RəŞad müseyibov 051 920 93 94 tovuz dqhm


digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər



Yüklə 322,35 Kb.
səhifə58/130
tarix06.12.2022
ölçüsü322,35 Kb.
#72575
növüQaydalar
1   ...   54   55   56   57   58   59   60   61   ...   130
Qanunlar — копия

digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.
Maddə 29. İnzibati vəzifələrin tutulması
29.1. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.
29.2. Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər) və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.329.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. Birinci-beşinci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər.
Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.
Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında (bu maddənin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçusu isə digər müvafiq icra hakimiyyəti orqanında(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər)) tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.
Müvafiq icra hakimiyyəti orqanında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
29.3. Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər) istisna olmaqla) inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir.
Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər)) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər. Müsahibə bu Qanunun 29.4-29.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.
Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir.
29.4. Bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (DİM) tərəfindən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir.
Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur.
29.5. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.

Yüklə 322,35 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin