Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.
I V f ə s i l
YEKUN MÜDDƏALAR M a d d ə 3 4 . Dövlət qulluğu keçmənin digər məsələləri
Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
M a d d ə 3 5 . Qanunun qüvvəyə minməsi
Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir. Qəbul edilib : 21 iyul 2000-ci il
Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Q AYD AL AR I
Qulluq stajı (il)
Aylıq vəzifə maaşına əlavə haqq (faizlə)
1 ildən – 5 ilədək
5
5 ildən – 10 ilədək
10
10 ildən – 15 ilədək
20
15 ildən yuxarı
30
Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir.