Referat qrup: 61 kurs: TƏLƏBƏ: Həsənova Fidan FƏNN: Mülki hüquq MÜƏLLİM: İsmayılova Nüşabə


FİZİKİ ŞƏXSİN MÜLKİ HÜQUQ QABİLİYYƏTİ



Yüklə 20,5 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü20,5 Kb.
#40076
növüReferat
1   2
FİZİKİ ŞƏXSİN MÜLKİ HÜQUQ QABİLİYYƏTİ

FİZİKİ ŞƏXSİN MÜLKİ HÜQUQ QABİLİYYƏTİ.

FƏALİYYƏT QABİLİYYƏTİNİN MƏHDUDLAŞDIRILMASI HALLARI

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti isə şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur.

On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

Fiziki şəxslərdən başqa digər bir qrup da hüquqi şəxslərdir. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.  Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Publik hüquqi şəxslərin fəaliyyəti Mülki Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 

Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.

Sahibkarlıq hüquq münasibətlərinin tərəfləri isə həmişə ümumi deyil, konkret şəxslər olurlar. Fərdi sahibkar – öz riskinə, şəxsi əmlak məsuliyyəti əsasında və müstəqil olaraq sahibkarlıq fəaliyyətini gerçəkləşdirən və bu məqsədlə qanunla müəyyənləşdirilən qaydada qeydə alınmış fəaliyyət qabiliyyətli fiziki şəxsdir. Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının zəruri şərtləri onun fəaliyyət qabiliyyətliliyi və fərdi sahibkar kimi vergi orqanlarında dövlət qeydiyyatına alınmasıdır. Fiziki şəxs qanunun tələblərinə əsasən 18 yaşına çatdıqda tam həcmdə mülki hüquqi fəaliyyət qabiliyyətinə, yəni öz hərəkətləri ilə mülki hüquqları əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətinə malik olur. Bu barədə hüquqşünas Cəmil Şirvanob bildirib: “Fiziki şəxslər  mülki hüquq münasibətlərinin subyektləridirlər. “Bunun üçün onların qanunla müəyyən edilən keyfiyyətlərə malik olması gərəkdir ki, bundan ötrü də özündə bir neçə elementi birləşdirməsidir. Bu keyfiyyətlərin ən əsası isə mülki hüquq qabiliyyətidir. Roma hüququnda “hüquq qabiliyyətinə” “caput” deyilirdi.İlk dəfə onun anlayışı 1804-cü il Napaleon Məcəlləsində formulə edilib. AR Mülki Məcəllənin 25.1-ci maddəsi də bu anlayışa həsr edilib. Mülki hüquq qabiliyyəti fiziki şəxsin mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq qabiliyyəti başa düşülür.  Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğumu ilə əmələ gəlir, ölümü ilə xətm olunur.  Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Mülki hüquq qabiliyyətinə sahib olan fiziki şəxs yalnız qanunda nəzərdə tutulmuş mülki hüquqlara malikdir və bu hüquqlar dövlət tərəfindən tanınması ümumi, mücərrəd imkandır. Dövlət bütün fiziki şəxslərin hüquq qabiliyyətinin müdafiəsinə təminat verir.  Fiziki şəxsin hüquq qabiliyyətinə və fəaliyyət qabiliyyətinə yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət qoyula bilər.  Mülki hüquq qabiliyyəti ayrılmaz və özgəninkiləşdirilməz xarakterə malikdir. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq və fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəlik əqdlər əhəmiyyətsiz sayılır. Fiziki şəxsin hüquq qabiliyyəti spirtli içki içdikdə, narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə zamanı məhkəmə tərəfindən məhdudlaşdırılır və ona himayəçilik təyin edilir. Bu əsaslar aradan qaldırıldıqda isə məhkəmə fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir, himayəçiliyi də ləğv edir”. 

Onun sözlərinə görə, bu imkanlara əmlak üzərində mülkiyyət hüququna malik olmaq qabiliyyəti, əqli mülkiyyət hüququna malik olma qabiliyyəti, vərəsəlik, sahibkarlıq, qanunvericilikdə nəzərdə tutulmuş əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmayan, amma ona zidd olmayan əqdlər bağlamaq qabiliyyəti, qeyri- maddi nemətlərə malik olmaq qabiliyyəti aiddir. “Mülki hüquq qabiliyyətindən fərqli olaraq nisbətən daha kiçik anlayış olan, onun xələfi olan mülki fəaliyyət qabiliyyəti fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti başa düşülür. Mülki fəaliyyət qabiliyyəti dövlət tərəfindən fiziki şəxslərə mülki hüquq normaları vasitəsilə verilmiş hüquqi imkandır. Bu isə fiziki şəxsin yaşından, onun ruhi-psixi vəziyyətindən asılıdır. Mülki fəaliyyət qabiliyyəti fiziki şəxs tərəfindən iradəvi, şüurlu, düşünülmüş və dərk edilmişhərəkətlər edilməsi ilə bağlıdır. Mülki fəaliyyət qabiliyyətinin elementləri əqdlər bağlamaq, əldə edilmiş mülki hüquqları həyata keçirmək və yaranmış mülki vəzifələri icra etmək, delikt qabiliyyəti, sahibkarlıq fəaliyyəti ilə məşğul olma imkanı və s.”

İqtisadçı Səbinə Məmmədli bildirib ki, Mülki Məcəllənin  28.4-cü maddəsində istisnalar müəyyən edilib. Belə ki, həmin dispozitiv normaya əsasən, on altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır.  

O bildirib: “Lakin nəzərə almaq lazımdır ki, kiçik sahibkarlar təkcə fiziki şəxslərdən ibarət deyildir. «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbayjan Respublikasının 1999-ju il 4 iyun tarixli qanununun 3-cü maddəsinə əsasən işçilərinin orta siyahı sayı (mövsümi işçilər nəzərə alınmadan) sənaye, nəqliyyat və tikintidə – 50 nəfərədək, kənd təsərrüfatında və elmi-texniki sahədə – 30 nəfərədək, ticarət, xidmət, informasiya və digər sahələrdə – 25 nəfərədək olan hüquqi şəxslər kiçik sahibkarlıq subyektlərinə aiddirlər. Bir neçə fəaliyyət növü ilə məşğul olan kiçik sahibkarlıq subyektləri rüblük dövriyyədə daha yüksək xüsusi çəkiyə malik olan fəaliyyət növü üzrə kiçik sahibkarlıq subyektinə aid edilirlər. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur (MM-in 31.2-ci maddəsi). Sahibkarlıq fəaliyyəti sahəsində aparıcı mövqeyi hüquqi şəxslər tuturlar”

Iqtisadçi hüquqi şəxs anlayışına da aydınlıq gətirib.  Hüquqi şəxslərin anlayışı, əsas cəhətləri və statusu Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilir. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.

İqtisadçı bildirib ki, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Bunlar Mülki Məcəllənin 43-cü maddəsi ilə tənzimlənir. 

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.

On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya).

Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün məsuliyyət daşımırlar.

On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır.

Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər.

Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin; çıxarılmışdır; xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır.

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar

Yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər.

Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.


NƏTİCƏ

Fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq fəaliyyəti və ya başqa fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər orqanın aktının etibarsızlığına səbəb olur.

Fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.

Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər.

Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.

ƏDƏBİYYAT

1. AR Konstitusiyası. B.2009

2. Mülki hüquq Dərslik. S.Allahverdiyev. B.2011

3. AR Mülki Məcəlləsi.B.2009



4. AR Mülki prosesual məcəlləsi.B.2009
Yüklə 20,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin