Dövlət borclanması
Dövlət borclanmasının səbəbləri bunlardır:
Müharibələrin, təbii fəlakətlərlə əlaqədar xərclərin maliyyələşdirilməsi;
İnvestisiyaların maliyyələşdirilməsi;
Büdcə tarazlığının təmin olunmaması;
Əvvəlki borcları qaytarmaq üçün borclanma.
Dövlət borcları müddət, mənbə, məcburiyyət əlamətlərinə görə təsnifləşdirilir.
Müddət əlamətlərinə görə dövlət borcları uzunmüddətli və qısamüddətli borclara bölünür. Belə borclara investisiyaların maliyyələşdirilməsi üçün kredit və kapital bazarlarından götürülən borclardır. Dövlət uzunmüddətli borclar almaqla uzunmüddətli dövlət istiqrazları buraxır. Qısamüddətli borclar əsasən xəzinənin cari ehtiyacını ödəmək məqsədilə alınır.
Dövlət borclarının mənbəyinin bir hissəsini daxili maliyyə bazarlarından dövlət istiqrazları və qiymətli kağızların alqı-satqısı hesabına yaranan daxili borc təşkil edir. Bu borcları milli pul vahidi ilə asanlıqla ödəmək mümkündür. Bununla yanaşı daxili borcların mənbəyinə dövlətin əhaliyə (əmək haqqı), müəssisə və təşkilatlara, təqaüdçülərə, sosial müdafiəyə, kompensasiya məqsədlərinə və s. maliyyə borcları da daxildir. subsidiya, dotasiya və bələdiyyə istiqrazlarının satışından əldə olunan pul vəsaitləri əsasında formalaşır.
Yerli vergilər bir neçə qrupa bölünür. Birinci qrup vergilər bütün Dövlətin daxili borclarının yaranması və daha da artması ölkə iqtisadiyyatında mövcud sosial-iqtisadi çətinliklərə səbəb olur. Xüsusilə, bu proses ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsinə ciddi təsir göstərir.
Daxili bazardan borc almaq imkanı olmadıqda dövlət xarici mənbələrdən borc almaq məcburiyyətində qalır. Xarici mənbələrdən borc, qiymətli kağızların satışı və ya birbaşa borc alınması yolu ilə əldə edilir. Həmin qiymətli kağızlar xarici ölkələrin valyutalarına uyğun olaraq buraxılır.
Xarici dövlət borcları aşağıdakı mənbələrdən əldə edilir:
xarici dövlətlərdən;
xarici dövlətlərin banklarından;
xarici dövlətlərin müəssisə və vətəndaşlarından;
beynəlxalq maliyyə-kredit təşkilatlarından.
Xarici borclanma kimi alınan kreditlərin əsas formaları bunlardır: investisiya, ixracat kreditləri və tədiyyə balanslarının tənzimlənməsi üçün verilən kreditlər. Xarici dövlət borcunda normal hal borcların və faizlərin vaxtında ödənilməsi hesab olunur.
Dövlət borclarının idarə olunmasında mühüm cəhətlərdən biri də dövlət borclarının möhkəmləndirilməsi və borcların əvəz olunması əməliyyatlarıdır. Dövlət borclarının möhkəmləndirilməsi dedikdə borc məsrəflərinin azaldılması başa düşülür. Bunun üçün qısa və uzunmüddətli borcların uzunmüddətli və davamlı borclara çevrilməsi tədbirləri həyata keçirilir. Məqsəd borcun əsas məbləğlərinin ödəmə müddətini uzatmaq və borc məsrəflərinin məbləğlərini azaltmaqdır. Dövlət borclarının əvəz olunması əməliyyatlarının əsasını əsas məbləği eyni olan köhnə borcların aşağı yeni borclarla əvəz edilməsi durur. Dövlət borcları alternativsiz. Könüllü və məcburi formalarda həyata keçirilir.
Borcların alternativsiz əvəzetmə formasında yüksək faizli qiymətli kağızın sahibi onun əvəzində aşağı faizli yeni qiymətli kağızlar qəbul etməlidir. Könüllü əvəzetmə zamanı qiymətli kağız sahibi köhnə qiymətli kağızları saxlamaq və ya onu eyni borc məbləği dəyərinə daha aşağı faizli yeni qiymətli kağızlarla dəyişmək imkanına malikdir.
Dövlət borclarının məcburi əvəz edilməsi zamanı qiymətli kağız sahiblərinə birbaşa deyil, dolayı təzyiq göstərilir, dəyişiklik haqqında xəbərdarlıq edilir.
Maliyyə sistemində dövlət büdcəsi ilə yanaşı büdcədənkənar xüsusi məqsədli fondlar fəaliyyət göstərir. Bu fondlar sosial-iqtisadi xarakter daşıyır və ciddi məqsədli təyinata malikdir. Büdcədənkənar fondların başlıca məqsədi əhaliyə sosial xidmət göstərilməsi, infrastruktur sahələrinin inkişafına təkan verilməsi və həvəsləndirilməsi, iqtisadiyyatın aparıcı sahələrinin intensiv fəaliyyətinə əlavə yardım göstərilməsi, yardımçı ehtiyat fondunun yaradılması və s. ibarətdir.
Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı büdcədənkənar xüsusi dövlət fondları fəaliyyət göstərir: Dövlət Yol Fondu, Sahibkarlığa Kömək Milli Fondu, Neft Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondu, Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu. Azərbaycan Respublikasının 6 mart 1996-cı il tarixli qanununa əsasən büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar Azərbğaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində baş dövlət Xəzinədarlıq idarəsində cəmləşdirilmişdir. Büdcədənkənar dövlət fondlarının gəlirləri müəssisə, idarə və təşkilatların məcburi tədiyyələri (ödənişlər) hesabına formalaşır.
Bunlarla yanaşı, respublikada əhalinin sosial müdafiəsi, sosial təminat, pensiya, məşğulluq, əlillərin sosial müdafiəsi üzrə büdcədənkənar fondlar da fəaliyyət göstərir ki, onlar dövlət büdcəsinin xərclərinin bir hissəsi hesabına formalaşır.
Dostları ilə paylaş: |