Research papers


Firədun Nadir oğlu Ġbrahimov, Gülnara Qurbanəli qızı Abdurahmanova, Gülnarə Bəhram qızı Qarayeva



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə25/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   21   22   23   24   25   26   27   28   ...   246
elmi-eserler-2022-2-cap

Firədun Nadir oğlu Ġbrahimov, Gülnara Qurbanəli qızı Abdurahmanova, Gülnarə Bəhram qızı Qarayeva 
20 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Yeri gəlmişkən vurğulayaq ki, tədris 
fəaliyyəti çoxcəhətlidir. Təlim tədris fəaliyyəti-
nin mühüm xarakteristikası olsa da, onun bütün 
tərəflərini əhatə etmir. Tədris fəaliyyəti insan 
fəaliyyətinin bir növüdür, şəxsiyyətin sosial ak-
tivliyinin özünə məxsus formasıdır. Sözügedən 
fəaliyyətin strukturunda tədris situasiyası (və ya 
tapşırıqları) ilə yanaşı tədris əməliyyatları, nəza-
rət və qiymət tərkib hissələri kimi özünə yer alır. 
Tədris fəaliyyəti tədris tapşırıqlarının həllindən 
başlayır. Onun mahiyyəti tapşırıq anlamında əks 
olunsa da, xarakteri “tədris” anlamı ilə bağlıdır. 
Tədris tapşırıqları şagirdlərin özlərinin tədris 
fəaliyyətində müxtəlif problemlərin və konkret 
praktik məsələlərin ümumi həll üsullarını (prin-
siplərini, qanunauyğunluqları) kəşf etməsini və 
mənimsəməsini nəzərdə tutur [1, s. 150]. 
Müstəqil iş prosesində idarəedən, idarə-
olunan və onlar arasındakı münasibətlər, təlim 
materialı dəyişmədə və inkişafdadır. Müstəqil 
işlə qeyri-müstəqil işin vahidliyi, sistemliyi, 
tamlığı, əhatəliliyi, asılılığı, ziddiyyətsizliyi, 
müntəzəmliliyi gözlənilməlidir. 
Müstəqil işi təşkil etmək, onu idarə etmək 
müəllimin məqsədyönlü əqli fəaliyyətidir, onun 
qarşısında duran didaktik təbiətli idrak məsələ-
sinin həllində elementdir. Başlıcası isə o, alqo-
ritmik və evristik cəhətlərə malikdir. 
Müstəqil iş altsistem olaraq nisbi müstə-
qilliyə malikdir. Onun təşkil edilmə və nizam-
lanma vasitələri sual, çalışma və məsələlərdir. 
Təlim prosesində müstəqil iş nisbi müstə-
qilliyə malik funksiyaların yerinə yetirilməsinə 
istiqamətlənməklə yanaşı, bu funksiyalar prose-
sin ümumi məqsədlərindən irəli gəlir. Müstəqil 
işin təlim prosesində yeri bu prosesin kompo-
nentlərinin uzlaşması və idarəolunma məntiqi 
ilə müəyyənləşir. 
Vurğulamaq yerinə düşər ki, təlim prosesi 
təşkilatlanmış sistem, tam olmaqla ona müxtəlif 
yanaşmalar vardır. Bunlardan bəziləri pedaqoji 
fikrin tarixində qalmış, bəziləri özünə nəzərən 
daha mükəmməl sistemin alt sisteminə çevril-
miş, ehtiva olunan hala gəlmişdir. Müstəqil iş 
aid olduğu sistemin emercent təbiətinə uyğun 
tətbiq olunur, təzahür edir, imkandaşıyıcılıq 
funksiyasını yerinə yetirir. Hazırda ümumtəhsil 
məktəblərində xüsusi yeri olan fəal təlimin təş-
kilat formasının bütün mərhələlərində məxsusi 
yerə malikdir. 
Müstəqil işin təşkili üçün tapşırıq əsasən 
müəllim tərəfindən didaktik məqsədlərlə şagir-
din və ya şagirdlərin müstəqillik dərəcəsinə uy-
ğun müəyyənləşdirilir. Müəllim təşkiletmə-tən-
zimləmə funksiyalarını müəyyən məntiqi forma-
ya malik tapşırıqla həyata keçirir. Burada başlı-
ca əlamət şagirdin tapşırığı icraetmə prosesinə 
müdaxilə olunmaması, onun müstəqil fəaliyyət 
şəraitinin təmin olunmasıdır. Müstəqil iş təlim 
prosesinin altsistemi olmaqla vaxt məhdudiyyəti 
xassəsinə malikdir. O, təlim prosesinin müxtəlif 
mərhələlərində tətbiq oluna bilir. Müstəqil iş şa-
girdin inkişafını sürətləndirməklə konkret təd-
ris-idrak və tədris-təşkilati funksiyaların yerinə 
yetirilməsi imkanlarını genişləndirir, təlim pro-
sesinin yaxşı idarə olunmasını şərtləndirir. 
Şagirdlərin müstəqil işinə bir sıra tələblər 
verilir, bu tələbləri növlərə bölmək, onları təsnif 
etmək də mümkündür. Müstəqil işlərə verilən 
psixo-didaktik tələblərə aşağıdakıları aid etmək 
mümkündür: 
1.
Müstəqil iş əvvəlcədən qarşıda duran 
didaktik vəzifələr əsasında layihələndirilir. 
Hər bir müstəqil işin didaktik vəzifəsi iki 
mühüm istiqaməti özündə saxlamaqdır: 
1) Təlim prosesinin ümumi məqsədini: 
a) bəşərin öz tarixi inkişaf prosesində əldə 
etmiş olduğu təcrübənin mənimsənilməsini;
b) onun qorunması təcrübəsini; c) insanın və 
onun mənsub olduğu cəmiyyətin sivilizasiyası və 
azadlığı üçün zəruri olan yaradıcı təcrübənin əldə 
olunması hazırlığına istiqamətlənmək; ç) əvvəlki 
üç məqsədlə üzvi şəkildə bağlı olan insanların 
birgə yaşaması, dünya pəncərəsinin onlar üçün 
açıq olmasını şərtləndirən keyfiyyətlərin əldə 
olunmasına istiqamətlənməsi, 
2) Təlim prosesinin yaxşı idarə olunan 
prosesə çevrilməsini. 
2.
Müstəqil işin təşkil olunması və idarə 
olunması üçün onun yerini və şagirdləri əhatə 
etmək formasını müəyyənləşdirmək lazımdır. 
Müstəqil işlər yerinə görə təlim prosesinin 
bütün mərhələlərinə aid edilə bilər: 
a) öyrənmənin əsaslandırılması və keçmiş 
təcrübəni aktuallaşdırmasında; 
b) biliyin əldə olunmasında; 
c) biliyin tətbiqi, sistemə salınmasında; 
ç) proses və nəticələrin müəllim və şagird-
lərin özü tərəfindən qiymətləndirilməsində. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin