RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm



Yüklə 322,35 Kb.
səhifə11/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   130
Qanunlar — копия

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

  • Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

  • Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

  • Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

  • Dövlət minimum təhsil standartlarını müəyyən edir.

    M a d d ə 4 3 . Mənzil hüququ

    1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

    2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

    M a d d ə 4 4 . Milli mənsubiyyət hüququ
    I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
    M a d d ə 4 5 . Ana dilindən istifadə hüququ

    1. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

    2. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. M a d d ə 4 6 . Şərəf və ləyaqətin müdafiəsi hüququ I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

    1. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

    2. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

    M a d d ə 4 7 . Fikir və söz azadlığı

    1. Hər kəsin fikir və söz azadlığı vardır.

    2. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.


    3. Yüklə 322,35 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   ...   130




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin