RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi



Yüklə 322,35 Kb.
səhifə19/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   130
Qanunlar — копия

Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi I. Azərbaycan
Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

      1. seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

      2. Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

      3. cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

      4. dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla); 5) özü imtina etdikdə;

  1. bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

  2. deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.
M a d d ə 9 0 . Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı

  1. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

  2. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

M a d d ə 9 1 . Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
M a d d ə 9 2 . Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili
Azərbaycan Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır.
M a d d ə 9 3 . Azərbaycan Respublikası Milli Məclisinin aktları

  1. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.

  2. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.

  3. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.

  4. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyətiməhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.

M a d d ə 9 4 . Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar I.
Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

  1. bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;


  2. Yüklə 322,35 Kb.

    Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin