AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI BİZNES UNİVERSİTETİ
FAKÜLTƏ: İqtisadiyyat və idarəetmə
İXTİSAS: Maliyyə
QRUP: 636
KURS: III
KAFEDRA: İqtisadi nəzəriyyə
FƏNN: Dünya iqtisadiyyatı
REFERAT
Mövzu: Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu
Müəllim: Dadaşov İlham
Tələbə: Astanov Ruslan
Bakı-2012
Plan:
Dünya iqtisadiyyatının yaranması və formalaşması
Dünya iqtisadiyyatının mahiyyəti və inkişaf mərhələləri
Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu
Giriş
Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan - istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı - kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur. Bütün bunlar bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqtisadi inkişafın ən zəruri şərti hesab edilir. Bununla yanaşı nəzərə almaq lazımdır ki, elmi texniki tərəqqinin nailiyyətləri nəticəsində bir çox süni, kimyəvi, texniki yeniliklər bu mineral ehtiyatların əvəzlənməsinə zəmin yaradır. Son onilliklərdə bu sahədə Yaponiya, Cənubi Koreya, Sinqapur bir çox nailiyyətlər əldə etmişdir. Bütün bu ehtiyatların hesablanmasında müxtəlif metodlardan istifadə edilir: bu metodlar kəşf edilmiş, proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir. Bəzi ehtiyatlar haqqında məlumat vermək daha məqsədəuyğundur. Geoloji proqnoza görə mineral yanacağın həcmi 12.5 trln. ton təşkil edir. Bu min ilə kifayət edə bilər. Bu ehtiyatlar kömür (60%), neft və qaz (27%) və eləcə də yanar şist və torfdan ibarətdir. Yanacaq enerji ehtiyatlarında kömürün xüsusi çəkisi daha artıqdır. Dünya miqyasında daş kömürün və boz kömürün ehtiyatı 5 trln. ton (daha dəqiq 4.8 trln. ton) təşkil edir. Kömür ehtiyatı kəşfiyyatı 75 ölkədə aparılmışdır. Bunlardan ən çox kömür olan ölkə ABŞ (445 trln. ton), Çin (272 mlrd. ton), Rusiya (200 mlrd. ton), CAR (130 mlrd. ton), Almaniya (100 mlrd ton), Avstraliya (90 mlrd ton), Böyük Britaniya (50 mlrd ton), Kanada (50 mlrd ton), Hindistan (29 mlrd ton) və Polşadır (25 mlrd ton). Hazırda dünyada ildə 4.5 mlrd ton kömür çıxarılır. Dünya miqyasında kəşfi məlum olan neft ehtiyatı 90-cı illərdə 270-350 mlrd ton (proqnoza görə isə 800 mlrd ton) qiymətləndirilir. Ən çox neft ehtiyatları Səudiyyə Ərəbistanı - 25.4%, İraq - 11%, BƏƏ - 9.4%, Küveyt - 9.3%, İran - 9.1%, Venesuela - 6.8%, Rusiya - 4.8%, Çin - 2.4%, ABŞ - 2.4% (1998) kimi ölkələrdədir. İldə orta hesabla 3.0 mlrd ton neft çıxarılır. Xəzər dəniz ərazisində olan neft ehtiyatı cəmi ehtiyatların 3-4 faizindən artıq deyildir. Dünya üzrə neft və qaz çıxarılmasının 40%-ə qədəri (OPEK) neft ixrac edən ölkələrin payına düşür. Hazırda bura daxildir: Əlcəzair, Qatar, Venesuela, Küveyt, Qabon, Liviya, İndoneziya, Nigeriya, İraq, Səudiyyə Ərəbistanı, İran,BƏƏ.Bu təşkilat 1960-cı ildə yaranmışdır (İqamətgahı Vyanadadır).
Kəşf edilmiş qaz ehtiyatı 144 trln kub metr (1998) təşkil edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələrdədir: Rusiya-39.2%, Qərbi Asiya -32,Şimali Afrika-6.9%, Latın Amerikası-5.1%, Şimali Amerika-4.9%, Qərbi Avropa-3.8%. 1998-ci ilin əvvəlinə qaz ehtiyatının həcmi Rusiyada 47600 mlrd. m3, İranda 21200, ABŞ-da 4654, Əlcəzairdə 3424, Türkmənistanda 2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda 1668, Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m3 təşkil edir. Hazırda ildə 2.2 trln m3 qaz çıxarılır. Deməli təbii qaz ehtiyatı 71 ilə kifayət edə bilər. Hidroenergetika mineral ehtiyatları faydalı qazıntı hesab edilməsə də böyük təbii sərvət olmaqla təbii yanacaq ehtiyatları ilə bir sırada dayanır. Dünya üzrə hidroenergetika ehtiyatı 9.7-9.8 trln kvt. saatdır.
Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə 600 mlrd. tona bərabərdir. Ən çox dəmir filizi yataqları Braziliya, Avstraliya, Kanada, Rusiya, Çin, ABŞ, Hindistan və İsveçdədir. İldə 0.9-1 mlrd. ton dəmir filizi çıxarılır. Bu xammalın ehtiyatı 250 ilə kifayət edər. Ən böyük boksid yataqları Avstraliya, Qvineya, Braziliya, Venesuelada və Yamaykadadır. Boksit çıxarılması ildə 800 mln. ton təşkil edir. Mis filizinin geoloji ehtiyatları 860 mln ton kəşfi məlum olan isə 450 mln tona bərabərdir. (Əsasən Hindistan, Zimbabve, Zambiya, Konqo, ABŞ, Rusiya, Kanada nəzərdə tutulur). İldə 8 mln ton çıxarılır.
Yer kürəsinin səthi 510 mln kvadrat km. təşkil edir. Bunun 149 mln kvadrat kilometri quru sahə, 361 mln kvadrat km-i isə dəniz və dəryalardır. Ümumi quru sahədən Arktika və Antarktikanın buzlu sahələrini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln kvadrat km təşkil edir. Torpaq sahəsinin 11%-i becərilən torpaq, 23%-i çəmənlik və biçənəklər, 33%-i az məhsuldar torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası, nəqliyyat xətləri və s. ibarətdir. Hazırda cəmi kənd təsərrüfatına yararlı torpaq sahəsi 48.1 mln kvadrat km (4810 mln hektar)-dir. Bunun da 1340 mln hektarı becərilən (əkin) torpaq sahəsi, 3365 mln hektar isə çəmənlik və otlaqlardan ibarətdir. Cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi çəkisi - Hindistanda 57.1%, Polşada 46.9%, İtaliyada 40.3%, Fransada 35.3%, Almaniyada 33.9%, ABŞ-da 19.6%, Çində 10.3%, Rusiyada 7.8%, Avstraliyada 6%, Kanadada 4.9%, Misirdə 2.8%-dir. Azərbaycanın ümumi torpaq sahəsi 8700 min hektardır. Bundan 4 mln hektarı kənd təssərrüfatına yararlı torpaq sahəsidir. Bunun da 32%-i əkin yeridir, 2 mln hektarı otlaqlardır. Dünyada ildə orta hesabla 6-7 mln hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi erroziyaya uğrayır. 1.5 mln hektaradək şorlaşmaya məruz qalıb. Sənaye və nəqliyyat tikintisi altında da xeyli torpaq qalaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır.
Cəmi su ehtiyatı 1386 mln km3-dir. Su ehtiyatının 95.5%-i duzlu sudur, yalnız 2.5% içməli sudur. İçməli suyun əsasını çaylar təşkil edir - 47 min km3. Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edilən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahələrinin, 6%-i kommunal təsərrüfatı və su anbarlarının payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviyyəsi Misirdə 97.1%, İsraildə 84.4%, Ukraynada 40%, İtaliyada 33.7%, Almaniyada 27.1%, Polşada 21.9%, ABŞ-da 18.9%, Türkiyədə 17.3%, Rusiyada 2.7%-dir. Dünya üzrə olan meşə örtüyü 40.1 mln km2-dirSon 200 ildə meşə sahəsi 2 dəfə azalmışdır.
Dostları ilə paylaş: |