Respublika dövlət büdcəsinin xərc (məxaric) istiqamətləri
Azərbaycan Respublikasının dövlət və idarəetmə aparatının saxlanması, elm xərcləri, müdafiə xərcləri, hüquq-mühafizə orqanlarının xərcləri, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat xərcləri, mədəniyyət, incəsənət, idman, mənzil-kommunal xərcləri, dövlət investisiya xərcləri. Iqtisadi fəaliyyətlə bağlı olan xərclər, beynəlxalq təşkitlatlara üzvlük haqqı, dövlətin xarici borcları üzrə xərclər, banklarla hesablaşma xərcləri, ekologiya ilə bağlı xərclər və s.
Dövlət büdcəsinin xərcləri mərkəzləşdirilmiş və yerli xərclərə bölünür. Onlar Respublika dövlət büdcəsi haqqında qanun müzakirə və təsdiq olunarkən müəyyənləşdirilir.
Dövlət büdcəsinin gəlir və xərc hissəsinin tarazlı (mütənasib) olması hər bir ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir göstərir. Lakin büdcə kəsiri ölkədə maliyyə hadisəsi kimi labüddür və bir sıra səbəblər nəticəsində meydana çıxır. Dünyanın bütün ölkələrində pul vəsaitlərinin normal hərəkəti və istifadə olunması zamanı büdcənin gəlir və xərc hissələri arasında nisbət pozula bilir və büdcə kəsiri yaranır.
Bəzi hallarda büdcənin formalaşması prosesində gəlirin xərclərdən artıqlığı vəziyyətinə də rast gəlinir. Belə artıqlıq dövlətin xəzinəsinin daha da artmasına təsir göstərir. Bu halda həmin büdcə profisitli büdcə adlanır. Məsələn, Azərbaycan Respublikasının 2006-cı il üçün dövlət büdcəsi gəlirləri - 3868,8 milyon manat, xərcləri 3790,1 milyon manat olmuşdur. Beləliklə, büdcə profisiti 91,9 milyon manat təşkil etmişdir.
Dostları ilə paylaş: |