Firədun Nadir oğlu Ġbrahimov, Gülnara Qurbanəli qızı Abdurahmanova, Gülnarə Bəhram qızı Qarayeva
18
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
işlənilməsini aktuallaşdırır. Təbii olaraq gündə-
mə gəlir ki, sözügedən təhsilin həyata keçirilmə
yolu kimi dərk olunan təlim sisteminin təbiəti-
nin açılması, yeni yanaşmaların aşkarlanması
nəzəri və texnoloji araşdırmaları tələb edir. Elə
bir təlim sistemi formalaşdırılmalıdır ki, bu sis-
temə tərəf kimi daxil olan təhsilalan XXI əsrin
tələblərinə uyğun yaradıcı şəxsiyyətə məxsus
keyfiyyətləri əxz etmiş olsun. Bu cəmiyyətə
mənsub şəxs təlim prosesində yaradıcılıq təcrü-
bəsinə, müstəqil
düşünmə və dərkolunanlara
münasibət təcrübəsi əldə etməlidir. Təlim prose-
sində təhsilalan tədris situasiyasına daxil olaraq
müstəqil idraki fəaliyyətin subyekti kimi tərbiyə
olunmalıdır. Müasir təhsil məkanına uyğun tə-
lim prosesində müstəqil işin təşkilinin nəzəri və
texnoloji istiqamətləri yetərincə tədqiq olunma-
mışdır, elə bu səbəbdəndir ki, praktikada sübut
olunduğu kimi, ümumtəhsil almış şəxslərin üs-
tün hissəsi müstəqil idraki funksiyaları yerinə
yetirməkdə çətinlik çəkir. Odur ki,
müasir şə-
raitdə reallaşdırılan təlim prosesində müstəqil
işlərin tətbiqinin nəzəri və texnoloji istiqamətlə-
ri müəyyənləşdirilməlidir, sözügedən yönümdə
mövcud olan “boşluq” aradan götürülməlidir.
Tədqiqat işinin interpretasiyası.
Şəxsiyyə-
tin fəaliyyətində dörd istiqamət özünü daha çox
büruzə verir: özünü və onu əhatə edən aləmi də-
yərləri ilə dərketmə fəaliyyəti; bəşərin əldə etdik-
lərini özünəməxsusluqla mühafizəetmə fəaliyyə-
ti; aləmi və özünü bioloji varlıqdan sosial varlığa
yüksəlmə dərəcəsinə müvafiq dəyişdirmə fəaliy-
yəti; bəşəri dəyərlərlə normallaşdırılan münasi-
bətə daxilolma fəaliyyəti.
Professor L.B. İtelson
belə hesab edir ki,
bu və ya digər istiqamət üzrə fəaliyyətin sadə
bir cari məsələni həll etməyə yönəlmiş nisbətən
bitmiş elementi iş adlandırılır. Bizcə, şəxsiyyə-
tin fəaliyyətinə bir sistem kimi yanaşılması ba-
xımından burada “nisbətən bitmiş elementi” ter-
mini əvəzinə onun “altsistemi” ifadəsinin işlə-
dilməsi daha məqsədəuyğun olardı [2, s. 169].
Şəxsiyyətin fəaliyyət sisteminin altsistemi
olan iş subyekt tərəfindən müstəqil və yaxud
qeyri-müstəqil yollarla icra oluna bilər. Fəaliy-
yətlə onun altsistemi olan iş arasında
dialektik
bağlılıq mövcuddur. Söylədiklərimiz təlim
fəaliyyəti və onun altsistemlərinə də tamamilə
aiddir. Təlim prosesində şagird cari bir məsələni
həm müəllimin müdaxiləsi ilə, həm də bilavasi-
tə kömək olmadan, əqli və əməli fəaliyyət gös-
tərərək sərbəst yerinə yetirə bilər. İkinci hal
müstəqil iş anlayışında öz mahiyyətini saxlayır.
“Müstəqil iş” anlayışının dərki və mahiy-
yətinin açılması şagirdlərin idrak fəallığının və
fəaliyyətinin psixoloji əsasını təşkil edən “təfək-
kürün müstəqilliyi” anlayışı ilə sıx bağlıdır. Tə-
fəkkürün müstəqilliyinin mahiyyətinin dərki
müstəqil işin mahiyyətini dərk etməyə imkan
verməklə yanaşı, şagirdlərin
müxtəlif yaş qrup-
larında müstəqilliyinin dərəcəsini müəyyənləş-
dirməyə imkan verir ki, bunsuz praktikada şa-
girdlərin müstəqil işini təşkil etmək olmaz.
Təlim prosesində şagirdlərin müstəqil işini
təşkil etmək üçün təfəkkür müstəqilliyinin elmi-
psixoloji mahiyyətini düzgün dərk etmək lazımdır.
Təfəkkürün müstəqilliyi şagirdlərin müs-
təqil işlərinin psixoloji əsasını təşkil etməklə ya-
naşı, praktikada əqlin
çox geniş xassəsidir və
tənqidilik də daxil olmaqla əqlin bir sıra başqa
xassələrini də özündə əks etdirir. Əqlin tənqidi-
lik xassəsinin iştirakı olmadan təfəkkürün müs-
təqil fəaliyyəti, müstəqil idrak prosesi, şagirdlə-
rin müstəqil işi ola bilməz. Əqlin tənqidi xassəsi
müstəqillik fəaliyyətində ona görə zəruridir ki,
şəxsiyyət özü-özünə qiymət verə bilsin, fəaliy-
yətinin nəticələrini götür-qoy edib müqayisə et-
sin, səhvləri, nöqsanları göstərsin, məsələni həll
etmək üçün seçilmiş yolun doğruluğunu yəqin
etsin.
Belə olmazsa, müstəqilliyə təfəkkürün
tam, dolğun xassəsi demək çətindir.
Lakin təfəkkürün müstəqilliyini təkcə tən-
qidilik ilə məhdudlaşdırmaq fikri ilə razılaşma-
yanlar da vardır. Məsələn, S.L. Rubinşteyn belə
hesab edir ki, təkcə əqlin tənqidiliyi deyil, bir sı-
ra başqa psixoloji qabiliyyətlər də təfəkkürün
müstəqilliyinin fəaliyyəti dairəsinə daxil edilir
[7, s. 525]. Onların arasında, hər şeydən əvvəl,
iradəni qeyd etmək lazımdır, baxmayaraq ki,
psixoloqlar “müstəqilliyi” iradənin mühüm xü-
susiyyəti hesab edirlər. M.M.
Mehdizadə bu fi-
kirlə razılaşaraq qeyd edir ki, şagirdlərin müstə-
qil işi hər hansı variantda olsa belə, müəyyən
çətinliklərlə qarşılaşır. Bunları yox etmək lazım-
dır. Məlumdur ki, iradi keyfiyyətləri zəif olan
şagird qarşısına qoyulmuş vəzifənin öhdəsindən
gələ bilmir [3, s. 184]. Beləliklə, iradi fəaliyyət
də müəyyən mənada təfəkkür müstəqilliyinin
komponentinə çevrilir.