Sosial təminat hüququ
Sosial təminat hüququ onu ifadə edir ki, özünü saxlamaq imkanından məhrum olmuş, yaxud başqalarına nisbətən cəmiyyətdə daha çox sosial müdafıəyə ehtiyacı olan şəxsin öz yaşayışını təmin etmək üçün dövlətdən müəyyən məbləğ əldə etmək haqqı vardır. Bu zaman fərdə əvəzsiz olaraq müəyyən məbləğdə pul vəsaiti və digər güzəştlər verilir. Sosial təminat dövlətin maddi ehtiyatları hesabına təmin edilir. Bir qayda olaraq, dövlət büdcəsində yığılan və sosial məqsədbr üçün ayrılan pulun bir hissəsi sosial təminat üçün xərcbnir. Sosial təminat vəsaitbri toplanan qurum - Dövlət Sosial Müdafıə Fondu dövlətin tabeçiliyində olan maliyyə orqanıdır və o, aztəminatlı təbəqəbrin sosial təminatı ilə bağlı məcburi dövlət sosial sığortası üçün ayrılmış ödəmələrmyığılması və maliyyələşdirilməsi ilə məşğuldur.
Sosial təminatlar pensiya, müavinət formasmda müntəzəm olaraq qanunla qoyulmuş myddətdə ödənilməlidir. Konstitusiya sosial təminat sistemindən yararlanmaq üçün hüquqi faktları da müəyyən edir. Buraya müəyyən yaş həddinə çatma, xəstəlik, əlillik, ailə başçısını itirmə, əmək qabiliyyətini itirmə, işsizlik və s. hallar aiddir. 1998-ciildən pensiyaya çıxmaq üçün yaş həddi artırılmışdır və hazırda kişibr üçün əmək pensiyasına çıxmaq yaşı 67, qadınlar üçün isə 57-dir. Ailə başçısmı itirməsinə görə ailənin yetkinlik yaşına çatmamış üzvlərinin hər birinə pensiyanın minimum məbləğindən az olmayaraq pensiya təyin olunur.
Qanunvericilikdə müəyyən səbəbdən əlil olmuş şəxsbləə dövlət təqaüdünün təyin olunması və ödənilməsi qaydaları nəzərdə tutulur. Əlillərin dövlət tərəfindən müdafıəsi üçün digər vasitələr də vardır. Ehtiyacı olan əlillərin xüsusi məktəblərdə təhsili, onların müvafıq işlə təmin edilməsi əlavə sosial müdafıə tədbirləri kimi nəzərdə tutulmuşdur. Bunların sırasında vətənin müdafıəsi zamanı xəsarət almış əlillərin, o cümlədən şəhid olmuş döyüşçülərin ailə üzvlərinin sosial müdafıə tədbirləri daha geniş və təminatlıdır.
İşsizlik də sosial təminat sisteminə qoşulmaq üçün əsasdır. İşsiz qalmış vətəndaşlra dövlət maliyyə imkanları çərçivəsində işsizlik müavinəti ödəməklə onların sosial müdafiə məsələlərini qismən də olsa həll edir.
Pensiyalar, adətən, əmək və sosial pensiyalar olmaqla iki növə aynlır. Əmək pensiyası müəyyən yaş həddinə çatdıqda və müəyyən iş stajı olduqda ödənilir. Sosial pensiyalar isə stajdan və işləməkdən asılı olmadan, yuxarıda sadalanan hallardan hər hansı biri olduqda tətbiq edilir. Əmək və sosial pensiya təminatı hazırda qüvvədə olan «Vətəndaşlarm pensiya təminatı haqqmda» Qanunla, hərbiçilərə pensiyanın verilməsi isə «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunla tənzimlənir.
Sağlamlığın qorunması və sağlam ətraf mühitdə yaşamaq hüququ, Mədəniyyət və yaradıcılıq azadlığı
Dostları ilə paylaş: |