RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


İşsizlərin dövlətdən sosial müavinət



Yüklə 322,35 Kb.
səhifə10/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   130
Qanunlar — копия

İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.

  • Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

    M a d d ə 3 6 . Tətil hüququ

    1. Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.

    2. Əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər.

    3. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. IV. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.

    M a d d ə 3 7 . İstirahət hüququ

    1. Hər kəsin istirahət hüququ vardır.

    2. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

    M a d d ə 3 8 . Sosial təminat hüququ

    1. Hər kəsin sosial təminat hüququ vardır.

    2. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.

    3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

    4. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.

    5. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.

    M a d d ə 3 9 . Sağlam ətraf mühitdə yaşamaq hüququ

    1. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

    2. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

    3. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

    4. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərinvəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.

    M a d d ə 4 0 . Mədəniyyət hüququ

    1. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

    2. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

    M a d d ə 4 1 . Sağlamlığın qorunması hüququ


    1. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

    2. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

    3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

    M a d d ə 4 2 . Təhsil hüququ


    1. Yüklə 322,35 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   6   7   8   9   10   11   12   13   ...   130




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin