RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


Konstitusiyaya aid bəzi qısa konspektlər



Yüklə 322,35 Kb.
səhifə40/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   130
Qanunlar — копия

Konstitusiyaya aid bəzi qısa konspektlər


Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
Hər kəsin Dövlət hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Hər kəsin yaşamaq hüququ vardır.
Hər kəsin azadlıq hüququ vardır.
Hər kəsin mülkiyyət hüququ vardır.
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
Hər kəsin əqli mülkiyyət hüququ vardır.
Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.
Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.
Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
Hər kəsin mənzil toxunulmazlığı hüququ vardırqanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət
və iş yeri seçmək hüququ vardır.
Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır
Hər kəsin istirahət hüququ vardır.
Hər kəsin sosial təminat hüququ vardır.
Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.
Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır
Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
Hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır.
Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Hər kəsin fikir və söz azadlığı vardır.
Hər kəsin vicdan azadlığı vardır.
Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.
Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya
mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
Hər kəsin yaradıcılıq azadlığı vardır.
Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.
Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır.
Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.
Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.
üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

HEÇ KƏS


Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
Heç kəs zorla işlədilə bilməz.
Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.
Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
Heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz.

Hər bir şəxs


Hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Cinayət törədilməsində təqsirləndirilən
hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.
Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
Tarix və mədəniyyət abidələrini qorumaq
hər bir şəxsin borcudur. Ətraf mühitin qorunması
hər bir şəxsin borcudur.

Dövlət qulluğu haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I f ə s i l

Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin