Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə243/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   238   239   240   241   242   243   244   245   246
elmi-eserler-2022-2-cap

TƏQDĠM
OLUNAN
MƏQALƏLƏRƏ
TƏLƏBLƏR 
1. Digər redaksiyalara təqdim olunmamış məqalələr qəbul edilir.
2. Məqalələr son tədqiqatların nəticələrini əks etdirməli, yeni ideyalarla zəngin olmalı, elmi mə-
qalələrin yazılışına qoyulan tələblər gözlənilməlidir. 
3. Məqalənin mətni təxminən 6-8 səhifə olmalıdır. Azərbaycan, rus və ingilis dillərində məqaləyə aid
açar sözlər verilir. 
4. Məqalənin mətni Azərbaycan dilində latın əlifbası (Times New Roman), rus dilində krill əlifbası və
ingilis dilində ingilis (ABŞ) əlifbası ilə Times New Roman – 14 şrift ilə 1,5 intervalla yığılmalı, elektron 
variantı ilə birlikdə (disklə) təqdim olunmalıdır. 
5. Məqalələr üç dildən – Azərbaycan, rus və ingilis dillərindən birində çap olunur. 3 dildə (Azərbay-
can, rus və ingilis) məqalənin xülasəsi təqdim edilir. Xülasədə irəli sürülən başlıca elmi müddəalar, tədqiqat-
dan alınan nəticələr, problemin nəzəri və praktik əhəmiyyəti öz əksini tapmalıdır. 
6. Məqalə aşağıdakı ardıcıllıqla yazılır: birinci sətirdə müəllif(lər)in adı, atasının adı və soyadı; ikinci
sətirdə elmi dərəcəsi və elmi adı (yaxud doktorant də dissertant olması və s.); üçüncü sətirdə iş yeri, vəzifəsi; 
dördüncü sətirdə böyük hərflərlə məqalənin adı. 
Daha sonra bu qaydada həmin məlumatlar rus və ingilis dillərində təkrar edilir. 
7. Həmmüəlliflərin üç nəfərdən artıq olması məqsədəuyğun deyildir.
8. Redaksiya məqalədə zəruri dəyişiklər və ixtisarlar, redaktə aparrmaq hüququna malikdir.
9. Məqalələrə iki mütəxəssisin rəyi, şöbə və ya kafedranın, həmçinin ali məktəbin Elmi Şurasının və
ümumtəhsil, yaxud orta ixtisas təhsili müəssisəsinin pedaqoji şurasının iclas protokollarından çıxarışlar əlavə 
olunur. 
10. Məqalədəki faktların, məlumatların dürüstlüyünə müəlliflər cavabdehdir. İrəli sürülən elmi
müddəalar müəllifin özünə məxsus olmalı, istifadə edilmiş nəzəri fikirlərin mənbəyi göstərilməlidir. 
11. Məqalədə son 5-10 ildə çap olunan əsərlərə istinadlara üstünlük verilməlidir. Məqalənin sonunda
verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardı-
cıllıqla nömrələnməli və məsələn, (1) və ya (1, s. 119) kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa 
bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir. 
12. Jurnal öz profilinə uyğun məqalələri dərc edir.
13. Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq aktuallıq əsaslan-
dırılmalı, elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir. 
14. Daha sonra istinad olunmuş ədəbiyyatın siyahısı verilir.
15. Plagiatlıq faktları aşkar edildikdə həmin məqalənin nəşri dayandırılır.
16. Məqalə müəlliflərinin hüquqları qorunur.
17. Jurnalda “ardı növbəti nömrədə” adı altında seriya məqalələr dərc olunmur.
18. Məqalələrin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa
uyğun gəlməlidir. 
19. Məqalənin sonunda rəyçilərin adı, atasının adı və soy adı, elmi dərəcəsi və elmi adı; sonrakı sətirdə
məqalə müəllifinin elektron ünvanı (E-mail) göstərilməlidir. 
20. Məqaləyə müəllif haqqında aşağıdakı məlumatlar əlavə olunur: məqalə müəllif(lər)inin adı, atasının
adı soyadı, işlədiyi müəssisə (hansı müəssisədə doktorant və dissertant olması) və müəssisənin ünvanı, 
müəllif(lər)in vəzifəsi, elmi dərəcəsi və adı, iş və ev telefonları, ev ünvanı, elektron poçt ünvanı (E-mail). 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin