RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni



Yüklə 322,35 Kb.
səhifə6/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   130
Qanunlar — копия

təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
İKİNCİ BÖLMƏ
ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR
I I I f ə s i l

ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI


M a d d ə 2 4 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi I.
İnsan ləyaqəti qorunur və ona hörmət edilir.
II. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. III.
Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
M a d d ə 2 5 . Bərabərlik hüququ

  1. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

  2. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

  3. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

  4. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

  5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

  6. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

M a d d ə 2 6 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi

  1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

  2. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

M a d d ə 2 7 . Yaşamaq hüququ I.


Hər kəsin yaşamaq hüququ vardır.


  1. Yüklə 322,35 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin