Mədəniyyət və yaradıcılıq azadlığı
Bu hüquq fərdin mədəni-mənəvi təbbatlarının ödənilməsində ən əsas rol oynayan hüquqdur. Mədəniyyət bəzən bəşəriyyətin yaratdığı maddi-mənəvi sərvətlərin, dəyərlərin məcmusu kimi qəbul olunur. Göründüyü kimi, bu anlayış o dərəcədə ümumidir ki, başqa hüquq və azadlıqlarm predmetinə daxil olan bir çox davranışları belə, dolayı yolla mədəniyyət hüququ ilə əlaqələndirmək olar. Elə bu anlayış çərçivəsində də siyasi mədəniyyət, seçki mədəniyyəti və s. mədəniyyət növləri fərqləndirilir. Başlıcası isə mədəniyyət maddi və mənəvi mədəniyyət olmaqla iki hissəyə bölünür. Buraya xalqın memarlıq əsərlərindən tutmuş, çoxəsrlik adətlər əsasında formalaşan əxlaqa qədər bir-biri ilə heç də bağlı olmayan bir çox kateqoriyalar aiddir. İnsanm hər hansı fəaliyyətlə məşğul olması elə bu səbəbdən həm bu hüququn, həm də digər hüququn təsiri altına düşə bilər. Məsələn, incəsənət əsəri yaradan şəxs həm yaradıcılıq hüququnu realizə edir, həm də mədəni 46 həyatda iştirak edir. Bu hüquqa insanın hər hansı muzeyə gedib, sadəcə, eksponatları seyr etməkdən tutmuş (mədəni sərvətbrdən şəxsin estetik zövq alması), özünü müəyyən mədəniyyətə aid bilib, həmin mədəniyyətə uyğun həyat tərzi keçirməsinə qədər bir-birindən çox fərqbnən mürəkkəb davranış kompleksbri daxildir. 6 fevral 1999-cu il tarixli «Mədəniyyət haqqında» Azərbaycan Respublikasının Qanunu mədəniyyət fəaliyyətini qismən dəqiqləşdirir. Burada göstərilir ki, muzey, ədəbiyyat, tətbiqi və yaradıcı sənət, kinematoqrafıya, teatr, musiqi, kitabxana, mədəni-maarifbndirici, memarlıq-dizayn və s. fəaliyyət növləri mədəni fəaliyyətə aid edilir. Mədəni fəaliyyətin bütün növbri qanunvericiliklə eyni qaydada tənzimlənmir və onlar üçün eyni şərtlər qoyulmur. Məsələn, qanunvericiliyə görə memarlıq sənəti ilə məşğul olmaq üçün xüsusi icazə tələb olunduğu halda, incəsənət əsərbri yaratmaq, rəssamlıqla məşğul olmaq üçün heç bir icazə tələb olunmur.
Dövlət bütün vətəndaşların mədəni dəyərlərdən istifadəsi üçün bərabər imkanlar təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaş üçün tarixi və mədəni irsə hörmətlə yanaşmağı, onu qorumağı vəzifə kimi müəyyən edir. Mədəni dəyərlərə bir çox yaradıcılıq məhsulları - teleradio məhsulları, fotoşəkilbr, nadir nəşrlər, tarixi-elmi abidəbr, kolleksiyalar, tətbiqi sənət məhsulları, qiymətli metallardan hazırlanan məmulatlar, şifahi və xalq yaradıcılığı nümunələri, təbii landşaft obyektləri, muzeylər və s. daxildir.
Yaradıcıhq hər bir fərdin az-çox dərəcədə malik olduğu və yalnız insana məxsus olan bir xüsusiyyətdir. Yaradıcılıq şəxsin elə intellektual-psixoloji keyfıyyətidir ki, bu zaman yeni bir şey yaradılır, fərdin şəxsi keyfiyyətlərini üzə çıxarır. Yaradıcılıq əsərbri yenilikçi, insanların zövqünü oxşayan, yüksək bədii dəyərə malik olmalıdır. Konstitusiyada ədəbi-bədii və elmi-texniki yaradıcılıq növləri göstərilir. Bölgü şərtidir, lakin ümumən qəbul olunmuş bölgüdür. Ədəbibədii yaradıcılıq daha çox insanların estetik zövqünü oxşamaq, onların estetik tərbiyəsini artırmaq məqsədilə yaradılır və burada fərdiliyi daha çox qabardan bədii ifadə vasitələrindən istifadə olunur. Elmi-texniki yaradıcılıq isə tədqiqatlara, ciddi elmi məntiqə əsaslanır.
Təhsil hüququ, Mənzil hüququ, Azad sahibkarlıq hüququ
Dostları ilə paylaş: |