyyəti nəticəsində əmələ gələn butun məhsul və materiallar potensial tullanti hesab oluna bilər və onlar ətraf muhitə daha çox zərər yetirir.Məsələn,sadəcə maşın təkəri işlədildikdə ətraf muhitə daha çox zərər vurur,nəinki o zibilxanaya atildiqda.

Bir çox ölkələrdə təhlükəli tullantılar azalmışdır.Lakin, bəzi olkələrdə artım hələ də qalmaqdadı.Araşdırıb əldə etdiyim məlumata gorə 1990-cı illərin sənaye tullantılarının həcmi indiki hala baxdiqda az olub.Tullantılar bütün Avropa ölkələri üçün problem yaradır.Təəssüf ki, tullantıların mövcud olmaması və tam və etibarlı qiymətləndirmə aparmaq müqayisəsi həmişə mumkun deyil.Nəticədə yığılmış tullantılar iqtisadiyyatın bütün sahələri uçun qaçılmazdı.Ətraf mühitə,, resurslara və insan sağlamlığına tullantıların təsiri, onların keyfiyyət və xarakterindən asılıdır.Ekoloji cəhətdən həqiqətən tullantiların atmosferə,suya və torpaga atılması təbiətə və insan saglamlıgına pis təsir edir.Tullantı anlayışı insanlara hələ də qaranlıq qalan məsələdi.Yəni əhali hələ də anlaya bilmir ki,bu qlobal problemlərdən biridi və hər hansı bir tədbir gorulməsə,gələcəkdə çox ciddi problemlərə gətirib çıxaracaq.Onuda demək istəyirəm ki,insanlar hələ də, demək olar ki əhalinin 90% i hər gun atdiqları zibil haqqında heç bir anlayışları yoxdu.Ozu ozluyundə bu da ciddi problem sayılır.Ona gorə tez bir zamanda tədbirlər həyata keçirtmək lazımdı. Əlbəttə burda yalniz əhali yox ,həm də dovlət də əlindən gələni əsirgəməməlidi.Dovlətin bu cur tədbirlərə ciddi yanaşması əlbəttə əsas faktor sayılır.Yəni dovlət istəsə insanları maarifləndirmə yolunda muxtəlif tədbirlər həyata keçirə bilər.

Tullantıları idarə etmək uçun ilk novbədə yuxarıda işlətdiyim proseslər aparilmalıdı.Təbii ki,tullantıların toplanması sadə gorunsə də,boyuk problemlərdəndir.Zibil maşınları uçun bunu etmək yəni zibilləri yiğmaq çox sadə prosesdi.Lakin əhalinin zibilləri çeşidləmədən qarışıq şəkildə gətirib zibil konteynerlərinə atması tullantıların toplanmasından sonrakı mərhələni çətinləşdirir.Belə olan halda əlbəttə ilk novbədə tullantıların toplanması prosesindən həll yolunu tapmaq lazımdı.Əhali arasında maarifləndirmə işləri aparılmalıdı və bu proses elə aparılmalıdı ki,insanların buna oz meylləri olsun.Tullantılarla bağlı problem həmişə gundəmdədi.Əhalidən savayı sənayedə alinan məhsulların tullantıları da nəzərə alınmalıdı ki,bu da tullantı mənbələrindən sayılır. Əlbəttə indi çalışılmalıdı ki,butun proseslər tullantısız aparılsın.Lakin hamıya məlum oldugu kimi hər hansı bir məhsulu aldıqda mutləq tullantısı da alınmalıdı.Göründüyü kimi çox ciddi bir problemlə uz-uzəyik.Ətraf muhitə atılan məişət tulantıları ayrı-ayrı bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxarır.Hətta onu da demək istəyirəm ki,belə bir ifadə var . Hər il 6 milyard əhali il ərzində 1 ton zibil tullayır.Butun bu zibilləri ust ustə yığsaq,Elbrus hundurluyundə bir dag əmələ gələr.Bu da bir daha gostərir ki,tullantıların əmələgəlmə prosesində insanların rolu əvəzedilməzdi.

Alimlər tullantılardan faydalı məhsullar əldə etmək üçün müxtəlif növ texnologiya üzərində işləyirlər. Tullantı problemi bütün inkişafda olan və inkişaf etmiş ölkələr üçün aktualdır. İlk növbədə, bu, məişət tullantılarının toplanması prosesi ilə bağlıdır.Yuxarida dediyim kimi yalniz əhali bu işin uzərinə düşməklə problemin həllini tapmaq olmaz.Bu işdə istehsalat sahələri də yaxindan iştirak etməlidi.Həmçinin onu da demək istəyirəm ki,sənayedən atılan tullantıları da itkiyə vermək olmaz.Buna misal olaraq şüşəni,kağızı,metalı və s gostərmək olar.Yəni bunları təkrar emal etməklə həm yeni məhsul aliriq, həm də tullantıdan istifadə etmiş oluruq.İnkişaf etmiş olkələrdə artıq əhali arasında maarifləndirmə işləri aparılıb.Muxtəlif zibil novləri üçün ayrı-ayrı qablar qoyulub.Bu da tullantıların yıgılmamışdan qabaq rahat şəkildə çeşidlənməsinə gətirib çıxarır.Bu sevindirici haldı.İnsanlar hər tullantı novunu oz qabına atsa ,tullantıların emalı prosesini asanlaşdırar.Buna misal olaraq bir çox inkişaf etmiş olkələri sadalaya bilərəm.Məsələn Almaniya kimi bir olkədə zibil qutuları eyni ilə bu şəkildə ayrilıb.Boz rəngdə olan qutulara kagız,karton,jurnal,qəzet atılır.Sarı rəngli qutuya şüşə,polimer,metal qablaşdırma və s.Yaşıl qutu isə qida tullantıları uçun nəzərdə tutulub.Qaldı ki bu prosesin aparılmasına yəni bu çeşidləməyə gorə insanlara pul odənilməsi daha stimul verici olardı.Həmçinin Almaniyada avtomobil təkərləri tullanmir.Onlar təmir sexlərinə verilir və yalniz bu sexlər yenidən bu şinləri ixrac etmə huququna malikdi.


Yüklə 33,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin