Xalidə Oqtay qızı Xəlilova 90
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 prosesdir. 29 mart 2019-cu il tarixdə “Mediasi-
ya haqqında” Azərbaycan Respublikasının Qa-
nunu qəbul edilib. Azərbaycan Respublikası
Prezidentinin “Məhkəmə-hüquq sistemində isla-
hatların dərinləşdirilməsi” haqqında 3 aprel
2019-cu il tarixli Fərmanına və “Mediasiya haq-
qında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırı-
lıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdı-
rılıb və 12.02.2020-ci il tarixində Mediasiya Şu-
rası təsis olunub.) [5];
– azadlıqdan məhrumetmə yerlərində
məhkum edilmiş şəxslərin islah edilməsi üçün
əsas vasitələrin tətbiqi ideologiyasının dəyişdi-
rilməsi və onu cəmiyyət həyatına hazırlamaq
üçün psixoloji və pedaqoji işi gücləndirmək;
– məhkumlara islah təsirinin yeni formala-
rı və üsullarının, məhkumlarla sosial işin təşki-
lati mexanizmlərinin axtarışı və istifadəsi, isla-
hın əsas vasitəsi kimi məhkumlarla sosial, psi-
xoloji və pedaqoji iş formalarının cəza qanunve-
riciliyində birləşdirilməsi;
– təhsil təşkilatlarının məcburi saxlanma
yerlərində insan hüquqlarının təmin edilməsi sa-
həsində təhsil alanlarda peşə vərdişlərinin for-
malaşdırılmasına yönəlmiş cinayət-icra sistemi-
nin reallaşdırdığı profil tədris proqramlarının iş-
lənib hazırlanması və tətbiqi;
– məhkumların həbs rejiminin müəyyən
edilmiş qaydalarının yerinə yetirilməsini təmin
etmək məqsədi ilə saxlanma şəraitinin fərqlən-
dirilməsi, faktorların öyrənilməsi sisteminin ya-
radılması, qanuna tabe davranışları stimullaşdı-
ran tədbirlərin işlənib hazırlanması, habelə
müəyyən edilmiş cəza çəkilmə qaydasını pozan-
ların məsuliyyətinin gücləndirilməsi məqsədi ilə
məhkumların insidentlərə səbəb olan amillərin
öyrənilməsi sisteminin yaradılması;
– məhkumların cəza çəkmə şəraitinin və
islah müəssisəsi növünün dəyişdirilməsinə sə-
bəb olan qanuna tabe olan davranışa motivasiya
sisteminin təkmilləşdirilməsi, şərti olaraq vax-
tından əvvəl azad etmə və ya cəzanın çəkilmə-
miş hissəsinin daha yüngül cəza növü ilə əvəz
edilməsi, islah müəssisələrinin müdiriyyətinin
şərti olaraq vaxtından əvvəl azad etmə və cəza-
nın çəkilməmiş hissəsinin məhkumların davra-
nış və şəxsi xüsusiyyətləri nəzərə alınmaqla da-
ha yüngül cəza növü ilə əvəz edilməsi mexa-
nizmlərinin həyata keçirilməsində iştirak qayda-
sının təkmilləşdirilməsi;
– məhkumların əsas peşə təhsil proqram-
larının və əmək bazarında tələb olunan əsas pe-
şə tədris proqramlarının həyata keçirilməsi çər-
çivəsində peşələrə yiyələnməsi, azad edildikdən
sonra işə düzəlməyə imkan verən peşə vərdişlə-
rinin təkmilləşdirilməsi;
– islah müəssisələrində məhkumların mə-
nəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsinin tək-
milləşdirilməsi, onların ictimai-faydalı fəaliyyət
meyllərinin formalaşdırılması və inkişaf etdiril-
məsinə, cəmiyyətdə qəbul edilmiş qanun və
davranış qaydalarına riayət edilməsinə yönəlmiş
maarifləndirici tədbirlərin planlaşdırılması, təş-
kili və keçirilməsi;
– vətəndaş cəmiyyəti strukturları, ictimai
birliklər ilə əməkdaşlıq və onların fəaliyyəti
məhkumlara humanitar-tərbiyəvi təsir üçün fay-
dalı ola bilər, ənənəvi məzhəblərə qarşılıqlı
fəaliyyətin gücləndirilməsi, xüsusilə məhkumla-
ra dini mərasimlərdə iştirak imkanlarının təmin
edilməsi, ənənəvi məzhəblərlə birgə humanitar
layihələrin həyata keçirilməsi;
– məhkumların asudə vaxtlarının mədəni
təşkilinin formalarının genişləndirilməsi, klub
və dərnək işinin təşkili, bu işə incəsənət, mədə-
niyyət və idman xadimlərinin, o cümlədən geniş
şöhrət və müsbət nüfuza malik olan şəxslərin
cəlb edilməsi, kitabxana fondlarının zənginləş-
dirilməsi;
– psixodiaqnostik və psixokorreksiya işi-
nin elmi-metodiki səviyyəsinə, psixoloqun psi-
xoterapevtik istiqamətinin işlənib hazırlanması
və inkişaf etdirilməsi, psixoloqun fəaliyyətinin
elmi-texniki təminatının təkmilləşdirilməsi, psi-
xoloqun diaqnostik vasitəsinin və psixodiaqnos-
tik işin həcminin optimallaşdırılması, innovativ
texnologiyaların tətbiqi, qabaqcıl yerli və xarici
iş təcrübəsinin adaptasiyası;
– məhkumların maraq və ehtiyaclarını nə-
zərə alaraq özfəaliyyət təşkilatlarının formalaş-
masına yeni yanaşmaların hazırlanması, onların
fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmil-
ləşdirilməsi;
– məhkumların əsas ümumi təhsil və ya
orta təhsil almaq, orta peşə təhsili və ali təhsil
almaq üçün elektron təhsil və distant təhsil tex-
nologiyalarının tətbiqi ilə təhsil proqramlarının
həyata keçirilməsi çərçivəsində qiyabi təhsil